Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurovun barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə qərar Xəzər Rayon Məhkəməsində elan olunub. Qərara əsasən, M.Mansoruvun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, 1990-cı il təvəllüdlü M.Mansurov qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəmi müxtəlif vaxtlarda döyüb. Uşağın öldüyünü görən M.Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?