GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əli Heydərovun qatili həbsxanada cəzalandırıla bilər (DETALLAR)

Əli Heydərovun qatili həbsxanada cəzalandırıla bilər (DETALLAR)

Tarix: 10-01-2022, 17:32 Bölmə :Cəmiyyət Baxış: 328

Azərbaycanlı "oğru” Əli Heydərovun (Albert Rıjı) qətlində təqsirləndirilən Mətləb Sultanov Rusiyanın "Matrosskaya tişina” həbsxanasında kriminal qaydalarla cəzalandırıla bilər. 


Bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumatda bildirilir ki, kriminal dünyada artıq Əli Heydərov və Nadir Səlifovun (Lotu Quli) qətlinin səbəbləri ilə bağlı qaranlıq qalan heç bir nüans yoxdur. Hər iki "oğru”nun nüfuz savaşının qurbanı olduğu bəllidir. 
Əli Heydərov 12 aprel 2021-ci il tarxidə qətlə yetirilib. O, Moskvada "Alıye parusa” fitnes mərkəzində öldürülüb. Hadisədən dərhal sonra qatil həbs olunub. Əli Heydərovu qətlə yetirən Mətləb Sultanov istintaqa ifadəsində olayın sifariş və "oğru”lar arasında qarşıdurmanın nəticəsi olmadığını, Əli Heydərovla şəxsi ədavətinin olduğunu və buna görə də onu qətlə yetirdiyini deyib. 
Bildirilir ki, Mətləb Sultanov həbsxanaya göndərildikdən sonra məhkumlara onu "oğru”nun qatili olaraq cəzalandırmaqla bağlı məktub (malyava) göndərilib. Bu baxımdan, həbsxananın rəhbərliyi Mətləb Sultanovu təkadamlıq kamerada saxlamağa məcbur olub. Lakin Sultanovu sona qədər qorumaq mümkün olmaya bilər.

Mətləb Sultanov həbs olunduqdan sonra daha bir faktın üstü açılıb. Hüquq-mühafizə orqanları Sultanovun saxlanıldığı həbsxanada cəza çəkən nüfuzlu kriminalitetlərlə "Lotu Quli"nin qardaşı, "oğru” Namiq Səlifovun (Namiq Bakinski) telefon danışıqlarını üzə çıxarıb. Bəlli olub ki, Namiq Səlifov kriminalitetlərlə Mətləb Sultanov barədə danışaraq, onunla normal davranmağı tövsiyə edirmiş.
Bu fakt Əli Heydərovun qətlində Namiq Bakinskinin də rolunun olması barədə şübhələri artırıb. "Albert Rıjı" ilə Namiq Bakinski arasında konfliktin olması kriminal dünyaya məlum faktdır. Konfliktin kökü isə uzun illərə söykənir. 
"Lotu Quli" azadlığa çıxandan sonra çox sürətlə kriminal dünyada əsas söz sahibinə çevrilə bilmişdi. Bu aləmin nüfuzlu şəxslərinin əhəmiyyətli hissəsi Nadir Səlifovun ətrafında təmərgüzləşmişdi. Həmin vaxtlarda mərhum "oğru” Aslan Usoyanın (Ded Xasan) klanına daxil olan "Albert Rıjı" Rusiyanın iri bazarlarına nəzarət edirdi. Kriminal dünyada az qala "nömrə 1” statusu qazanan "Lotu Quli" isə "qara pullar”ın bir mərkəzdən idarə olunmasına çalışırdı ki, bu da onun bəzi "oğru”larla, o cümlədən "Albert Rıjı" ilə toqquşmasına səbəb olmuşdu. Namiq Səlifovla Əli Heydərov arasındakı qarşıdurma da buradan qaynaqlanır.
2020-ci ildə "Lotu Quli" Türkiyədə qətlə yetirildi. Tərəfdarları onun qətlində 3 nəfərin rolunun ola biləcəyini ehtimal edirdi. Bunlardan biri "Albert Rıjı" idi ki, onun "Lotu Quli" ilə münasibətlərinin gərgin olduğunu qeyd etdik. Digər iki nəfərə gəlincə, onlardan biri "oğru” Rafiq Eyvazov (Rafiq Masallı), digəri isə kriminal dairələrdə də kifayət qədər nüfuz sahibi olan iş adamı Zaur Əhmədovdur. Rafiq Eyvazov "Lotu Quli"nin adamları tərəfindən həqarətə məruz qalmışdı. Nadir Səlifova yaxın kriminalitetlər onun qulağını kəsmişdi. Zaur Əhmədov isə mərhum "oğru” Rövşən Lənkəranskinin yaxın qohumudur. Rövşən Lənkəranski ilə "Lotu Quli" arasında münasibətlərin o qədər də ürəkaçan olmadığı isə sirr deyil. Hətta Lənkəranskinin qətlində Nadir Səlifovun da rolunun ola biləcəyi barədə iddialar irəli sürülür.
Beləliklə, iddialara görə "Lotu Quli"nin tərəfdarları bu 3 şəxsi hədəf seçibmiş. Onlardan biri - "Albert Rıjı" artıq qətlə yetirilib. Lakin onun ölümü ilə problem həllini tapmayıb. Yuxarıda qeyd etdiyimiz kimi, Əli Heydərovun qatilini həbsxanada cəzalandırmaq planı var. Əgər Albertin ölümündə doğrudan da "Lotu Quli" tərəfdarlarının rolu varsa, mümkündür ki, Mətləb Sultanov canını qurtarmaq üçün bunu etiraf etsin. O halda "Lotu Quli"nin tərəfdarları üçün əlavə problemlər yarana bilər. 


Gundemxeber.Az 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Heydərovun qatili danışdı: “Qətl sifarişli deyil” + VIDEO

    Əli Heydərovun qatili danışdı: “Qətl sifarişli ...

    14-04-2021, 12:39

  • 
  • Rus mediası: Albert Rıjının qətlinin sifarişçisi Lotu Qulinin qardaşıdır

    Rus mediası: Albert Rıjının qətlinin sifarişçisi ...

    15-04-2021, 12:33

  • 
  • ​“Quli” gəncəli “qanuni oğru”nun statusunu dayandırdı - SƏBƏB

    ​“Quli” gəncəli “qanuni oğru”nun statusunu ...

    17-11-2017, 15:52

  • 
  • “Albert Rıjıy” “Lotu Quli”nin qətlinin sifarişçisi olduğu üçün öldürülüb? – İDDİA

    “Albert Rıjıy” “Lotu Quli”nin qətlinin ...

    12-04-2021, 21:29

  • 
  • Lotu Qulinin sağ əli Tiflisdə qətlə yetirildi — Kriminal müharibə alovlanır

    Lotu Qulinin sağ əli Tiflisdə qətlə yetirildi — ...

    12-09-2017, 16:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (363)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu