GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 'Mənə nə cəza istəyirsiniz, verin, amma o iki ünvana ləkə gətirməyin' - MƏHKƏMƏ

'Mənə nə cəza istəyirsiniz, verin, amma o iki ünvana ləkə gətirməyin' - MƏHKƏMƏ

Tarix: 28-12-2021, 11:20 Bölmə :Cəmiyyət Baxış: 284

Həbsdə olan keçmiş baş prokuror və səfir Eldar Həsənovun işi ilə bağlı dörd ay davam edən məhkəmə araşdırmaları yekunlaşıb. Dekabrın 29-da prokuror ona cəza istəyəcək.

Hərçənd, Həsənovun vəkilləri məhkəmə istintaqının bitməsinə etiraz ediblər, hələ araşdırılmalı, hüquqi qiymət verilməli bir çox məsələlərin qaldığını deyiblər. Lakin onların etirazları nəzərə alınmayıb.

GUNDEMXEBER.AZ xəbər verir ki, dekabrın 27-də məhkəmə iclasında sabiq səfirin durumu yenə də bir neçə dəfə pisləşib, buna görə hakimlər prosesdə fasilə verməli olub. O, hər dəfə məhkəməyə gətiriləndə müşayiət edən Təcili Tibbi Yardımın həkimlərinin müdaxiləsindən sonra durumu yaxşılaşıb və məhkəməsi davam etdirilib. Bu üzdən vəkilləri onun ev dustaqlığına buraxılması, yaxud da özəl xəstəxanalardan birində müalicəsinə imkan verilməsi haqda növbəti dəfə vəsatətlər qaldırsalar da, nəticəsi olmayıb.

Həsənovun işində istintaq zamanı dindirilmiş şahidlərin bir qismi əcnəbilərdir – onun səfir olduğu ölkələrdə səfirlik üçün alınan binaların sahibləri, vasitəçi şirkətlərin rəhbərləri və s. Onların heç biri məhkəməyə gətirilib dindirilməyib, yalnız istintaqdakı ifadələri elan edilib və bir də həmin ifadələri təsdiqləmələri barədə məhkəməyə göndərilən ərizələr.

Vəkillər ona diqqət çəkir ki, bu ərizələrin bir surəti də Baş Prokurorluğa göndərilir. Bu sözügedən əcnəbi şahidlərin məktublarından da görünür. Müdafiəçilərin sözlərinə görə, bu faktın özü prosesin prokurorluğun təsiri altında olmasının sübutudur.

"Məktubdan görünür ki, şahidin ərizəsinin bir surəti də Baş Prokurorluğun İstintaq İdarəsindən Erkin Əlixanova ünvanlanıb. Prokurorluğun məhkəmənin gedişinə müdaxilə etməyə nə ixtiyarı var? Belə çıxır ki, elə məhkəmə prosesini də prokurorluq idarə eləyir. Biz onsuz da bu məhkəmədən ədalət, obyektivlik gözləmirik. Amma belə açıq-aşkar izlər buraxmaq, qabarıq şəkildə eləmək anlaşılan deyil. Bu, məhkəmənin özünə də hörmətsizlikdir", – vəkil Cavad Cavadov belə deyib.

Müdafiəçi xaricdən göndərilən şahid ərizələrinin məzmununun eyni olmasına diqqət çəkərək onların eyni mənbədən idarə olunduğunu vurğulayıb.
Bu məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokuror isə etirazla razılaşmayıb. O bildirib ki, şahidləri istintaq dövründə prokurorluğun işçiləri dindirib. Ona görə ərizənin surətini prokurorluğa göndərməklə ifadələrini təsdiqlədiklərini çatdırırlar: "Biz burada otura-otura başqa ölkənin vətəndaşına nə təsirimiz ola bilər?".

Həsənovun yeyintidə ittiham olunduğu epizodlar arasında səfirlik üçün binaların alınmasıyla yanaşı, onun səfir işlədiyi ölkələrdə parklar salınması da var. O, 2001-2012-ci illərdə Rumıniyada səfir olarkən paytaxt Buxarestdə Tey parkı, Serbiyada eyni vəzifədə işləyərkən isə Belqradda Taşmaydan parkında mərhum prezident Heydər Əliyevin abidəsi qoyulub. Sabiq səfir deyir ki, bu parkların salınması humanitar layihələr idi, səfirliyin, ümumiyyətlə, ona qarışacağı yox idi. Mərhum memar Eldar Hüseynovu da həmin ölkələrə diplomatik pasport verərək Azərbaycan hökuməti göndərmişdi.

"Mənə verilən ittiham 15 yox, lap 35 epizod olsun, amma bu iki ünvanla bağlı məsələyə həssas yanaşın. Hər bir azərbaycanlı üçün müqəddəs yerlərdir. Təkcə mən yox, heç bir azərbaycanlı o iki ünvanla bağlı haram tikəyə dönüb baxmazdı, o namərdliyi boynuna götürməzdi. Müstəntiqin düşüncəsi bura qədər olub, heç olmasa, siz hakimlər xristian məkanında ulu öndərin adıyla bağlı olan yerə ləkə gətirməyin", – təqsirləndirilən keçmiş səfirin sözləridir.

Həsənov baş prokuror işlədiyi dövrdə baş vermiş bir hadisəni danışıb. Onun sözlərinə görə, 1995-ci ildə dövlət çevrilişinə cəhd ittihamıyla iki nəfər türk saxlanmışdı. Onlardan biri Türkiyə, digəri isə Avstriya vətəndaşı idi. Həmin vaxt prezident olan Heydər Əliyev baş prokuror kimi ona və Ali Məhkəmənin sədri Xanlar Hacıyevə deyib ki, onların türk olması qabardılmasın: "Dedi ki, biz hamımız gəldi-gedərik, amma bu iş uzun illər arxivdə qalacaq. Sabah türk adına xələl gəlməsin. Türkiyə vətəndaşı bütün Türkiyə deyil, bütün türk xalqı deyil. Biz 11 gün işlədik, onu təmizlədik, bu gün arxivlərdə qalan materiallarda iz buraxmadıq. Bu misalı ona görə çəkdim ki, nə ittiham, nə cəza istəyirsiniz verin, amma o iki ünvana ləkə gətirilməsin".

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə - 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. Həmçinin, sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur. Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb. O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyinin əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb. Həsənov özünü təqsirli bilmir, ittihamların əsassız olduğunu deyir. Sabiq səfir iddia edir ki, hakimiyyətdə təmsil olunan müəyyən fiqurlar siyasi iddiada olması barədə ölkə başçısına yalan məlumat verib.


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prokuror xuliqanlıqda ittiham olunan jurnalistə cəza istəyib

    Prokuror xuliqanlıqda ittiham olunan jurnalistə ...

    18-05-2016, 18:57

  • 
  • Qurban Məmmədovun işi üzrə məhkəmə istintaqı başa çatdı

    Qurban Məmmədovun işi üzrə məhkəmə istintaqı başa ...

    22-11-2013, 12:47

  • 
  • Fədayə Laçının məhkəmə istintaqı başa çatıb, prokuror cəza istəyəcək

    Fədayə Laçının məhkəmə istintaqı başa çatıb, ...

    31-10-2018, 15:08

  • 
  • Prokuror Qurban Məmmədova 3 il həbs istədi

    Prokuror Qurban Məmmədova 3 il həbs istədi ...

    28-11-2013, 14:46

  • 
  • Nigar Yaqublunun məhkəməsi dekabrın 12-nə təxirə salındı

    Nigar Yaqublunun məhkəməsi dekabrın 12-nə təxirə ...

    7-12-2012, 17:59


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu