GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İnam Kərimovun BATIRDIĞI DAHA BİR SAHƏ... - Aqrar sektorda böhran...

İnam Kərimovun BATIRDIĞI DAHA BİR SAHƏ... - Aqrar sektorda böhran...

Tarix: 1-07-2021, 14:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 692
İnam Kərimovun BATIRDIĞI DAHA BİR SAHƏ... - Aqrar sektorda böhran...


Bu ilin əvvəlində astaralı sitrusçuların yetişdirdikləri naringiləri sata bilmədikləri haqda xəbər vermişdik. Astaranın Tüləgüvan kənd sakini Tural Hidayətov da anbarda saxladığı məhsulunu sata bilmədiyindən xeyli hissəsi çürümüşdü. Sputnik Azərbaycan-ın bölgə müxbiri T.Hidayətovun qalan məhsulunu necə satdığını və hazırda təsərrüfatında meyvələrin vəziyyəti ilə maraqlanıb.

"Ötən ilin dekabr ayında məhsulumuzu yığandan sonra naringinin qiyməti 1 manat-1 manat 20 qəpiyə qalxdı, sonra xarici bazarlardan, əsasən Gürcüstandan çox aşağı qiymətə naringi gətirilib daxili bazarlarda satılmağa başlandı. Paytaxt bazarlarında Gürcüstan naringisinin topdansatış qiyməti 1 manata, 90 qəpiyə satılmağa başlayandan sonra artıq bizdən meyvələri kənddə 80 qəpikdən istəyirdilər. Bu qiymət bizə sərf etmirdi, çünki bizim çəkdiyimiz xərcin yarısından da aşağı idi.
Biz sitrus ağaclarını il ərzində üç dəfə dərmanlayırıq, ağaclara peyin, mineral və üzvi gübrələr veririk. Hər bir dərmanlama prosesinə 1500-1800 manat pulumuz çıxır. Bəzi işbazlar xaricdən naringi gətirdiklərinə görə biz öz malımızı sata bilmirdik, yazda, Novruz bayramı ərəfəsində naringini sata bilsək də ziyan etdik. Xarici ölkədən Azərbaycana naringi idxal olunmazsa, daxili bazarlarda bizim yerli mala tələbat olacaq", - Hidayətov deyib.

Fermer xatırladıb ki, Gürcüstandan naringini gətirib, bizim səbətlərə eyni ilə onlar yığdıqları kimi meyvələri yığaraq Astara naringilərinin adı ilə satırlar: "Biz də naringinin qiymətinin bahalaşmasını gözləyənə qədər məhsullarımız çürüyürdü. Mən bu il qışda anbara 30 tona yaxın naringi yığmışdım, ondan 12-13 ton məhsul cürüdü. Təxminən yarıya qədər itkimiz oldu, çəkdiyimiz əziyyətin bəhrəsini götürə bilmədik. Biz sitrusçular hər il məhsulumuzu Novruz bayramı ərəfəsində sata bilirdik. Orta hesabla 1,50 qəpik, 2 manata 30 ton məhsul satmalı idik. Amma bayrama kimi əlimizdə çox az məhsul qalmışdı. Əgər vaxtında məhsulumuzu yaxşı qiymətə sata bilsəydik, 30-35 min qazanc olardı, amma 10-12 min manat qazana bildik. Belə deyim də, qoyduğumuz xərcin heç yarısını çıxara bilmədik."

Tural Hidayətov may ayından başlayan istilərin sitrus bağlarına ziyan vuracağını deyib:

"Bizim və ətraf kəndlərin sakinlərinin əsas məşğuliyyəti sitrusçuluqdur və biz sitrusla dolanırıq. Təsərrüfatımda 350 ədəd tezyetişən karli sortu, 1000-ə yaxın yerli sort naringi ağacları var. 80 ədəd portağal, 60 ədəd kinkan və 100-ə yaxın feyxoa ağacları var. Bildiyimiz kimi, aprel ayı sitrus ağaclarının çiçəklənmə dövrüdür. Həmin ay ərzində də bölgəmizdə intensiv yağışlar yağdığından limon, portağal və naringi ağaclarının çiçəklərində qismən çürümə getdi və töküldü. Buna görə bu il həmin meyvələrin məhsuldarlığının aşağı olacağı gözlənilir.
Feyxoa ağaclarında isə vəziyyət yaxşıdır və bu il bol məhsuldarlıq olacağını düşünürəm. Baxmayaraq ki, artezian quyuları qazdırmışıq, isti yay aylarında artezian quyuları quruyur. Buna görə də təxminən 7-8 kilometr uzaqlıqda yerləşən çaydan əlavə su xətləri çəkdirmişik. Hal-hazırda bağımda damcılama üsulu ilə suvarma sistemi quraşdırmışam və bu sistemə 3-4 min manat xərcim çıxıb. Havalar çox isti keçsə, məhsuldarlıq çox aşağı olacaq, ağaclara suyu çatdıra bilmirik. Hələ sitrus ağaclarının dibini alaq otlarından təmizlətdirməliyik, diblərini yumşaltdırıb peyinləmək lazımdır. Bunların hamısı xərc tələb edir. Bütün bu işlərə pul xərcləyirik, lakin sonra qazanc götürmək çox çətin olur. Yenə də deyirəm, Azərbaycana xaricdən məhsullar gətirilməzsə, bizim məhsullar yaxşı qiymətə satılacaq".

Təsərrüfat sahibi bildirdi ki, əvvəllər Astara sitrusçularının məhsulları Rusiyaya aparılırdı, son iki ildə Rusiya bazarları üçün məhsul alan yoxdur. Bu günə kimi də sifariş edən də olmayıb.

Aqrar sektorda böhran

Yay mövsümü başlayar-başlamaz Azərbayanda əkinçilik, xüsusən tərəvəzçiliklə məşğul olan fermerlərin problemləri də baş qaldırıb.

"Pionerlər" - Göyçay fermerləri mayın 25-də Ləkciplaq kənd inzibati ərazisində toplaşaraq etiraz ediblər. Fermerlər deyiblər ki, istixanalardan toplanan məhsulları yerli bazarlarda satıb qurtarmaq mümkün deyil. Çünki məhsul boldur. Pandemiyaya görə şadlıq evlərinin, kafe-restoranların, dönərxanaların və digər obyektlərin fəaliyyət göstərməməsi səbəbindən daxili alıcılar yox səviyyəsinə enib.

Gömrük problemləri səbəbindən Rusiya sərhədində yük maşınlarının yığılması məsələni bir qədər də qəlizləşdirdi. Həftələrlə davam edən tıxac iyunun 14-də aradan qaldırıldı.

Bu günlərdə Şəmkirdən aldığımız xəbər isə pomidor təsərrüfatlarında əsl fəlakət yaşandığını göz önünə sərdi: burada hər fermer, demək olar ki, hər gün 1-2 ton tomatı zibilliyə tullayır.

Yerli bazarda mallarını sata bilməyən təsərrüfat sahibləri məhsulu ölkə xaricinə çıxarmağın da mənasız olduğunu bildiriblər. “Qiymət aşağıdan da aşağıdır. Lakin yenə alıcı yoxdur. Alanlar da onu satıb xeyir qazana bilmirlər ki, yenə gəlib alsınlar. Biz özümüz də bazarlara çıxara bilmirik. Ən yaxşı malı 10 qəpiyə zorla satırıq. O da heç dərmanın pulunu çıxarmır. Bir az Rusiyaya aparıldı. Orada da qiymət həddən artıq ucuzdur. Göndərilən malın yalnız kağızının, yeşiyinin pulunu çıxarmaq olur. Ya da günlərlə qalır sərhəddə, keçə bilmir. Mal maşında xarab olur. Bu saat hamı müflis olmaq vəziyyətindədir. Sonu da bilmirik nə olacaq”, - sahibkar Vahid Əsgərov deyib.

Kartof əkənlərin də bu il bəxti gətirmir. Tovuzlu fermerlər məhsulun bol olmasına rəğmən, hələ ki üfüqdə alıcıların görünməməsindən şikayətçidirlər.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xurma kənddə 20 qəpiyə, Bakıda 1 manat 50 qəpiyə: yeddiqat fərq kimlərin cibinə gedir...

    Xurma kənddə 20 qəpiyə, Bakıda 1 manat 50 qəpiyə: ...

    7-11-2017, 14:27

  • 
  • Bu adamı nə Astara maraqlandırır... - Nə də astaralılar...

    Bu adamı nə Astara maraqlandırır... - Nə də ...

    8-10-2019, 12:29

  • 
  • Kərə yağını 18 manata kimi bahalaşdıran monopolistlər kimlərdir?

    Kərə yağını 18 manata kimi bahalaşdıran ...

    5-10-2017, 15:36

  • 
  • İnam Kərimovla Mikayıl Cabbarovun Novruz “islahatı”

    İnam Kərimovla Mikayıl Cabbarovun Novruz ...

    17-03-2020, 20:20

  • 
  • Gömrük komitəsi Prezidentin islahatlarına qarşı: sahibkar ittiham edir, general təhdid

    Gömrük komitəsi Prezidentin islahatlarına qarşı: ...

    17-04-2019, 14:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu