Gundemxeber.az » Ölkə » Cəmiyyət » Zakir Sultanov apellyasiya şikayəti verdi
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verib.
APA-nın xəbərinə görə, Zakir Sultanovun vəkilləri şikayət ərizəsini Bakı Apellyasiya Məhkəməsinə təqdim ediblər.
Vəkillər müvəkkillərinin 5 milyon manat dəyərində dəymiş ziyanı ödəməsini nəzərə alaraq, ikinci instansiya məhkəməsindən daha yüngül cəza təyin etməsini xahiş ediblər.
Qeyd edək ki, Zakir Sultanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Zakir Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rafiq Bayramov 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Rafiq Bayramovun cəzası 8 ildən 4 il 6 aya endirilib.
Gundemxeber.az
3-02-2022, 15:58
29-07-2021, 12:36
20-05-2020, 15:51
28-01-2022, 13:14
8-05-2020, 16:49
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?