GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məhkəmədən qabaq mübahisəni həll etmək mümkün olurmu? 6 aydır icra edilən qanun necə işləyir?

Məhkəmədən qabaq mübahisəni həll etmək mümkün olurmu? 6 aydır icra edilən qanun necə işləyir?

Tarix: 31-01-2022, 23:00 Bölmə :Cəmiyyət Baxış: 949

Azərbaycanda mediasiyanın tətbiqindən altı ay keçir. Məhkəmə sistemində islahatların bir hissəsi kimi dəyərləndirilən bu yeni mexanizm necə işləyir?

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilova görə, ilk vaxtlarda mediasiyaya yönləndirilən vətəndaşlar bu prosesi məhkəməyə getmək üçün "arayış verən" qurum kimi görürdülərsə, getdikcə, bu anlayış dəyişməyə başlayıb.

Vəkil Emin İsayevin müşahidələrinə görə, mediasiyada tərəflər arasında bağlanmış müqavilənin məcburi icra mexanizmi olmadığından, tərəflərdən biri razılaşmanı icra etməkdən boyun qaçırdığı təqdirdə, iş yenə məhkəmənin ümidinə qalır.

Mediator Fərhad Mehdyev hesab edir ki, mediasiyaya müraciət etməklə vətəndaş əlavə maliyyə yükündən və vaxt itkisindən azad olur.

"Mediasiyaya arayış alma mərhələsi kimi baxırdılar"

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov 6 aydır ki, icra olunan mediasiyanı uğurlu sayır və onun fikrincə, yeni mexanizm məhkəmələrin iş yükünün azalmasına təsir edib.

O, BBC News Azərbaycancaya deyib ki, ölkə üzrə 226 nəfər aktiv fəaliyyət göstərən mediator var, onların əksəriyyəti Bakı və Sumqayıt şəhərlərindədir və regionlarda da bu mexanizmin tətbiqinə çalışılır.

Cənab Adilovun sözlərinə görə, mediasiyanın tətbiqindən bu yana bəzi problemlərlərlə də qarşılaşıblar və ən ciddi məsələ mediasiya anlayışının ölkə üçün yeni olması olub.

"İlk təcrübə çətin oldu, amma uğurlarımız da var. İlk vaxtlar insanlar elə başa düşürdülər ki, mediasiya məhkəməyə getmək üçün bir arayış almaq mərhələsidir. Onlar bəzən işi məhkəməyə aparmaq üçün arayış tələb edirdilər. Sonradan isə ümumi mediasiyaya yönələn işlərin 30 faizi barışıqla nəticələnib, məhkəməyə getməyib," - Nadir Adilov deyib.

Mediasiya tərəflər arasında mübahisənin məhkəmədən kənar qaydada qarşılıqlı razılıq əsasında həll prosesidir. Azərbaycanda bu mexanizm ötən ilin iyulundan tətbiq edilməyə başlayıb.

"Aliment üçün tələb edilən məbləği rüsum kimi ödəməli olursan"

Vəkil Emin İsayev BBC Azərbaycancaya mediasiyaya müraciət zamanı iddiaçının üzləşdiyi bəzi problemələrdən danışıb:

"Məsələn, ölkədə aliment minimum əmək haqqına görə hesablanır. Hər dəfə ölkədə minimum əmək haqqı artırıldıqda, boşanan tərəflərdən biri alimentin artırılması üçün əvvəllər birbaşa məhkəməyə müraciət edib artıma nail olurdu. İndi isə alimentin artırılması üçün əvvəlcə mediasiyaya müraciət olunmalıdır. Bu zaman isə mediasiyada təşkilatdan asılı olaraq, xidmət haqqı kimi 50-60 manat məcburi ödəniş edilməlidir. Müraciət edən şəxs bu pulu ödədikdə elə alimentin artırılmasını istədiyi məbləği mediasiyaya ödəmiş olur. Onda bu adam nə əldə etmiş oldu?" - vəkil Emin İsayev deyib.

Onun sözlərinə görə, bu kimi hallar mediasiya haqqında qanunda nəzərə alınmayıb.

