GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ƏKİZ QARDAŞLARIN ÖMÜR VƏ DÖYÜŞ YOLLARI

ƏKİZ QARDAŞLARIN ÖMÜR VƏ DÖYÜŞ YOLLARI

Tarix: 10-01-2022, 10:17 Bölmə :Cəmiyyət Baxış: 556


Şəhidlərin nəfəslərinin bitdiyi yerdən başlayar ölümsüzlükləri. Donub qalan bir ömrün davamı əbədi dünyanın cənnətində başlayır. Bu dünyada qısa ömür yaşayıb şərəfin, mənəviyyatın izahını qanla yazıb, dünyadan köçənlərin qanının damladığı, cisminin qarışdığı torpaqdan başlayır vətən sevgisinin izahı. Bu sevginin bədəli ömürdü. Şəhid ömrü.

     Aqilin də ömür yolu çox şəhidlərin ömür yolu kimi qısa lakin şərəflidir. Ömür yoluna ilk qədəmi 3 aprel 1998-ci ildə qoymuşdu Aqil. Onun yol yoldaşı isə əkiz qardaşı Azad olmuşdu. Bir bətndə can tapan qardaşlar həm zahiri görünüşləri, həm də daxili aləmləri ilə bir-birindən fərqlənmişdilər. Aqil daha şən, çılğın, biraz da dəcəl uşaq olmuşdu. Azad və Aqil 6 övladlı ailənin son beşik əkiz övladları olmuşdular. Qardaşlar 2005-ci ildə Tovuz rayon N. Tusi adına təbiət və texniki təmayüllü məktəb - liseydə təhsil almağa başlamışlar. VI sinfi bitirdikdən sonra Tovuz rayon A. S. Puşkin adına tam orta məktəbdə təhsillərini davam etdirmişdilər. Qardaşlar həyat yollarında bütün addımları bərabər atmışdılar. Universitet yollarına qədər. Qardaşların yolları universitetə girdikləri zaman ayrılmışdı. Uşaqlıqdan hərbçi olmaq arzusunda olan Aqil yüksək balla Azərbaycan Ali Hərbi Məktəbinə, Azad isə Azərbaycan Dövlət Aqrar Unversitetinə qəbul olmuşdu. Aqil 2016-cı ildə AAHM - ə gedən zaman bu sözləri yazmışdı:


     - Hərbidə yüksək maaş ola bilər. Amma mən hərbiyə karyera və ya biznes qurnaq üçün getmirəm. Savadlı hərbi qulluqçu olmaq üçün gedirəm. Hərbi həyat tərzidir. 10:00 - dan etibarən həyat tərzim yaxşılığa doğru dəyişəcək. Allah amanında...

     Aqil bu peşəyə vurğun idi. Canı ilə, qanı ilə bu vətənə sipər durub, məlhəm olmağa hər an hazır idi. İllərlə Ali Baş Komandanın əmr verməsini səbirsizliklə gözləmişdi. Döyüşə gedərkən də bu arzusunu yazıb paylaşıb getmişdi.

   Aqil 2020-ci ilin iyununda Azərbaycan Ali Hərbi Məktəbini leytenant hərbi rütbəsi ilə başa vurmuş və Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə taqım komandiri kimi xidmətə başlamışdı. Atası onun yerini dəyişmək istəsə də Aqil razılaşmamışdı. O, hər zaman ön cəbhədə olmaq və düşmənin gözlərinə dik baxmaq istəmişdi. Azad isə universiteti başa vurduqdan sonra iyul ayında həqiqi hərbi xidmətə yollanmışdı. O da Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etmişdi. Qardaşlar eyni rayonda fərqli hərbi hissələrdə vətən keşiyini çəkmişdilər.

     27 sentyabrda II Qarabağ müharibəsi başlayan ilk andan Azad artileriyaçı kimi, Aqil tankçı kimi döyüşə atılıblar. Füzuli rayonunun Qaraxanbəyli kəndi ərazisində gedən döyüşlərdə hər iki qəhrəman şücaət göstərib. 27 sentyabrda Aqil doğmalarına mesaj yazaraq sağ salamat olduğunu bildirib. Azaddan isə heç bir məlumat almaq mümkün olmayıb. Sentyabrın 28-də Aqil doğmalarına zəng edib. Hər şeyin qaydasında olduğunu deyib. Bacısı Gülüstana dua etməsini deyib. O andan bacı dayanmadan dua edib. Saat 16:00 - da sanki onu hansısa bir qüvvə saxlayıb. Sən demə həmin vaxtlarda Aqilin də içində olduğu tank düşmənin minamyot atəşinə tuş gəlib. Tankın içinə düşən minamyotun qəlpəsi Aqili ağır şəkildə yaralayıb. Tank alışmağa başlamadan digər əsgərlər Aqili çıxarıblar. Lakin tankın içərisində yanaraq can verən şəhidlər də olub. Aqil silahdaşlarının müdaxiləsinə baxmayaraq həyata tutuna bilməyib. Son nəfəsində su istəsə də onun nəfəsi suyu içməyə çatmayıb. 28 sentyabr Aqil Vətən müharibəsi şəhidi kimi gözlərini həyata əbədi yumub.

     Ailə döyüşdə olan heç bir oğlundan xəbər ala bilməyib. Müharibə bu ailəyə tanış idi. Qısa zaman öncə ailənin böyük oğlu Elşad Tovuz döyüşlərində iştirak etmişdi. Hər 3 oğul vətən sevdalı idilər. Müharibənin nə demək olduğunu bilən ailəni bu səssizlik qorxutsa da sabaha Günəşlə bərabər ümidin doğmasını arzu ediblər. Lakin o Günəş, o ümid bir daha doğmayıb. Qonşuların bilib ailədən gizlətdikləri o xəbər gecə saat 02:00-da  ailəyə verilib. Hərbi komissarlıqdan gələn hərbçi və polis Aqilin şəhid olduğunu və sübh səhər nəşinin gətiriləcəyini deyiblər. Həmin an gecənin sükutun, göylərin bağrın Hicran ananın fəryadı yarıb. O gecə ərşə qalxan ana naləsindən cahan lərzəyə gəlib. O gecənin açılmayan səhərini Aqilin şəhid tabutu nurlandırıb.

    Həmin gün komandiri Azada bir kağız uzadıb minməli olduğu maşını göstərib. Lakin gedəcəyi ünvanın hara olduğunu deməyib. Azad da kağıza baxmayıb. Biraz yol getdikdən sonra Azad getdiyi istiqamətin döyüş zonası olmadığını, əksinə maşının Füzulidən çıxdığını görüb. Həmin an cibindən kağızı çıxarıb oxuyanda məzuniyyət icazəsi olduğunu görüb. Azad döyüş zamanı verilən bu məzuniyyətin əslində xeyirə əlamət olmadığının fərqində idi. Yol boyu "Elşad yoxsa Aqil?" deyə suallar onun ürəyini didib, parçalayıb. Kimə zəng etsə də heç kim həqiqəti deməyə cəsarət etməyib. Mənzil başına çatan zaman bacadan asılan bayrağı gördüyündə artıq bu evdə bir şəhid cənazəsinin olduğunu bilib. Ancaq kim? Elşad yoxsa Aqil? Həmin an Elşada gözü sataşan Azad evinin şəhid qonağının Aqil olduğunu bilib.

    İki əkiz qardaş, iki sirdaş, iki hərbçi. Biri bayrağı köksünə sıxıb, birinin tabutunun üzərini "bəzəyib". Qardaşını deyil qardaş tabutunu bağrına basan Azad hər kəsi göz yaşlarına qərq edib. Bir zamanlar bir bətndə var olan, həyatda qoşa addımlayan qardaşlar son dəfə eyni yolu gediblər. Ancaq bu dəfə Aqil Azadın çiyinlərində son yolun yolçusu kimi irəliləyib. 29 sentyabrda Tovuz rayon Tatlar kənd məzarlığında bir məzar bir ömrün bitiş nöqtəsinin ünvanı olub.

     Aqil cisminin dünyadan köçdüyü  4-cü gün varlığını yuxuda anasına hiss etdirib. Ana yuxuda "Aqil, cavan-cavan uşaqlar şəhid oldu." deyib. Aqil isə cavabında "Ana, onlar doğulandan şəhiddirlər." deyib. Yuxuda duyulan həmin qoxunu Hicran ana oyanarkəndə duyub. Həmin an Aqilin ruhunun onun yanında olduğunu hiss edib.

    Bir zamanlar oxuduğu kitablardan yiyələndiyi biliklərlə natiq bir gənc kimi tanınardı. İndi yazdığı qəhrəmanlıq dastanı ilə şəhid kimi tanınır Aqil.

   Leytenant Məcidov Aqil Aydın oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra "Vətən uğrunda" medalı, "İgidliyə görə" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

     Azad Aqilin qisasını döyüş meydanında almaq üçün təkrar döyüşlərə qatılıb. Əsgər Məcidov Azad Aydın oğlu göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə" Füzulinin azad olunmasına görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalı və "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

    Aqil bu ailənin son şəhidi olmayıb. Aqilin qohumu Elməddin də vətən həsrəti bitdikdən sonra şəhadətə ucalıb. Vətən müharibəsi bitəndən sonra 2021-ci il iyunun 16-da azad olunan ərazidə möhkəmlənmə işləri aparan Azərbaycan Ordusunun zabiti baş leytenant Nəsibov Elməddin Süleyman oğlu Laçın rayonunun Cicimli kəndində xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası nəticəsində şəhid olub.


ŞƏHİD AQİL


Sən şəhid olmadın, şəhid doğuldun,

Yaralı vətənin qoynuna, Aqil.

Qəlbində var olan vətən həsrətin,

Böyüdü ömrünə yetişən hər il.


Qəlbinin həsrətin bitirmək üçün,

Qürurla daşıdın hərbçi peşəsin. 

İllərlə sükutda qalan Qarabağ, 

Sayəndə eşitdi zəfər nəğməsin. 


Vətənin yükünü tək daşımırdın, 

Sənin dayağındı əkiz qardaşın. 

Sən vətən qurbanı olduğun gündən, 

Qardaşın itirib dostun, sirdaşın. 


Hər kəs yoxluğunun acısın çəkir, 

Azadsa dünyada sanki kəm qalıb. 

Bir ana bətnində birgə can tapdız, 

Daş məzar araya ayrılıq salıb. 


Sən gedən o gündən sevinclə gəlmir, 

Nə gələn yeni yaş, nə də ki, illər. 

Elə bil sən gedən payız kimidir, 

Həsrətlə dövr edən bütün fəsillər.


MANYA SƏXAVƏTQIZI

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dünyada ömür, 70 ilə çıxdı

    Dünyada ömür, 70 ilə çıxdı ...

    18-05-2013, 04:27

  • 
  • QƏHRƏMANLAR AİLƏSİ

    QƏHRƏMANLAR AİLƏSİ ...

    15-03-2021, 10:01

  • 
  • 60 yaşlı qadın əkiz uşaq doğub (FOTO)

    60 yaşlı qadın əkiz uşaq doğub (FOTO) ...

    28-12-2013, 03:00

  • 
  • Kişi əkiz uşaq doğdu

    Kişi əkiz uşaq doğdu ...

    31-01-2015, 22:46

  • 
  • Əkiz dedilər, beşəm çıxdı (FOTO)

    Əkiz dedilər, beşəm çıxdı (FOTO) ...

    30-05-2013, 15:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu