Neçə illər idi ki, hakimiyyətdə təmsil olunan bəzi məmurlar tərəfindən qeyri-rəsmi maliyyələşdirilən bir çox onlayn media subyektlərinin əldə etdikləri maliyyə vəsaitləri, məhz dünənki qərarla rəsmən qanuniləşdirildi.
Yəni, müsabiqənin qalibləri elan olunan saytların siyahısına diqqət yetirdikdə bir daha məlum olur ki, maliyyə vəsaiti əldə edəcək saytların əksəriyyəti vaxtilə Əli Həsənova xidmət edən saytlardırlar. Bu da onu sübut edir ki, qeyd olunan layihənin həyata keçrilməsində heç də obyektivlik təmin olunmayıb və Medianın İnkişafı Agentliyinin fəaliyyəti şəffaf deyil. Baş verənlərin hər biri biabırçılıq və utanc hissi gətirən hallardır. Sonda belə bir qənaətə gəlmək olar ki, nə qədər ki, Vüqar Əliyev daşıdığı vəzifəsindədir və o, dolayısı yolla olsa belə, bu gün də Əli Həsənovun "işarəverən barmağı"nın əmrlərini yerinə yetirir, deməli indiki reallıqla barışmaq lazımdır. Əslində barışmaq lazım deyil, reallığı dəyişmək lazımdır. Yoxsa, . . .
Sorğu
Yeni dizaynımız necədir?