Gundemxeber.az » Ölkə » Cəmiyyət » Biabırçı görüntülərin yayıldığı məktəbin adı məlum oldu: Araşdırma başladıldı - YENİLƏNİB
Azərbaycanda şagirdlərin qeyri-etik hərəkətlər etdiyi məktəbin adı məlum olub.
Hadisə “İntellekt” məktəb-liseyində baş verib.
Məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “İntellekt” məktəb-liseyində şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən müvafiq araşdırma aparılır və zəruri profilaktiki tədbirlər görülür.
11:16
Azərbaycanda məktəblərin birində şagirdlər qeyri-etik hərəkətlər ediblər.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Şagirdlər dərs prosesi zamanı müəllimin qarşısında rəqs edib, partaları aşırıb və idman hərəkətləri ediblər.
Çəkilən görüntülərin hansı məktəbə aid olması məlum deyil.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Xətai rayonu, 165 saylı tam orta məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışlar nümayiş etdiriblər.
Nəticədə dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib, məktəbin direktor müavinləri ilə bağlı tənbeh tədbirləri görülməsi üçün isə təqdimat verilib.
Gundemxeber.az
12-01-2022, 16:30
24-11-2015, 19:28
10-10-2018, 14:46
10-03-2021, 12:52
19-04-2021, 13:23
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?