GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » AXCP-yə Rusiyadan pul göndərməkdə təqsirləndirilən Saleh Rüstəmovun vəziyyəti "kritikdir"

AXCP-yə Rusiyadan pul göndərməkdə təqsirləndirilən Saleh Rüstəmovun vəziyyəti "kritikdir"

Tarix: 24-11-2021, 14:55 Bölmə :Cəmiyyət Baxış: 530


AXCP-yə pul yardımı etməkdə təqsirləndirilən, 18 gündür ki, aclıq aksiyası keçirən Saleh Rüstəmovun vəziyyəti kritikdir, onun vəkili Bəhruz Bayramov bildirib.

O, BBC News Azərbaycancaya söyləyib ki, bazar ertəsi günü Saleh Rüstəmovla görüşdə müvəkkilinin "vəziyyətinin yaxşı olmadığını" müşahidə edib.

Rusiya vətəndaşı olan Saleh Rüstəmov 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il 3 ay azadlıqdan məhrum edilib. O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaqda ittiham edilib.

Saleh Rüstəmov ittihamları rədd edib və bildirib ki, qanuni əsaslarla işlədiyi Rusiyadan AXCP-nin həbsdə olan üzvlərinə ərzaq almaq və hüquqi yardım göstərilməsi üçün 3 il ərzində partiyaya cəmi 6-7 min manat pul göndərib.

Onun özü, AXCP və bəzi hüquq müdafiəçiləri Rüstəmovun həbsini daha çox siyasi motivlərlə əsaslandırırlar.

Parlamentin insan hüquqları komitəsinin sədri Zahid Oruc hesab edir ki, məsələni "siyasiləşdirmək çox böyük yanlışlıqdır" və hakimiyyət siyasi rəqiblərini təqib etmir.

"Yeriməkdə çətinlik çəkir, ağrıları var"

Bəhruz Bayramov söyləyir ki, ötən gün müvəkkili ilə görüşündə onun tibbi problemlərinin artdığının şahidi olub.

"Saleh Rüstəmovla şüşə arxasından telefonla danışırdıq. Müşahidəmə görə, vəziyyəti kritikdir. Yeriməkdə çətinlik çəkir, dediyi sözlər başa düşülmür, ayaq nayihəsində ağrıları var, başgicəllənmələri olur. Dünən dedi ki, həftə içi quru aclığa keçəcək. Bildirdim ki, komaya düşə bilər, dedi başqa variantım yoxdur, bunu uzun müddət düşünmüşəm və nəticələri barədə də fikirləşmişəm. Yəni, elə də ola bilər, belə də".

Vəkilin sözlərinə görə, Saleh Rüstəmovun yaxınları onunla hər görüşündə aclıq aksiyasını dayandırmağı xahiş edir, lakin o, "bu barədə heç danışmayın" deyir.

Bəhruz Bayramov Saleh Rüstəmovun keçirdiyi aclıq aksiyasına görə Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılmağa davam edildiyini bildirib.

"Rusiyada banklara borcu olub"

Bəhruz Bayramov deyir ki, ittihamlarla bağlı Ali Məhkəmənin Plenumuna şikayətlə müraciət edib və Saleh Rüstəmov barəsində sənədlər təqdim edib.

"Əlimdə əsaslar var. Saleh Rüstəmovun həmin vaxt [red- ittihamda sözügedən vaxt ərzində] Rusiyada banklara kredit borcu olub. Əgər adamın 420 min dolları var idisə, niyə gedib 3 bankdan 5-7 min dollar kredit götürüb? Və yaxud, şəxsin 420 min - 500 min dollarlıq gəlir yeri var idisə, həmin borcları ailəsi bu müddət ərzində ödəyib qurtarardı".

Cənab Bayramovun sözlərinə görə, bu müraciətə bir həftə ərzində baxılmalıdır.

Vəkilin sözlərinə görə, Saleh Bayramov Prezident İlham Əliyevin əfv sərəncamı, Plenumun qərarı, Baş Prokurorluğun protesti ilə azadlığa buraxıla bilər.

Aclığın 10-cu günündə

Bəhruz Bayramov Saleh Rüstəmovun aclıq aksiyasının 10-cu günündə BBC News Azərbaycancaya müvəkkilinin vəziyyətinin "ağır" olduğunu bildirmişdi.

"Vəziyyəti yaxşı deyil, ağzında yaralar əmələ gəlib. Nəbzi dəqiqədə 120 dəfə vurur. Fikrində qəti idi ki, aclıq aksiyasının 10-cu günündən quru aclığa keçsin. Saleh Rüstəmov özünü günahsız hesab edir. Etiraz edib deyir ki, mən günahsız nə qədər yatmalıyam?!" - Bəhruz Bayramov söyləyib.

BBC News Azərbaycanca Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən Saleh Rüstəmovun vəziyyətini öyrənə bilməyib.

Vəkil Saleh Rüstəmovun bu yaxınlarda verilən amnistiya aktının ona da şamil olunacağına ümid etdiyini söyləyib.

Bu il 8 Noyabr - Zəfər günü münasibəti ilə həyata keçirilən amnistiya aktının şamil edildiyi kateqoriyalar arasında "həbsdə olan Vətən müharibəsində və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüşlərdə iştirak etmiş şəxslər, məcburi köçkün düşmüş şəxslər, İkinci Dünya müharibəsi iştirakçıları və yaxud onların yaxınları" da olub.

Azərbaycan siyasi rəhbərliyi İkinci Qarabağ müharibəsini Vətən müharibəsi adlandırır.

Saleh Rüstəmov Birinci Qarabağ müharibəsi dövründə regionda Müdafiə Komitəsinə, "Başkənd" əməliyyatına rəhbərlik edib.

O, həmçinin, Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə, 1992-1993-cü illərdə Gədəbəy rayonunun icra hakimiyyəti başçısı olub.

Bəhruz Bayramov söyləyir ki, Saleh Rüstəmov keçmiş Qarabağ döyüşçüsü olsa da, mühakimə olunduğu ittiham ağır cinayət kimi tövsif olunur, cəzasının 2 il 7 ayı çəkilməmiş qalıb və amnistiya şərtlərinə cavab verə bilməyib.

İttihamlarda nə deyilir?

Saleh Rüstəmov 2018-ci ildə may ayının 5-də yaxın qohumunun dəfn mərasimi üçün Azərbaycanın Gədəbəy rayonuna qayıtmış, üç gün sonra hava limanına gedərkən yolda polis tərəfindən saxlanılmış, elə həmin gün də narkotik maddələri saxlamada ittiham olunaraq həbs edilmişdi.

Sonra cinayət işinə başqa ittihamlar da əlavə edilib: istintaqın versiyasına görə, Saleh Rüstəmov Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olub, gəlirlərini dövlətdən gizlədib və qanunsuz yollarla əldə etdiyi qazancını prokurorluğun "Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmiş qurum" kimi göstərdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) göndərib.

Bəhruz Bayramov söyləyir ki, Saleh Rüstəmova qarşı irəli sürülən ittihamlar əslində Azərbaycanın yox, Rusiyanın cinayət işi qaldırmasını tələb edirdi.

"Bizim Rusiya Federasiyasından sorğumuza aldığımız cavablarda bildirirdilər ki, Saleh Rüstəmov vergiləri vaxtında ödəyib, heç bir vergidən yayınma və ya qanunsuz sahibkarlıq fəaliyyəti olmayıb. Bundan başqa, Saleh Rüstəmov Azərbaycanda vergi ödəyicisi kimi qeydiyyatdan keçməyib və adına heç bir əmlak yoxdur. Biz məhkəmədə ittiham tərəfinin bütün ittihamlarını qanunlara istinad etməklə alt-üst etdik, amma məhkəmə bizim verdiyimiz əsasları qəbul etmədi. Buna görə də biz hökmü qanunsuz hesab edirik".

Vəkilin sözlərinə görə, ittiham aktında Saleh Rüstəmovun AXCP-yə müxtəlif vaxtlarda ümumilikdə 700 min manat göndərdiyi iddia olunub.

Saleh Rüstəmov 7-8 min manata yaxın pul göndərdiyini qəbul edib.

"Saleh Rüstəmovun mülkiyyətində yeganə olaraq Moskva şəhərində bir mənzili var. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yeri icarəyə götürüb. Onun imkanı olsaydı, elə özünün obyekti olardı. Əgər 700 min manat göndərirsə, o zaman niyə başqa sahibkarlardan yer icarəyə götürürdü?"

Hədəf AXCP-dirmi?

Təqsirləndirilənlərin iqtisadi cinayətlərə görə məhkum edilməsinə baxmayaraq, Saleh Rüstəmovun məhkəməsi zamanı prokurorluq diqqəti pulların məhz AXCP-yə verildiyinə yönəldib, partiyanın fəaliyyətini "dövlətə, dövlətçiliyə və milli maraqlara zidd" olaraq qiymətləndirmişdi.

"Siyasi məhbus" siyahısı hazırlayan hüquq müdafiəçilərindən ibarət işçi qrupun üzvü Rəsul Cəfərov həmin vaxt BBC Rusca Xidmətinə demişdi ki, onlar Saleh Rüstəmova açılmış cinayət işini "birmənalı olaraq siyasi hesab edirlər".


"Əsas məqsəd AXCP-nin maliyyələşdirilməsinə imkan verməməkdir. Həmçinin, bu proses digər partiyalara və onlara maliyyə yardımı göstərmək istəyənlərə də mesajdır".

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi BBC News Azərbaycancaya deyib ki, Saleh Rüstəmova qarşı ittihamlar "son dərəcə absurd və uydurmadır".

"Saleh Rüstəmova qarşı ittihamlar birbaşa hakimiyyətin mərkəzindən gəlmiş sifarişdir. Saleh bəy hər dəfə bildirib ki, bu ittihamlar siyasi məqsəd daşıyır və Azərbaycan hökumətinin AXCP-yə qarşı yürütdüyü repressiya siyasətinin ən mühim halqalarından biridir. Hökumət müxalifətin bütün resurslarını sıradan çıxarmaq istəyir".

Seymur Həzi söyləyir ki, Saleh Rüstəmov AXCP-dən və müxalifət düşərgəsindən olan digər siyasi məhbuslara müxtəlif vaxtlarda xırda və orta məbləğdə maliyyə yardımı edib və bunların hamısı birbaşa ailələrin özlərinə ianə şəklində həyata keçirilib.

O deyir ki, ianələri nə AXCP, nə də Saleh bəy danıb, ancaq vurğulayır ki, bütövlükdə, "heç bir şəkildə qanunsuz maliyyələşmədən və sairədən söhbət gedə bilməz".


Millət vəkili, parlamentin insan hüquqları komitəsinin sədri Zahid Oruc hesab edir ki, məqsədin müxalifətin maliyyə mənbələrinin zərərsizləşdirilməsi olduğunu söyləmək "çox yalnış" olardı.

Onun fikrincə, Saleh Rüstəmovun adı müxtəlif qüvvələr tərəfindən siyasiləşdirilir və "sanki AXCP-ni maliyyələşdirənlər cəzalandırılırlar kimi bir hökmü meydana gətirmək üçün arqumentlər axtarılır".

"Onlar dövlətin və hakimiyyət orqanlarının üzərinə elə bir siyasi mövqedən basqı edirlər ki, hətta bu yöndə minimum davranış dəyişikliklər və ya təzyiqin nəticəsi sayılır, xarici qüvvələrə, başqalarına görə hakimiyyətin geri çəkildiyi vurğulanır, kiminsə qorxmağından bəhs olunur və öz adı ilə çağırılmır", - Zahid Oruc söyləyib.

Deputatın fikrincə, bəzi məhbusların adı ətrafında "barrikada və siyasi istehkam qurulur" və bundan da hakimiyyət orqanlarının beynəlxalq dairələrin "gözündən salmaq və müxtəlif hesabatlarda onları aşağı yerə qoymaq" üçün istifadə edilir. Bundan təəssüfləndiyini deyən Zahid Oruc "Azərbaycan hakimiyyəti və onun liderinin bir kimsənin azadlıqdan məhrum edilməsi və yaxud onun hansısa bir diskriminasiyaya, istismara məruz qalmasını istəmədiyini" əlavə edib.

Avropa İnsan Hüquqları Məhkəməsinin verdiyi bəzi qərarlarda deyilirdi ki, Azərbaycan hökuməti onu tənqid edən fəallardan qisas almaq məqsədilə onları haqsız yerə həbs edib.

Beynəlxalq insan haqları təşkilatı "Human Rights Watch"-un 2020-ci il üzrə hesabatında Azərbaycan hökumətinin AXCP-nin "həm aparıcı, həm də adi üzvlərini qeyri-mütənasib və ya saxta ittihamlarla və digər təqib vasitələri ilə hədəfə aldığı" bildirilir.

Azərbaycan siyasi hakimiyyəti beynəlxalq hüquq təşkilatlarının hesabatlarını qərəzli və qeyri-obyektiv sayır və bəyan edir ki, ölkə rəhbərliyi siyasi fikir ayrılığına görə heç kim təqib edilmir.


GÜNDƏMXƏBƏR.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Saleh Rüstəmovun həbs müddəti 109 gün uzadılıb

    Saleh Rüstəmovun həbs müddəti 109 gün uzadılıb ...

    4-09-2018, 12:27

  • 
  • Ali Məhkəmə AXCP fəallarına bəraət verməyib

    Ali Məhkəmə AXCP fəallarına bəraət verməyib ...

    25-09-2019, 17:45

  • 
  • “Məhkəmənin hökmündən siyasi sifariş iyisi gəlir”

    “Məhkəmənin hökmündən siyasi sifariş iyisi gəlir” ...

    8-05-2019, 20:18

  • 
  • Rusiya səfirliyi Saleh Rüstəmovun işi ilə bağlı istintaq orqanı ilə əlaqə saxlayır

    Rusiya səfirliyi Saleh Rüstəmovun işi ilə bağlı ...

    23-05-2018, 15:38

  • 
  • AXCP-nin 5 fəalının məhkəmə qarşısına çıxarılacağı gözlənilir

    AXCP-nin 5 fəalının məhkəmə qarşısına ...

    16-01-2019, 10:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu