GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Hakim məhkəmədə MTN generalına vəkillik edir” – Zərərçəkənlərin iddiası...

“Hakim məhkəmədə MTN generalına vəkillik edir” – Zərərçəkənlərin iddiası...

Tarix: 11-01-2022, 12:07 Bölmə :Cəmiyyət Baxış: 297


Yanvarın 11-də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə ötən ilin oktyabrında başlanan açıq məhkəmə prosesinə jurnalistlər buraxılmır. Hakim media mənsublarının hansı səbəbdən prosesə buraxılmadığı açıqlamaqdan yayınır. Elbəy Allahverdiyevin açıq məhkəmə prosesini qapalı keçirməsinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov da susqunluq nümayiş etdirir. Zərərçəkən və vəkillər isə bildirir ki, prosesdə hakim müdafiəçilərə qarşı qanunsuzluq etməkdən çəkinmir. Vəkillərdən çox kobud şəkildə telefonlarının nəzarətçilərə təhvil verilməsini tələb edir.

Vəkillərin, zərərçəkənlərin israrlı tələblərinə, vəsatətlərinə baxmayaraq hakim məhkəmə zalında baş verənlərin audio-video yazılmasına da imkan vermir. 

Bakı Hərbi Məhkəməsində Prezident sərəncamından bixəbərdirlər?

Halbuki, Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2014 tarixli, “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” sərəncamı var. Həmin sərəncamın 2.6. bəndində deyilir:

-məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını və onları onlayn rejimdə müşahidə etmək imkanı yaradılmalıdır.

Bakı Hərbi Məhkəməsində isə sanki prezident sərəncamını heç eşitməyiblər. 

“Belə ruhi-əsəb problemləri olan adamın nə üçün hakim kimi qalmağı məni təəccübləndirdi”

Elçin Sadıqovun işgəncə barədə məlumat verməsi nəinki onun hüququ, həm də  vəzifəsidir”

Elçin Sadıqov

Bununla bağlı zərərçəkən Nizami Kazımovun vəkili Elçin Sadıqov “Yeni Müsavat”a deyib ki, məhkəmə iclasında prosesə sədrlik edən hakim Elbəy Allahverdiyev özünü hakim kimi yox, etik qaydalara belə əməl edə bilməyən şəxs kimi aparır. Vəkil deyib ki, ötən proseslərdən birində hakimə etdiyi qanunsuzluğa görə etirazını bildirib: “Hər kəsdən telefonunu qanunsuz alan hakimə mənim telefonumu da almasına etiraz edəndə dedi ki, səsini al. Sanki mən pıçıldayaraq danışmalı və bundan üzr istəməli idim. Guya məni ilk dəfə eşidirdi və səsimin gur olduğunu bilmirdi. Hətta bu sözü deyərkən ədəbsizcəsinə sağ əlinin baş və şəhadət barmağını maqqaş formalı hərəkət etdirməyi də unutmadı. Sadəcə olaraq, səbrimi boğdum. Belə ruhi-əsəb problemləri olan, özünü aparmağı bacarmayan, etik qaydalara əməl etməyən adamın nə üçün hakim kimi qalmağı məni təəccübləndirdi. Vəkil yoldaşların xahişi ilə telefonu verdim. Bu telefon məsələsinə Vəkillər Kollegiyasının Rəyasət Heyəti aydınlıq gətirməyə çalışsa da, belə hakimlərin ucbatından qanunlar pozulur. Halbuki elektron məhkəmədə sənədlərə baxılması, yüklənməsi və s. hərəkətlərin hamısı telefon üzərindən asan imza və internet vasitəsilə olur. Hakimin belə qanunsuz hərəkəti nəticəsində baxılan həmin iş üzrə heç bir sənədə baxmaq imkanım olmadı. Mövlam Şixəliyev tərəfindən verilən vəsatətlər və digər sənədlər elektron məhkəmədə olduğuna görə sənədlərə çatım imkanım olmadı. Məhkəmələrə vəkillərin telefonla buraxılması məsələsi birdəfəlik həll edilməlidir”.

Vəkil deyir ki, iş üzrə mülki iddiaların qəbul edilməsi üçün rüsum tələb edilir: “Bu məsələyə aydınlıq gətirməsi üçün Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət etmişik. Son vaxtlarda cinayət işləri üzrə məhkəmələrdə rastlaşdığım problem və ikili yanaşma ilə bağlı yazıram. Bildirirəm ki, son dövrlərdə məhkəmələr arasında cinayət prosesi zamanı mülki iddia verilərkən dövlət rüsumunun ödənilməsi ilə bağlı fikir ayrılıqları vardır. Bəzi məhkəmələr mülki iddia üçün dövlət rüsumunun ödənilməli olmadığını bildirsələr də, bəzi məhkəmələr dövlət rüsumunun ödənilməli olduğunu bildirirlər. Hətta Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin adları Hökumət Ödəniş Portalında olmadığından həmin məhkəmələrə dövlət rüsumları ödəmək mümkün deyildir. Həmin məhkəmələr mülki iddiaları dövlət rüsumu olmadan icraatlarına qəbul edirlər.

Bildiyiniz kimi, AR CPM-dən 182-ci maddə çıxarılmışdır.

AR CPM-in iddia ərizəsini qəbul etməkdən imtina edilməsini nəzərdə tutan 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər.

AR CPM-in 183.3. maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Göründüyü kimi, mülki iddianın icraata qəbul edilməsindən imtina olunması əsasları arasında dövlət rüsumunun ödənilməsi göstərilməmişdir.

AR CPM-in 179.2. maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.

Qeyd edilməlidir ki, qeyd edilən maddəyə görə mülki prosessual qanunvericiliyin normasının tətbiqi imperativ xarakter daşımır. Həmçinin qeyd edilən maddə mülki iddianın icraata qəbulunu deyil, mülki iddia üzrə icraatda (!) zəruri olan qaydaları nəzərdə tutur. Yəni qəbuledilənliklə bağlı əsasları deyil, prosessual əsasları nəzərdə tutur. Məsələn, maddi zərərin məbləğini, xəstəxana xərclərini sübut etmək, hüquq xidməti xərclərinə dair sübutlar təqdim etmək kimi çəkişmə prinsipinin meyarlarını ehtiva edir.

Digər bir tərəfdən, “Dövlət rüsumu haqqında” AR Qanununa əsasən mülki işlərdə apelyasiya və kasasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumunun 50 faiznin ödənilməsi, eyni zamanda AR MPM-də apelyasiya və kasasiya şikayətləri üçün dövlət rüsumunun ödənilməsi nəzərdə tutulduğu halda AR CPM-də apelyasiya və ya kasasiya şikayəti vermək hüququ olan şəxslərin (apelyasiya, kasasiya şikayətinin kim tərəfindən verilməsindən asılı olmayaraq) dövlət rüsumu ödəməli olması nəzərdə tutulmayıb”.

MTN generalını kim himayə edir? – Mövlam Şıxəliyevlə bağlı Prezidentə  müraciət » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

“Mövlam Şıxəliyevə vəkil gərək deyil, çünki hakim həm də ona vəkillik edir”

Hazırda prosesdə zərərçəkənlərin, şahidlərin dindirilməsi mərhələsidir. Bu günə qədər zərərçəkənlərdən 3 nəfər sərbəst ifadə verib. Həmin epizodlar üzrə şahidlər dindirilib.

Vəkil bildirir ki, hakim Elbəy Allahverdiyev hər bir epizod üzrə zərərçəkənlərin, onların vəkillərinin təqsirləndirilən şəxslərə suallar verib dindirilməsinə şərait yaratmır.

Zərərçəkən şəxslərdən Əhməd Mirzəyev sərbəst ifadəsi zamanı Mövlam Şıxəliyev və digərlərin ondan hədə-qorxu ilə, qanunsuz həbs edib girov götürməklə 500 min dollar alındığını açıqlayıb. Xüsusən bildirib ki, bundan sonra onun barəsindəki qondarma cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, hakim Əfqan Hacıyev isə ondan 100 min dollar pul alıb. Hakim pulu Əhməd Mirzəyevə şərti cəza vermək üçün aldığını deyib.

Əhməd Mirzəyevin bu məsələ ilə bağlı ifadəsinə Elbəy Allahverdiyev etinasız yanaşıb, zərərçəkənin açıqladığı faktların yoxlanılması üçün xüsusi qərardad çıxarılmasından yayınıb.

 Zərərçəkənlər hakimin bu hərəkətini təqsirləndirilən şəxslərin barəsində çoxsaylı ifşaedici məlumatların, faktların üzə çıxmasını önləmək istəyindən irəli gəldiyini deyirlər: “Təqsirləndirilən şəxslərə, xüsusən Mövlam Şıxəliyevə vəkil gərək deyil, çünki hakim həm də ona vəkillik edir”. 

20 milyon manat ziyan var; 4 zərərçəkən ölüb, 32 nəfər hüquqsuz durumda

5 ilə yaxın davam edən istintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib alması, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib. Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Mehrac Qurban oğlu Qurbanov, Etibar Vahid oğlu Cəfərov, Akif Teymur oğlu Qurbanov, Orxan Elman oğlu Abdullayev, Cavidan Mustafa oğlu Hacıyev, Railə Rafkat qızı Musayeva, Kəramət Etibar oğlu Əliyev, Zaur Ağahüseyn oğlu Əliyev, Afət Davud oğlu İsmayılov, Azad Niyazi oğlu Rəşidov, Hüseyn Nəriman oğlu Səfərov, Müsənnif Hilal oğlu Salahov, Ceyhun Mahmud oğlu Seyidov, Əhməd Məhəmməd oğlu Mirzəyev, Sərdar Əhməd oğlu İsmayılov, Elvar Layıq oğlu Əliyev, Seyran Burhan oğlu Nəcəfov, Rauf Faiq oğlu Kərimov, Qulam Davud oğlu Bağırov, Qüdrət Baloğlan oğlu Baloğlanov, İbrahim Məhəmməd oğlu Zeynalov, Rauf Qasım oğlu Həsənov, Ələddin Hüseyn oğlu Əliyev, Anar Sadıx oğlu Heydərov, Bahəddin Abdulla oğlu Sultanov, Elşən İsmayıl oğlu Mədətov, Ağasalam Mövlud oğlu Ağamalıyev, Namil Heydər oğlu Rzayev, Etibar Mahmud oğlu Əliyev, Nizami Firudin oğlu Kazımov, Əfsəl Xanlar oğlu Həsənəliyev və Esmira Məcid qızı Bayramova zərər çəkiblər. Cinayət işi üzrə 32 zərərçəkmiş var. Onlara ümumilikdə 20 milyon manat ziyan vurulub.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR

    Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR ...

    10-07-2017, 16:45

  • 
  • ​Həbsdə olan MTN polkovnikinin məhkəməsi TƏXIRƏ DÜŞDÜ

    ​Həbsdə olan MTN polkovnikinin məhkəməsi TƏXIRƏ ...

    15-02-2018, 23:02

  • 
  • Prokuror Hərbi Məhkəməni fakt qarşısında qoydu – MTN generalının məhkəməsi

    Prokuror Hərbi Məhkəməni fakt qarşısında qoydu – ...

    30-11-2021, 15:24

  • 
  • General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - Jurnalistlər buraxılmayıb (Yenilənib)

    General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - ...

    11-10-2021, 11:22

  • 
  • Akif Çovdarovun vəkilləri çıxış edir

    Akif Çovdarovun vəkilləri çıxış edir ...

    20-09-2017, 11:45


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu