GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əri və qayınanası uşağı anadan oğurlayıblar, icraçılar məhkəmə qərarını icra etmirlər - ŞİKAYƏT

Əri və qayınanası uşağı anadan oğurlayıblar, icraçılar məhkəmə qərarını icra etmirlər - ŞİKAYƏT

Tarix: 16-02-2022, 19:22 Bölmə :Cəmiyyət Baxış: 299

Gundemxeber.az bildirir ki, dörd aydır iki yaşlı övladının üzünü görə bilməyən ana Media.Az-a müraciət edib.

Qazaxıstan vətəndaşı olan Raksana Əzizova bu ölkədə doğulub boya-başa çatan azərbaycanlıdır. 


Qadın dörd il əvvəl Azərbaycan vətəndaşı Yaqub Ramazanovla ortaq dostları vasitəsilə tanış olub və onunla ailə qurub.

Cütlük Azərbaycanda ailə qurub, iki il burada yaşayıb və onların nikahdan Zubair Ramazanlı adlı övladları dünyaya gəlib.

Körpə üç aylıq olanda ailə Qazaxıstana, Almatı şəhərinə köçüb.

Ailə qurmuş cütlüyün münasibətlərindəki gərginlik evlilikdən dərhal sonra başlayıb.

“Bilirsiniz, mənim ərim çox mürəkkəb xarakterə malikdir, o hesab edir ki, mən həmişə, hər məsələdə ona tabe olmalıyam. Vəziyyəti onun anası, qayınanam İradə Həsənova çətinləşdirir, o, məni qəbul etmir. Məni ələ salırdılar desəm, çox azını söyləmiş olaram. Toydan dərhal sonra qalmaqallar, qışqırıqlar, hücumlar başladı, ərim və qayınanam dedilər ki, mən onlar üçün heç kiməm, mənə demədikləri söz qalmırdı”, - deyə qadın bildirib.

Raksana Əzizova analıq hissindən də həzz ala bilməyib, qayınana uşağın “qayğısını” öz üzərinə götürmək qərarına gəlib. Təbii ki, o bu barədə uşağın anasından icazə almayıb, oğlu da öz növbəsində anasına hər cür “dəstəyini” verib. Raksana narazılığını bildirmək qərarına gələn kimi əri onu döyməyə başlayıb.

“Olurdu ki, saçlarımdan tutub sanki bir torba kimi məni mənzildə sürüyürdü. Qayınanam isə heç vaxt mənə dəstək olmayıb, deyirdi ki, sən heç kimsən və yerini bilməlisən. Yadımdadır, körpəm altı aylıq olanda döyülməkdən və qalmaqallardan o qədər yorulmuşdum ki, əşyalarımı yığıb, uşağımı da götürüb Atırauya valideynlərimin yanına getdim. Həyat yoldaşım və qayınanam demək olar ki, hər gün zəng edib, bir daha mənə əl qaldırmayacaqlarına söz verir, qayıtmağımı istəyirdilər. Uşağımın atasız böyüməsini istəmədim, onlara inandım və geri qayıtdım. Lakin heç nə dəyişmədi. 2021-ci ilin oktyabrında baş vermiş son qalmaqal zamanı ərim təmirdən sonra evimizdə saxladığı armaturla məni az qala öldürəcəkdi. Mən qorxdum və polis çağırdım, amma sonra əlbəttə ki, ərim və onun qohumların mənə təzyiqindən sonra şikayət ərizəmi geri götürdüm”, - deyə qadın qeyd edib.

Onun sözlərinə görə, bütün bunlardan sonra da ailədəki qalmaqallar davam edib, qayınana heç bir səbəb olmadan ərini hər gün ona qarşı qoyub.

“Polisə şikayət etdikdən sonra onlar mənə qarşı kin bəslədilər, amma uşağımı oğurlayacaqlarını ağlıma belə gətirməzdim. Həyətdə gəzintiyə çıxmaq bəhanəsilə oğlumu özləri ilə apardılar. Mən ağlıma belə gətirə bilməzdim ki, qayınanam ərimlə bərabər oğlumun oğurlanmasını planlaşdıra bilərlər. O vaxtdan bəri oğlumu görmürəm. Sonradan məlum oldu ki, onlar mənim icazəm olmadan övladımı Azərbaycana aparıblar. Sual ortaya çıxır, onlar bunu necə edə bildilər? Məsələ burasındadır ki, Qazaxıstan qanunlarına görə, əgər valideynlərdən biri uşaq kimi Azərbaycan vətəndaşıdırsa, o zaman onların digər valideynin yazılı icazəsi olmadan da Azərbaycana uçmaq hüquqları var. Qazaxıstanda müraciət etmədiyim yer qalmadı, heç bir faydası olmadı. Mən dərhal Azərbaycana gələ bilmədim, təəssüf ki, pandemiya səbəbindən bunu etmək mümkün deyildi. Yalnız dekabrın əvvəlində Bakıya uçdum, amma qayınanam dedi ki, mən ancaq uşağa baş çəkə bilərəm, başqa nəyəsə ümid etməyim mümkün deyil. Amma mən anayam, oğlumun cəmi iki yaşı var, onu oğurlayanda mən hələ körpəmə öz südümü verirdim. Başa düşün, o mənə çox bağlıdır. Mənsiz o, daim xəstələnir, amma mən ona heç nə ilə kömək edə bilmirəm, məni sadəcə olaraq onun yanına buraxmırlar”, - ana göz yaşlarını güclə saxlayaraq danışıb.

Raksana xanım hazırda Bakıda qohumlarının evində yaşayır.

Onun əri mediasiya üçün ərizə versə də, məhkəmə iclasına gəlməyib.

Xatırladaq ki, ötən il Azərbaycanda “Mediasiya haqqında” qanun qüvvəyə minib. Ailə, əmək, mülki və iqtisadi mübahisələrdə münaqişə tərəfləri arasında tənzimlənmə zamanı mediasiya prosesindən istifadə olunur. “Mediasiya haqqında qanun”a əsasən, mediasiyanın məqsəd və prinsipləri tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır.

“Dekabrın 21-də yoldaşım mediasiya prosesinə gəlmədiyi üçün vasitəçidən arayış götürüb məhkəməyə ərizə verdim, dekabrın 30-da Yasamal Rayon Məhkəməsi ilkin qərar çıxardı, qərara əsasən, nə qədər ki, boşanma proses davam edir, həyat yoldaşım mənə dörd gün ərzində (cümə, şənbə, bazar və bazar ertəsi) uşağı verməyə borcludur. Keçmiş ərim və onun anası məhkəmənin qərarını yerinə yetirmir, məhkəmə icraçıları isə naməlum səbəblərdən fəaliyyətsizdirlər”, - deyə qadın şikayət edir.

Raksana Əzizova narazıdır, çünki dekabrın 30-da qərar verilib, amma hələ də icra olunmayıb.

“Bu gün fevralın 15-idir və mən hələ də körpəmi görə bilmirəm. Mən vəkilimlə məhkəmə icraçısının, Yasamal rayon məhkəmə icraatının təşkili şöbəsinin müdiri, ədliyyə müşaviri Pərviz Zəkəriyyəyevin yanına getdim. Birlikdə keçmiş ərimin yaşadığı ünvana getdik, amma heç kim qapını açmadı və məhkəmə icraçıları sadəcə çiyinlərini çəkdilər. Azərbaycanın ədliyyə nazirinə, Prezidentə və Birinci vitse-prezidentə yazılı müraciət etdim... Mən çarəsiz durumdayam, nə edəcəyimi bilmirəm...”, - qadın vurğulayıb.

Raksana Əzizova qeyd edib ki, məhkəmə icraçıları ona verdiyi son cavabda Yaqub Ramazanovun məcburi şəkildə prosesə gətirilməsinə dair qərar qəbul etdiklərini bildiriblər və müvafiq sənədi məhkəməyə göndəriblər.

“Sənədin surətində çoxlu səhvlər var, məni iddiaçı kimi təqdim etmək əvəzinə, əksinə, məni orada cavabdeh, keçmiş ərimi isə iddiaçı kimi göstərirlər. Bundan əlavə, hazırda oğlumu öz yanında saxlayan qayınanamın adı orada ümumiyyətlə çəkilmir. Başa düşürsünüzmü ki, mən hüquqi strukturlar tərəfindən qərəzli münasibət hiss edirəm, mənim xeyrimə qərar verilib, amma praktikada icra olunmur. Vəkilim müəyyən edib ki, icraçılar yuxarıdakı sənədi məhkəməyə belə göndərməyiblər.  Bundan əlavə, ərim artıq bir neçə dəfə mənə “hamını ələ aldığını" bildirib və heç nəyə nail olmayacağamı söyləyib. Amma mən Azərbaycanda qanunun düzgünlüyünə inanıram! Ümid edirəm ki, bu iş ictimailəşəndən sonra müvafiq strukturlar buna diqqət yetirəcək”, - qadın sözünü tamamlayıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədə keçmiş əri azərbaycanlı qadını ölümcül döyüb - FOTO

    Türkiyədə keçmiş əri azərbaycanlı qadını ölümcül ...

    29-10-2015, 16:54

  • 
  • İradə İbrahimova: “Baldızımın əri ilə...”

    İradə İbrahimova: “Baldızımın əri ilə...” ...

    9-01-2015, 13:46

  • 
  • Əri ola-ola müstəntiq sevgilisindən uşaq dünyaya gətirdi - Azərbaycanda

    Əri ola-ola müstəntiq sevgilisindən uşaq dünyaya ...

    29-05-2019, 15:45

  • 
  • Yeni ailə quran Cəmilə: “İlk həyat yoldaşı bizi şantaj edir” - FOTO

    Yeni ailə quran Cəmilə: “İlk həyat yoldaşı bizi ...

    2-10-2017, 14:26

  • 
  • Azərbaycanda 2 uşaq anası başqası ilə qaçdı - VİDEO

    Azərbaycanda 2 uşaq anası başqası ilə qaçdı - ...

    25-12-2014, 01:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (74)
İyul 2025 (584)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu