GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Telman İsmayılovun ekstradisiyası niyə bu qədər önəmlidir? - GƏLİŞMƏ

Telman İsmayılovun ekstradisiyası niyə bu qədər önəmlidir? - GƏLİŞMƏ

Tarix: 4-02-2022, 10:36 Bölmə :Cəmiyyət Baxış: 226


Rusiya Monteneqro Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçə federasiyaya giriş qadağası tətbiq edir. Bu barədə Monteneqronun Rusiya Federasiyasındakı səfirliyinə Rusiya Xarici İşlər Nazirliyindən nota göndərilib. Qeyd edilir ki, müvafiq tədbir Monteneqro hökumətinin 2021-ci ilin oktyabrında atdığı dostluğa sığmayan addımına görə - iş adamı Telman İsmayılova siyasi sığınacaq verilməsinə cavabdır.

Xatırladaq ki, əslən azərbaycanlı olan Telman İsmayılov “Rusiya Federasiyasının ərazisində xüsusilə ağır cinayətlər törətdiyinə görə” “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilib.

Ötən il beynəlxalq axtarış çərçivəsində Telman İsmayılov Monteneqroda saxlanılıb. 21 gün həbsdə saxlanılandan sonra ittihamlarda siyasi çalarlar olduğuna görə o, Rusiyaya ekstradisiya edilməyib. Bununla belə, Rusiya siyasi rəhbərliyi israrla Telman İsmayılovun həbsini tələb edir.

Rusiya üçün Telman İsmayılovun ekstradisiyası niyə bu qədər önəmli şəkil alıb? Səbəb yalnız İsmayılov və qardaşlarının adı keçən cinayət işidir, yoxsa siyasi motivlər də var?

2016-cı ilin may ayının 16-da Moskva vilayətinin Novorijskoye şosesində avtomobilin salonunda 2 nəfər qətlə yetirilir - “Stroymarket №1" ticarət mərkəzinin sahibi Vladimir Savkin və ”Lüblino Motors"un təsisçisi Yuri Brilyov. İstintaq bu 2 nəfərin qətlinin sifarişçisi kimi Telman İsmayılovu ittiham edir...

İstintaqın versiyasına görə, Telman İsmayılovun qardaşı Rafiq İsmayılovun öldürülənlərdən birinə 5,5 milyon dollar borcu olubmuş. Telman İsmayılov isə killerə “problemi” və şahidi məhv etmək əmri veribmiş. “Çerkizov” bazarının keçmiş sahibi eləcə də Koptev mütəşəkkil cinayətkar qrupunun 6 üzvünün məhvini sifariş verməkdə günahlandırılır. Guya onlarla ticarət obyektlərini bölüşdürə bilmirmiş. Daha bir zərərçəkən tanınmış pop ifaçı Avraam Russodur. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının dediyinə görə, bir zamanlar iş adamının sevilən müğənnisi bir dəfə atəşə tutulub, döyülüb və oğurlanıb.

İttiham aktında yazılanlar məhkəməyə qədər gedib çıxsa və Telman İsmayılov Rusiyada məhkəmə qarşısına çıxarılsa, onu ömürlük həbs cəzası gözləyir.

Ondan başlayaq ki, Rusiya ilə Monteneqronun ayrıca hüquqi yardım müqaviləsi yoxdur. 1962-ci ildə SSRİ ilə Yuqoslaviya arasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında müqavilə imzalanıb və rəsmi olaraq qüvvədədir. Buna baxmayaraq, Monteneqro cinayət törətməkdə şübhəli bilinənləri Rusiyaya təhvil verir. Məsələn, 2021-ci ilin iyulunda Puşkin adına Sankt-Peterburq Dövlət Universitetinin keçmiş rektoru, eləcə də keçmiş senator Vyaçeslav Skvortsov Rusiyaya təhvil verilib. O, xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunurdu.

Lakin Monteneqro rəsmilərinin Telman İsmayılovla bağlı yanaşması fərqli oldu və onu rusiyalı məhkəmə müfəttişlərinin əlinə vermədilər. Bir çoxları bunu Telman İsmayılovun Monteneqro prezidenti Milo Cukanoviçlə şəxsi dostluq münasibətləri ilə əlaqələndirdilər.

Rusiya hüquq-mühafizə orqanlarının təqiblərindən Telman İsmayılov əvvəlcə Türkiyədə, özünə məxsus “Mardan Palace” hotelində gizlənirdi. Ancaq tezliklə Türkiyə müfəttişlərinin sualları ortaya çıxdı. Onların fikrincə, İsmayılov Rusiya kriminal dairələrində tanınan “qanuni oğru” Rövşən Canıyevin öldürülməsində iştirak edib. Həbs olunmaqdan və ya Rusiya səlahiyyətlilərinə təhvil verilməsindən qorxan Telman İsmayılov hotelini İstanbul bankına cəmi 124 milyon dollara satıb və özü də tələsik Monteneqroda kirayə qaldığı bir villaya köçüb. Bundan sonra Rusiyanın VTB Bankının iddiasına görə, Nevada məhkəməsi Las-Veqasda İsmayılova məxsus Craig Valley Plaza ticarət mərkəzini həbs edib. Telman İsmayılov ABŞ-da cinayət təqibi ilə bağlı əsl təhlükə ilə üzləşmişdi. O, kredit mənimsəməkdə və Amerika hesablarından vəsait çıxarmaqda şübhəli bilinirdi. Məhkəmə icraçıları onun pulunu axtarırlar. İsveçrədə Telman İsmayılovun vəziyyəti daha da pisdir, “BM-Bank”ın versiyasına görə, o, oğurladıqlarının bir hissəsini gizlədərək qanuniləşdirib. Sürix prokuroru artıq onu dələduzluqda, əmlakını gizlətməkdə və aktivlərinin çıxarılmasında ittiham edərək cinayət işi başlayıb. Telman İsmayılovun Azərbaycan Beynəlxalq Bankına 70 milyon dollar borcu var və ölkəyə gələcəyi təqdirdə bu məbləğlə bağlı sorğu-sual oluna bilər. VTB kreditorlarının uzun əlləri Telman İsmayılova bu yaxınlarda yaşadığı Monteneqroda da çatıb. Borclara görə yerli icra məmurları oğlu Ələkbərə məxsus Budvadakı Avala kazinosunu həbs ediblər. Hələ 2017-ci ildə, Telman İsmayılovun başının üstündə qara buludlar dolaşanda Fransada gizlənməyə çalışıb.

Telman İsmayılovun yüksəlişi və iflası 90-cı illərin biznesmenləri üçün səciyyəvidir. Bakıda dağ yəhudilərinin ailəsində anadan olub. Atası böyük bir atelyedə işləyirdi və oğluna o zaman ən yaxşı təhsil vermişdi. Telman İsmayılov Plexanov adına Xalq Təsərrüfatı İnstitutunu bitirib və Ticarət Nazirliyində iqtisadçı işləyib. 1987-ci ildə gələcək milyarder “Kommersiya xeyriyyə şirkəti” kooperativini açıb. Biznesini inkişaf etdirərkən Moskva şəhər İcraiyyə Komitəsinin Kooperativ Fəaliyyəti Komissiyasının sədri Yuri Lujkovla tanış olub. Dost olduqdan sonra hər ikisi postsovet Moskvasında uğur qazanıb. Telman İsmayılov bazarlara və daşınmaz əmlaka sahib olub. 1 milyard dollarlıq sərvəti ilə “Forbes”in reytinqinə düşüb. Əsas aktivi Moskvanın şərqindəki “Çerkizov” bazarı idi. O, Türkiyənin Antalya şəhərində Avropada ən bahalı sayılan və dəyəri 1 milyard dollar olan “Mardan Palace” hotelini tikdirib. Açılışında Peris Hilton, Şeron Stoun və Monika Beluççi iştirak ediblər. Lenti Lujkov-Baturina cütlüyü kəsib.

“Mardan Palace” hotelinin açılışından sonra Rusiyada Telman İsmayılova qarşı basqılar birə yüz artıb. Onun Moskvadakı “Çerkizov” bazarı bağlanıb, oradakı mallar keyfiyyətsiz elan edilərək məhv olunması üçün müsadirə edilib. Bazardan götürülən malların ümumi dəyərinin 6 milyard dolları aşdığı deyilir. Bundan sonra Moskva meri Yuri Lujkov Rusiya prezidentinin etimadını doğrultmadığına görə istefaya göndərilib. Telman İsmayılovun imperiyası çöküb, özü iflas edib və indi müxtəlif strukturlara milyardlarla borcu var.

Telman İsmayılov müsahibələrində başına gələnləri Rusiya prezidenti Vladimir Putinin ətrafında olan məmurların ayağına yazır. Deyir ki, prezident Putin 2 dəfə ona etimad göstərərək mükafatlandırıb. Ətrafındakı məmurlar isə onun gözdən düşməsi üçün əllərindən gələni ediblər və haradasa istəklərinə nail olublar. Telman İsmayılov ötən il bildirib ki, prezident Putinin ətrafında olan və ona qarşı gözdənsalma kampaniyası aparmış məmurun adını açıqlayacaq. Telman İsmayılovun bu açıqlaması hələ ki ictimailəşməyib./“Yeni Müsavat”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Telman İsmayılovun həbsi barədə qərar dəyişilmədi

    Telman İsmayılovun həbsi barədə qərar dəyişilmədi ...

    15-11-2017, 14:55

  • 
  • Telman İsmayılovun bazarından yeraltı bunker tapıldı

    Telman İsmayılovun bazarından yeraltı bunker ...

    3-06-2013, 16:52

  • 
  • Azərbaycanlı biznesmen haqda şok qərar - Telman İsmayılov qətldə təqsirli bilinib

    Azərbaycanlı biznesmen haqda şok qərar - Telman ...

    12-11-2017, 11:33

  • 
  • İnterpol “AST Telman”ı axtarışa verdi - ÇOXSAYLI CİNAYƏTLƏRDƏ İTTİHAM OLUNUR

    İnterpol “AST Telman”ı axtarışa verdi - ÇOXSAYLI ...

    29-06-2021, 11:28

  • 
  • Telman İsmayılov müğənni Avraam Russonu öldürmək istəyirdi

    Telman İsmayılov müğənni Avraam Russonu öldürmək ...

    14-11-2017, 22:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

İyul 2025 (590)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu