Gundemxeber.az » Ölkə » Cəmiyyət » Pfizer/Biontech vaksininin istifadə müddəti 9 aya qədər uzadılıb - SN
Ümumdünya Səhiyyə Təşkilatı Avropa Dərman Agentliyi və ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq, COVID-19 əleyhinə vaksinasiyada Pfizer/Biontech preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı aidiyyatlı qurumlara məktub göndərib.
Bu barədə APA-ya Səhiyyə Nazirliyindən bildirilib.
Verilən məlumata görə, məktuba əsasən Pfizer/Biontech preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkəmizdə istifadə olunan Pfizer/Biontech vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədəkdir.
Gundemxeber.Az
19-12-2020, 16:44
7-06-2021, 12:41
30-01-2021, 11:02
7-06-2021, 11:58
24-03-2021, 10:45
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?