Mediasiya müraciətlərində rüsumlar mühabisənin növündən asılı olaraq, müxtəlifdir, məbləğ 20-400 manat civarında dəyişir.

"...işlərin 70-80 faizi sonradan məhkəməyə gedir"

Emin İsayev bildirib ki, mediatora gələn işlər əksər hallarda sonradan məhkəməyə getməli olur və hər iki instansiyada rüsumlar vətəndaşın və vəkilin üzərinə əlavə maliyyə yükü gətirir.

"Vətəndaş hesablayır ki, məhkəməyə gedəcək, rüsumlara filan qədər çıxacaq. İndi onun üstünə mediasiya xərcləri də gəlir. Üstəlik, məhkəmə rüsumları da artıb. Bunları qarşılamaq üçün ya vəkil məcbur qalıb öz xidmət haqqından güzəştə gedir, ya da vətəndaşın məhkəməyə ödəyəcəyi rüsumun üstünə əlavə mediasiyaya ödədiyi rüsum da gəlir,"- vəkil Emin İsayev deyib.

Hüquqşunas deyir ki, bəzən vətəndaş öz mübahisəsinə mediasiyada cavab tapır, qarşı tərəflə barışır və ya razılaşır.

Amma o öz təcrübəsinə istinadən vurğulayır ki, onda olan müraciətlərin 70-80 faizi mediasiyada həll oluna bilmədiyi üçün məhkəməyə yönləndirilir.

Vəkil deyir ki, mediasiyada problemli məsələlərdən biri də mediasiyaya müraciətin məcburi, amma mediasiya prosesesindən sonra əldə olunan sazişin icrasının məcburi olmamasıdır.

Emin İsayevin sözlərinə görə, mediasiya müqaviləsini tərəflərdən biri icra etmədiyi təqdirdə, mübahisəyə məhkəmədə baxmaq zərurəti yaranır. Çünki sazişin məcburi icra mexanizmi yoxdur.

Azərbaycanda 2019-cu il martın 29-da Mediasiya haqqında qanun qəbul edilib, məcburi məhkəmə mediasiyasına dair müddəalar isə ötən ilin iyulundan tətbiq olunur.

"Aztəminatlılar üçün 500 min manat mediasiya xərci"

Mediasiya Şurasının İdarə Heyətinin üzvü Sima Yaqubova BBC News Azərbaycancaya deyib ki, alimentin artırılmasına dair mübahisə varsa, hökmən ilkin mediasiya sessiyasından keçməlidir.

"İlkin mediasiya sessiyasının məbləği 50 manatdır, yəni, tərəflər razılığa gələrlərsə və mübahisə aradan qalxdığı üçün məhkəməyə getməyəcəklər, tərəflər arasında saziş bağlanacaq. Razılıq olmursa, onlar məhkəməyə gedir və bu zaman iddiaçı tərəf ilkin mediasiya sessiyasının pulunu ödəyir. Məhkəmədə isə iddiaçı aliment rüsumu üzrə dövlət rüsumundan azaddır," - Sima Yaqubova deyib.

Sima Yaqubova onu da deyib ki, Nazirlər Kabinetinin qərarına görə, aztəminatlı şəxslərin mediasiya xərclərinin dövlət hesabına ödənilməsi də nəzərdə tutulub.

"Aztəminatlı şəsxlərdə ilkin mediasiyanın xərci, əgər hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak edərsə, rüsum dövlət hesabına ödənilir. Aztəminatlı ailələrin mediasiya xərclərinin ödənilməsi üçün dövlət tərəfindən 500 min manat ayrılıb. Hazırda biz bir neçə dövlət orqanı ilə bu şəxslərin əhatə dairəsini müəyyən edirik ki, bu xərclər onlara da aid edilsin," - Sima Yaqubova deyib.

Mediasiya prosesinə həm məhkəməyə qədər, həm də məhkəmə prosesləri zamanı müraciət etmək olar. Bu prosesi həyata keçirən, tərəflər arasında danışıqlar apararaq razılıq əldə etməyə çalışan şəxs mediator adlanır.

"Məhkəmə islahatlarının tərkib hissəsi..."

Mediator kimi fəaliyyət göstərən hüquqşünas Fərhad Mehdiyev BBC News Azərbaycancaya deyib ki, mediasiya tətbiq olunan ilk vaxtlarda dövlət qurumları çağırışlara gəlmirdilərsə, indi "onların nümayəndələrinin prosesə gəlməsi halları artır".

"Düzü, mediasiyada razılaşırlarmı?! Çox da razılaşmırlar, amma iştirakçılıq artıb. Məsələn, bir sahibkarın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə mübahisəsi vardı və nazirliyin nümayəndəsi gəldi, dinlədi, əslində müəyyən qədər vətəndaşa kömək də etdi," - Fərhad Mehdiyev deyib.

"Bəzən "dava-qırğınsız" boşanmağa kömək etmək olur"

Azərbaycanda qüvvədə olan qanuna görə, əmək, ailə, kommersiya mübahisələrinin həllinə məcburi qaydada məhkəmədən əvvəl mediasiya yolu ilə cəhd edilməlidir.

Cənab Mehdiyev deyir ki, mediator kimi daha çox ailə münaqişələri ilə bağlı mübahisələri araşdırıb.

O hesab edir ki, ailə münaqişələrində mediatorların işi heç də həmişə tərəfləri barışdırmaq mənasına gəlmir, bəzən "dava-qırğınsız" boşanmağa da kömək etmək olur.

"Mənim təcrübəmdə indiyədək 47 iş olub və bu işlərin təxminən 9-da barışıq sazişinə nail olmuşam. Bu işlərin çoxu ailə mübahisələri olub. Ailə mübahisələri də elə işlərdir ki, hətta məhkəmə də olsa belə, tərəflər arasında gərginlik bitmir. Tərəflərin biri o birinə uşağı göstərmir, biri alimenti ödəmir. Mediasiyada bununla bağlı razılıq əldə olunanda, bu kimi problemlər qalmır," - Fərhad Mehdiyev deyib.

Rəsmi məlumata görə, 2021-ci ilin dekabrına kimi Azərbaycanda Mediasiya Şurasına 9 mindən çox müraciət daxil olub ki, onların da 8 mindən çoxu ailə mübahisələri ilə bağlı olub.

Cənab Mehdiyev mediasiya prosesinin əlavə maddi yük yaratması iddiaları ilə razılaşmır və deyir ki, razılaşmanın əldə olunması və buna 50-100 manatın xərclənməsi tərəfləri böyük mənəvi yükdən və vaxt itkisindən xilas edir.

Mediasiya prosesinin Azərbaycanda tətbiqi Avropa İttifaqının texniki dəstək layihəsi çərçivəsində olub və Avropa İttifaqı ölkədə mediasiyanın tətbiqini məhkəmə islahatlarının bir elementi kimi görür.

Fərhad Mehdiyev ümid edir ki, bu sahədə inkişafa "yavaş-yavaş nail olunacaq".

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda bank sədri koronavirusdan vəfat etdi

    Azərbaycanda bank sədri koronavirusdan vəfat etdi ...

    29-06-2020, 17:57

  • 
  • Beynəlxalq Bankın yeni sədri Elmar Məmmədov kimdir?

    Beynəlxalq Bankın yeni sədri Elmar Məmmədov ...

    22-07-2015, 13:40

  • 
  • Şeyxin 65 yaşı tamam olur

    Şeyxin 65 yaşı tamam olur ...

    26-08-2014, 00:49

  • 
  • Həbs olunan gənclərlə bağlı bəyanat verildi

    Həbs olunan gənclərlə bağlı bəyanat verildi ...

    15-07-2013, 13:38

  • 
  • Əvəz Zeynallı ilə Mətbuat Şurasının məhkəmə çəkişməsi başladı

    Əvəz Zeynallı ilə Mətbuat Şurasının məhkəmə ...

    13-08-2013, 16:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu