Gundemxeber.az » Ölkə » Cəmiyyət » Surət Hüseynova görə tutulan şəxs həbsxanada ÖLDÜ
Bakıda daha bir məhkum ölüb.
Hadisə Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrindən birində qeydə alınıb. Orada cəza çəkən ömürlük məhkum Elşad Teyyub oğlu Mustafayev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, E. Mustafayev 1993-cü ildə Gəncə hadisələri ilə bağlı, sabiq baş nazir Surət Hüseynovun işi üzrə həbs olunanlardandır.
Məlumata görə, E. Mustafayevin də üzvü olduğu dəstə 1993-cü ildə Samux rayon prokuroru Şəmşir Əliyevin güllələnməsində iştirak ediblər. Onu da qeyd edək ki, E. Mustafayevin atası Vaqif Mustafayev o zaman Samuxun icra başçısı olub. Həmin hadisələrdən sonra o da saxlanılıb /Lent.az/
1-07-2015, 19:29
27-11-2017, 14:52
22-06-2020, 19:04
20-07-2016, 02:46
16-09-2014, 07:58
Sorğu
Yeni dizaynımız necədir?