GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Şəmkir və Tovuzda fərdi istixanalar sıradan çıxır, sahibləri müflis olur

Şəmkir və Tovuzda fərdi istixanalar sıradan çıxır, sahibləri müflis olur

Tarix: 13-01-2022, 12:36 Bölmə :Cəmiyyət Baxış: 289

Azərbaycanın Tovuz və Şəmkir rayonlarında kiçik fermerlərin əksəriyyəti əsas dolanışıq yeri olan və son 2-3 ilədək yaxşı gəlir götürdükləri istixanalarını sökür. Fermerlər deyirlər ki, yanacaq, gübrə və digər xərclər artıb, təsərrüfatları saxlaya bilmirlər və çəkdikləri xərc qazancı üstələyir. Yerli bazarda pomidora təlabat azdır, Rusiya bazarında isə idxal pomidoru son illər ucuzlaşdığından qiymət sərfəli deyil. Bir yandan da kiçik fermerlər son illər fəaliyyətə başlayan dördüncü nəsil istixanalara - aqroparklara rəqabətdə uduzurlar. Buna görə də vaxtilə 200-500 min dollar xərc çəkib qurduqları istixanaları ləğv etmək məcburiyyətində qalıblar.

Fermer: “Peşimanam...”

Tovuzlu fermer Səlahəddin Rzayev deyir ki, bu il Tovuzda cəmi 4 fermer istixana şəraitində pomidor yetişdirir. Onun özü 4 hektarda pomidor əkib, lakin peşimandır. Çünki son 1-2 ildir ki, min bir əziyyətlə becərdiyi məhsulunu sata bilmir. Ötən il 70 min dollar ziyana düşüb, bu il də vəziyyətin düzələcəyinə ümidi yoxdur.

Qərb bölgəsində istixana sahibləri məhsullarını ancaq Rusiya bazarlarına çıxarmaqla qazanc götürüblər. Rusiya bazarında hazırda 6 kiloluq pomidor yeşiyinin qiyməti təxminən 8 manatdır. S.Rzayevin sözlərinə görə, bunun yarısından çoxu daşınma, qablaşdırma, orada qalma, bazarda yer haqqı və digər xərclərə gedir. Üstəlik, istixananın saxlanılma xərci də var. Yanacaqdan tutmuş yeşiyə, fəhlə pulunadək xərclər artıb. Məsələn, ayda təkcə işçilərin maaşı 12 min manat edir.

S.Rzayev bildirib ki, ötən il Tümenə yola saldığı maşının yolu iki dəfədən çox uzanıb, məhsullar yolda xarab olub. Moskva bazarına məhsul 20 günə gedib çatıb və qəpik-quruşa satılıb. Halbuki daşınma xərci iki dəfədən çox artıb. Nəticədə ziyana düşüb. İndi də maya dəyəri 1 manat 50 qəpiyə başa gələn pomidoru ən yaxşı halda 70 qəpikdən sata bilirlər: “Mənim iki banka 116 min manat borcum yaranıb. Şəmkirli istixana sahibləri də da bizim kimi qaza, işçiyə, banka borcludurlar. Qazı işlədiriksə, pulunu da vaxtlı-vaxtında ödəməliyik. Amma qazanc olmur, ödəyə bilmirik”.

Daha Rusiyaya pomidor “vurmaq” fərdi istixana sahibləri üçün sərfəli deyil

Fermerlər onu da bildiriblər ki, yeni nəsil istixanalarda müasir avadanlıqlar quraşdırılıb. Hansı ki, yanacağa qənaət edir, ənənəvi istixanalardan fərqli olaraq əlavə xərclər olmur. Bu istixanalarda yetişdirilmiş pomidorlar da ucuz satılır. Buna görə də belə aqroparklar kiçik fermerləri-fərdi istixana sahiblərini sıxışdırıb bazardan çıxarır.

Adının mətbuatda açıqlanmasını istəməyən şəmkirli fermer isə danışıb ki, təxminən 7-8 il əvvəl istixana qurmağa təxminən 500 min dollardan çox vəsait sərf edib və son illərədək yaxşı qazanıb. İndi isə gəlir gətirmədiyindən istixananı ləğv edir.

“Biz istixana şəraitində olsa da, pomidoru torpaqda yetişdirirdik və Rusiya bazarında satırdıq. Yəni indiki aqroparklarda olduğu kimi, pomidoru suda, dərmanlarla yetişdirmirdik. Amma son bir-iki ildir Rusiyada satış əlverişli deyil. Onların özləri də başlayıblar iri istixanalar qurmağa. Üstəlik, daşınma xərci, bazarda yer haqqı, yemək, qalmaq xərcləri də artıb. Ötən il pomidor satılmadı, məhsul xarab olmasın deyə qəpik-quruşa verdik, nəticədə ziyana düşdük. Amma aqroparklar üçün sərfəlidir, çünki maya dəyəri aşağıdır”, - şəmkirli fermer bildirir.

Borclarını ödəmək üçün istixanalardakı avadanlıqları kəsib satırlar...

Fermerlər onu da deyiblər ki, məsələdən icra hakimiyyətləri də xəbərdardılar. İstixana sahiblərinin iştirakı ilə məsələ müzakirə edilib və vəziyyətdən çıxmaq üçün müəyyən kömək təklif edilib. Amma əvvəl-axır qaza, elektriklə görə yaranmış borc ödənilməlidir. Fermerlərin bəziləri istixanadakı avadanlıqları kəsib satmaqla borcun bir hissəsini ödəməyə çalışır.

Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli isə deyib ki, Qərb bölgəsində ənənəvi istixanaların sökülməsinə ötən ildən başlanılıb: “Fermerlər əsasən Rusiya bazarına hədəfləniblər. Ötən il Rusiya bazarına çıxışa məhdudiyyətlərin qoyulması fermerləri çətinliklə üzləşdirib. Şəmkir və Tovuzda fərdi istixanalarda pomidor yetişdirənlər öz mallarını Rusiya bazarına vaxtlı-vaxtında çatdırmaqla bağlı bir çox süni əngəllərlə qarşılaşırlar. Üstəlik daşınma xərcləri artıb, Rusiya gömrüyü bəzi hallarda pomidor yüklü maşınları sərhəddə günlərlə, həftələrlə ləngidib. Nəticədə məhsul zay olub. Fərdi istixana sahiblərinin son illər kütləvi şəkildə borcu yaranıb, hamısı qaza, gübrəyə, istifadə etdikləri dərmanlara görə borclu qalıblar, indi də məhsullarını istədikləri qiymətə sata bilmirlər”.

Kimlər qazanır, kimlər itirir?

Bununla belə ekspert hesab edir ki, istixanaların sökülməsinin daxili bazarda qiymətlərə təsiri böyük deyil. Çünki müəyyən mərhələdə, yazın əvvəllərində pomidor bahalaşa bilər, lakin daha sonra bazarda məhsul artacaq və qiymətlər aşağı düşəcək. İtirən isə qərb bölgəsindəki kiçik və orta sahibkarlar, bir də fərdi istixanalarda günəmuzd işləməklə dolanan yerli sakinlər olacaq. Çünki fərdi istixana təsərrüfatları bu bölgədə əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rola malik idi.

Qeyd edək ki, iri aqroparkların sürətlə fərdi istixanaları sıxışdırıb müflis edəcəyini kənd təsərrüfatı üzrə ekspertlər daha əvvəl proqnozlaşdırmışdılar. Hərçənd məsələ bundadır ki, heç iri aqroparkların özlərinin də pomidor yetişdirməkdən qazanclarının yaxşı olmadığı, Rusiya bazarında qiymətin aşağı düşməsi nəticəsində onların da ziyan etdikləri haqda xəbərlər var.

Rəsmi statistikaya əsasən 2021-ci ilin 10 ayında (yanvar-oktyabr) Azərbaycandan 129 milyon 652 min dollar dəyərində 120 min 342 ton pomidor ixrac olunub. 2020-ci ilin 10 ayında isə Azərbaycandan 173 milyon 19 min dollar dəyərində 160 min 269 ton pomidor ixrac edilmişdi.

Gömrük Komitəsinin o zaman açıqladığı statistika göstərirdi ki, pomidor ixracı 2020-ci ilin 10 ayı ilə müqayisədə 2021-ci ilin 10 ayında dəyər ifadəsilə və miqdar ifadəsilə də 25 faiz azalıb. 2021-ci ilin 9 ayında (yanvar-sentyabr ) Azərbaycandan 128 milyon 243 min dollar dəyərində 119 min 138 ton pomidor ixrac olunub. Beləliklə, oktyabr ayında ixrac demək olar ki, dayanıb. Həmin ay 1 milyon 409 min dollarlıq 1 204 ton pomidor ixrac olunmuşdu.(virtualaz)

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vergidən ağlasığmaz cərimə: “Patron” bağlanır? - YÜZLƏRLƏ FERMER MÜFLİS OLMAQ HƏDDİNDƏ

    Vergidən ağlasığmaz cərimə: “Patron” bağlanır? - ...

    11-09-2019, 13:00

  • 
  • İnam Kərimov fermerləri EŞİDƏCƏKMİ? - GİLEY

    İnam Kərimov fermerləri EŞİDƏCƏKMİ? - GİLEY ...

    21-06-2021, 11:50

  • 
  • Tovuz sakini pomidor turşusundan zəhərlənib

    Tovuz sakini pomidor turşusundan zəhərlənib ...

    3-04-2017, 01:53

  • 
  • Fermerlər PA qarşısında  “Hektarlarla torpağımızı əlimizdən alıblar”

    Fermerlər PA qarşısında “Hektarlarla torpağımızı ...

    17-01-2017, 21:33

  • 
  • İnam Kərimovun BATIRDIĞI DAHA BİR SAHƏ... - Aqrar sektorda böhran...

    İnam Kərimovun BATIRDIĞI DAHA BİR SAHƏ... - Aqrar ...

    1-07-2021, 14:38


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu