Gundemxeber.az » Ölkə » Cəmiyyət » ÜST vaksinlərin qeyri-bərabər paylanmasına münasibət bildirib
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus 100-dən çox ölkədə vaksinasiya səviyyəsinin hələ də 40% hədəfinə çatmadığını bildirib.
Qebreyesus bu ölkələrin yarıdan çoxunun Afrika qitəsinə mənsub olduğunu vurğulayıb.
“Dünyada peyvəndlərin 80%-dən çoxu Böyük İyirmilik ölkələrinin payına düşür. Əsasən Afrikada olan aşağı gəlirli ölkələrə isə istehsal olunan vaksinlərin yalnız 0,6%-i göndərilib. Vaksin qeyri-bərabərliyi nə qədər çox davam edərsə, virusun bir o qədər heç kəsin qarşısını ala bilməyəcəyi üsulla yayılma və mutasiya etmək imkanı olacaq”, deyə təşkilat rəhbəri bildirib.
Gundemxeber.Az
7-04-2021, 12:47
9-06-2020, 12:33
21-05-2021, 19:44
2-06-2021, 10:32
21-05-2020, 16:35
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?