Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.
Bu barədə qurumdan məlumat verilib.
Bütövlükdə 39 onlayn media subyektləri müsabiqəninq qalibləri olub. Onlardan 32-si ictimai-siyasi, 7-si isə idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləridir. Müsabiqənin qalibləri olan veb-saytlara MEDİA tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstəriləcək.
Bundan əlavə, qurum tərəfindən çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri də məlum olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?