Gundemxeber.az » Ölkə » Cəmiyyət » Astarada qohumunu qətlə yetirən qadının məhkəməsi başlayır
Astarada yaxın qohumunu qətlə yetirməkdə təqsirləndirilən Gülsevər Ağayevanın cinayət işi üzrə məhkəmə iclası başlayır.
Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Cəlil Nəbiyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclası hələlik məlum deyil.
Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında Astara rayonunun Şəmətük kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü G.Ağayevaya şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qohumu, 1961-ci il təvəllüdlü Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
G.Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Gundemxeber.az
8-10-2021, 15:24
11-09-2018, 13:48
14-01-2014, 11:33
15-02-2021, 11:27
17-07-2021, 10:10
Sorğu
Yeni dizaynımız necədir?