Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Azərişıq” əməkdaşının məktəbdə ölməsi ilə bağlı cinayət işi açıldı
Yanvarın 11-i saat 11 radələrində Ağsu rayon sakini, “Azərişıq”ASC-nin Mərkəzi-Aran Regional Elektrik Təchizatı və Satışı İdarəsinin Ağsu sahəsində sayğacquraşdırıcı texnik vəzifəsində işləyən 1988-ci il təvəllüdlü Xəyal Şərifovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağsu Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, Xəyal Şərifov Ağsu şəhər 2 saylı tam orta məktəbin həyətində yerləşən 10 kv-luq transformatorun üzərində sayğac quraşdırarkən elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Gundemxeber.Az
18-05-2021, 10:21
3-07-2021, 12:03
19-09-2020, 14:37
6-10-2018, 00:01
29-09-2015, 17:18
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?