GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Müstəntiq dedi ki, ”1-cinin tapşırığıdır", əli ilə də Eldar Mahmudovun fotosunu göstərdi" - "MTN İŞİ"...

“Müstəntiq dedi ki, ”1-cinin tapşırığıdır", əli ilə də Eldar Mahmudovun fotosunu göstərdi" - "MTN İŞİ"...

Tarix: 15-12-2021, 14:43 Bölmə :Cəmiyyət Baxış: 209



Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. 

GundemXeber.Az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə Mövlam Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar. İttihama görə, Mövlam Şixəliyev və digər 3 nəfər - istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib.

Mövlam Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq, sonradan məhkəmə dövründə də həbs olunmayıblar. İş üzrə 32 zərərçəkən və dünyasının dəyişmiş 4 zərərçəkənin hüquqi varisi var.

“Sanki bin Ladenlə işləmişdim...”

2 aya yaxındır ki, davam edən məhkəmə dövründə zərərçəkənlərdən Bahəddin Sultanov və Hüseyn Səfərovun epizodu araşdırılıb. Ötən prosesdə zərərçəkənlərdən Afət İsmayılov sərbəst ifadə verib. O, sərbəst ifadəsində MTN-çilərin ondan 200 min manat aldıqlarını deyib. 2005-ci ildə “Kapital Tikinti” MMC-ni təsis edib və 2008-ci ildən həmin şirkətin direktoru kimi fəaliyyət göstərməyə başlayıb. 2009-cu ilin yaz və ya payız aylarının bir günü, günorta saatlarında istifadəsində olan mobil nömrəyə zəng daxil olub. Zəng edən şəxs özünü Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqi kimi təqdim edib. Səhəri gün 10:00-da onu MTN-in inzibati binasına dəvət edib. Lakin müstəntiq ona MTN-in inzibati binasına çağırılma səbəbini deməyib. Növbəti gün saat 10-da MTN-in inzibati binasının nəzarət buraxılış məntəqəsinə gedib və MTN-in nəzarət buraxılış məntəqəsində qeydiyyatdan keçdikdən sonra bir nəfər əsgərin müşayiəti ilə MTN-in inzibati binasının 1-ci mərtəbəsinə, oradan isə başqa bir nəfər əsgərlə birlikdə liftlə 7-ci mərtəbəyə qalxıb. Liftin qarşısındakı gözləmə otağında təxminən 2 saat gözləyib. Sonra Vüqar Əliyev adlı əvvəllər tanımadığı müstəntiq gözləmə otağına daxil olub. Onu özü ilə otağına aparıb. Otağa daxil olan kimi həmin şəxs ona “mən MTN-in müstəntiqi Vüqar Əliyevəm, kiminlə işləmisən” sualını verib. Zərərçəkənin dediklərindən: “Əvvəlcə özüm də çaşqın vəziyyətə düşdüm, sanki bin Ladenlə işləmişdim, mənə bu tərzdə sual verilirdi. Vüqar Əliyevə dedim ki, Müdafiə Nazirliyi ilə işləyirəm. O, ”Orbita-2008" və “AKM inşaat”la bağlı suallar verdi. Həmin şirkətlərdən tikinti materialları aldığımı, pullarını isə köçürmə yolu ilə ödədiyimi dedim. Müstəntiq də dedi ki, o MMC-nin işçiləri hakerliklə məşğul olur, onların ofislərindən sənədlər götürülən zaman mənim rəhbərlik etdiyim MMC-nin də sənədlərini oradan aşkar ediblər.

Müstəntiq Vüqar Əliyev qarşısındakı kağız parçasına 300 min rəqəmini yazıb qarşıma qoydu. Dedi ki, “buradan düz də çıxıb gedə bilərsiniz, zirzəmiyə də gedə bilərsiniz”. Kağızda yazılan rəqəm barədə soruşduqda Vüqar Əliyev “bu, cənabın tələbidir və verilməlidir” dedi. Vüqar Əliyev tərəfindən günahsız yerə həbs ediləcəyimdən qorxdum. 300 min rəqəmi yazılmış kağız parçasına 30 min yazaraq müstəntiq Vüqar Əliyevə verdim. Müstəntiq “gedim, məsləhətləşim, gəlim” deyərək otağı tərk etdi. Təxminən yarım saat sonra geri qayıtdı. Dedi ki, “1-cinin tapşırığıdır, 200 min manatdan aşağı yeri yoxdur”, ardından da əlini otağındakı şkafın üzərində olan çərçivəyə uzatdı. Orada milli təhlükəsizlik naziri Eldar Mahmudovun fotoşəkli idi. Dedi ki, “görürsən cənabın şəklini, bu tapşırıq onunkudur, ya 200 min manatı verməlisən, ya da ”podvala" getməlisən, başqa yolun yoxdur". Heç bir günahımın olmadığını dedim və həmin məbləği verməyə gücüm çatmayacağını bildirdim. Vüqar Əliyev cavabında dedi ki, “bunun mənə heç bir aidiyyəti yoxdur, birincinin tapşırığıdır, burada sənin günahının olub-olmamasının heç bir əhəmiyyəti yoxdur, sənin müqəddəratın bizim əlimizdədir, ya 200 min manat pulu gətirməlisən, ya da həbs olunmalısan, başqa yolun yoxdur”.

“Sən birinci şəxssən ki, birinci gün gəldiyin kimi geri qayıdırsan”

Zərərçəkən deyir ki, müstəntiq Vüqar Əliyevin “cənab” dedikdə milli təhlükəsizlik naziri Eldar Mahmudovu nəzərdə tutduğunu zənn edib: “Sonradan müstəntiqin otaqdan mülki geyimdə çıxıb mülki geyimdə geri qayıtmasını, müstəntiqin bilavasitə rəisindən kənar birbaşa nazir ilə bu məsələni həll etməsinin mümkünsüz olduğunu anladım. Bildim ki, müstəntiq qiyməti razılaşdırmaq adı ilə otaqdan çıxarkən nazirin deyil, öz rəisi, İstintaq İdarəsinin rəisi Mövlam Şixəliyevin yanına gedib". Daha sonra ifadəsini belə davam etdirib: ”Müstəntiq mənə “sənin müqəddəratın mənim əlimdədir” demişdi. Oğlum ali məktəbdə təhsil alırdı, onun cibinə narkotik vasitə atıb və ya yaşadığım evə silah qoyub bizi tuta biləcəklərini bilirdim. Çıxılmaz vəziyyətdə olduğumu başa düşüb müstəntiqlə razılaşdım. Düşünürdüm ki, günahsız yerə həbs olunacağım təqdirdə tender üzrə götürdüyüm işlər yarımçıq qalacaq. Övladlarıma pislik ediləcək. Ona görə də müstəntiqdən vaxt istədim ki, 200 min manat pulu toplayıb verim.

Vüqar Əliyev “sənə 15 gün müddət verirəm, pulu topla gətir” dedi. Həmçinin gülərək “sən birinci şəxssən ki, birinci gün gəldiyin kimi geri qayıdırsan” dedi. Həmin gün MTN-dən çıxıb H.Əliyev prospekti 95 A, mənzil 3 A ünvanında yerləşən ofisimə gəldim. Mənim “Royal Bank”ın Dostluq filialında, “Muğan Bank”ın Mətbuat filialında və “Azərbaycan Beynəlxalq Bank”ının Nərimanov filialında hesablarım vardı. 50, ya da 60 min manat nağd pulum vardı. Təxminən 10 gün sonra, 11 noyabr 2009-cu ildə Müdafiə Nazirliyindən MMC-nin hesablaşma hesabına köçürmə yolu ilə 359 min 473 manat pul daxil oldu. Həmin pulları çek vasitəsilə ya “Royal Bank”ın Dostluq filialında, ya “Muğan Bank”ın Mətbuat filialında, ya da “Azərbaycan Beynəlxalq Bank”ının Nərimanov filialında olan hesabımdan çıxarmaqla 200 min manat pulu düzəldib. Vüqar Əliyevə zəng edib 200 min manat pulun hazır olduğunu dedim. Vüqar dedi ki, “axşamçağı bizim idarə tərəfə gəl”.

200 min manat pul olan selofan torbanı Vüqar Əliyevə verib

Zərərçəkən deyir ki, həmin gün axşam saatlarında o, “Kapital Tikinti” MMC-nin Təchizat şöbəsinin müdiri Bəylər Ağayev və həmin MMC-nin Tikintidə Texniki Təhlükəsizlik üzrə mütəxəssisi Hüseynağa Qafarovla birlikdə MTN-in inzibati binasının qarşısına gediblər: “Vüqar Əliyevə zəng elədim, dedi ki, MTN-in arxa qapısına gedib, təxminən 200 metr irəlidə dayanaq, onu gözləyək. Bəylər və Hüseynağa ilə birlikdə MTN-in arxa qapısından Nəriman Nərimanovun heykəlinə tərəf gedən yolda, təxminən 200 metr irəlidə dayanıb Vüqar Əliyevi gözləməyə başladıq. İşçilərimə MTN-in müstəntiqi Vüqar Əliyevin məni həbs edəcəyi ilə hədələyib 300 min manat pul istədiyini, sonra isə kiminləsə məsləhətləşib həmin məbləği 200 min manata endirməsini danışmışdım. Bəylər və Hüseynağa Vüqar Əliyevə 200 min manat pul verəcəyimi bilirdilər. Təxminən 20 dəqiqə sonra Vüqar Əliyev idarə etdiyi ”Hyundai" markalı avtomobillə gəlib bizim avtomobilin arxasında, təxminən 6-7 metr aralıda dayandı. Avtomobildən düşüb Vüqar Əliyevin avtomobilinə əyləşdim. Həmin vaxt içərisində 200 min manat pul olan selofan torbanı Vüqar Əliyevə verib içərisində 200 min manat pul olduğunu dedim. Vuqar pulu saymadı, alıb çıxıb getdi. Bundan sonra Vüqar Əliyev bir neçə dəfə ofisimə gəldi və Gəncə şəhərində yerləşən ata evini bərpa etdirmək istədiyini deyərək bəzi məsləhətlər aldı. Mən 200 min manat pulu Vüqar Əliyevə verdikdən sonra işlərimdə ciddi maliyyə problemləri yaranmışdı. Başladığımız tikinti işlərini yekunlaşdırmağa maliyyə vəsaiti çatmadı. Buna görə də “Royal Bank”dan, “Muğanbank”dan və “Azərbaycan Beynəlxalq Bank”dan ümumilikdə 300 min manata yaxın məbləğdə kredit götürdük. Sonradan kreditləri ödəyə bilmədiyim üçün oğluma məxsus olan Nəsimi rayonu, Kaveroçkin küçəsində yerləşən evi, “Kapital Tikinti” MMC-nin ofisinin yerləşdiyi H.Əliyev prospekti 95 A, mənzil 3 A ünvanını satıb kreditlərin bir hissəsini tam ödədim".

“Mən Vüqarla görüşüb aldıqları pulumu geri istəyəcəkdim”

Zərərçəkən deyib ki, 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları barəsində Baş Prokurorluqda cinayət işinin istintaq olunduğunu öyrənib və Vüqar Əliyevə zəng edib: “Ona dedim ki, görüşmək istəyirəm. Vüqar Əliyev əvvəlcə görüşəcəyinə söz versə də, sonradan zənglərə cavab vermədi. Mən Vüqarla görüşüb aldıqları pulumu geri istəyəcəkdim. Görüşmədi, mən də gedib Baş Prokurorluğa şikayət etdim, pulumu tələb edirəm”.

Zərərçəkən sərbəst ifadəsini yekunlaşdırandan sonra tərəflərin suallarını cavablandırıb.

“Dövlətdən dövlətə şikayət edəcəkdim?”

Dövlət ittihamçısı, hakim və təqsirləndirilən Mövlam Şıxəliyevin vəkili zərərçəkənə eyni mahiyyətli sual veriblər. Onlar Afət İsmayılovdan pulu ödəyəndən sonra şikayət edib-etməməsini öyrənmək istəyiblər.

Zərərçəkən verilən suallara gülümsəyərək cavab verib:

- O zaman onlar dövlətdə idi, dövlətdən dövlətə şikayət edəcəkdim?

Zərərçəkənlərdən Hüseyn Səfərov da Afət İsmayılova sual ünvanlayıb:

- Deyirsiniz ki, Müdafiə Nazirliyinin tenderində qalib olmuşdunuz. Sizdən hədə-qorxu ilə 200 min manat alandan sonra həmin obyekti vaxtı-vaxtında keyfiyyətlə tikib təhvil verə bildiniz?

Afət İsmayılov:

- Həmin pulu məndən alandan sonra obyekti tikib təhvil verə bilmirdim. Məcbur olub oğlumun evini banka dəyər-dəyməzə girov qoydum, demək olar ki, hədiyyə etdim, bu da müqavilə, sizə təqdim edirəm. Beləcə, obyekti tikib təhvil vermişəm.

Proses bu gün davam edəcək.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüstəm Usubov MTN işinə cəlb oluna bilər - General onun göstərişlərini yerinə yetirib?

    Rüstəm Usubov MTN işinə cəlb oluna bilər - ...

    11-11-2021, 17:12

  • 
  • General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - Jurnalistlər buraxılmayıb (Yenilənib)

    General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - ...

    11-10-2021, 11:22

  • 
  • “Məndən hədə-qorxu ilə alınan pulun yarısı kreditlə alınıb və bu günə qədər də həmin krediti ödəyirəm” - MTN İŞİ...

    “Məndən hədə-qorxu ilə alınan pulun yarısı ...

    19-11-2021, 11:19

  • 
  • Bu gün daha bir keçmiş MTN generalının məhkəməsi başlayır

    Bu gün daha bir keçmiş MTN generalının məhkəməsi ...

    11-10-2021, 10:37

  • 
  • Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR

    Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR ...

    10-07-2017, 16:45


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu