GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qaz yox, işıq yox, su yox, bağ(lantı) yox, “xiyar necə əyri bitməsin” ?

Qaz yox, işıq yox, su yox, bağ(lantı) yox, “xiyar necə əyri bitməsin” ?

Tarix: 21-02-2022, 18:46 Bölmə :Cəmiyyət / GündəmXəbər / Manşet Baxış: 740


Eyni telefon nömrəsinə görə iki dəfə çəkiliş haqqı alınması qanunidir?


Nizami TKQ Qarabağ qazisindən zorakılıqla 200 manat çəkiliş haqqı alıb


Kommunal, nəqliyyat və rabitə xidməti qurumlarının inhisarçı mövqeyindən yararlanaraq istehlakçılara şişirtmə tariflər tətbiq etməsi qanunla cinayət məsuliyyətinə gətirsə də, hələ də nə qanun tətbiq edilir, nə məsuliyyət hiss olunur. Təsəvvür edin, “Azərişıq” ASC 5 il qabaq 03.04.2017-ci il tarixli texniki şərt versə də, hələ də üzərinə düşən görəvi – verdiyi texniki şərti icra edib, işıq çəkilməsini təmin etməyib. Xidmətdən imtinaya “səbəb” 1-ci dərəcəli Qarabağ qazisindən qanunda nəzərdə tutulmayan 202 manatlıq “texniki şərt” haqqı”nın tələb edilməsindən imtina olub. 5 ildir Qarabağ qazisinin şikayətlərini İqtisadiyyat Nazirliyi Energetika Nazirliyinə yönləndirir, sonuncu isə enerji sahəsində istehlakçı hüquqlarını müdafiə etməkdən imtina edir. Lap bu günlərdə Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının rəisi Xəyyam Abdinov suçu istehlakçı qazinin üstünə yıxıb ki, texniki şərti vaxtında icra etməyib, yəni 202 manat “şərt haqqı” ödəməyib. Özü də bu “şərt haqqı” bilirsiniz nədən qaynaqlanır? Mıx -mismar, tıxac, sıxac, maşın -mexanizm, kabel, sayğac qutusu xərcləri ( heç demə, sayğac pulsuzdur, qutusu 35 manatdır -M. B.) və üstəgəl 18 faizlik “xidmət ƏDV -si” ! Özü də 5 metrlik məsafədəki dirəkdən xətt götürülməsi belə çətindir ki, 5 ildir icra edilmir, ən yaxşı halda, “ASAN”dan yeni texniki şərt alınması tələb edilir? Bəyəm istehlakçı ildə bir dəfə yeni texniki şərt almalıdır? Energetika Nazirliyinin başbilənləri yeni şərtin yerinə yetirilməsinin, icrasının qoşulma haqqı ilə təmin ediləcəyini xüsusi vurğulayıb. Xidmət özbaşınalığına, Konstitusiyaya hörmətsizliyə baxın, 2016-cı ildə verilən ərizə əsasında 2017-ci ildə verilən texniki şərtə görə 2018-ci ildə qəbul edilmiş qoşulma haqqı tarifi tətbiq edilir! (?) Bu isə o deməkdir ki, vətəndaşın vəziyyətini pisləşdirən qanunun geriyə qüvvəsi var. Ana Qanunun 149-cu maddəsi isə bunu rədd edir. Bir özbaşınalığı da vurğulayaq ki, qoşulma haqqı kimsə özünə ayrıca xətt çəkdirəndə tutulur, daha dirəkdən götürəndə yox. Əlillərin sosial infrastrukturla pulsuz təmin olunmaq hüququnu da nəzərə alsaq, işıq – qaz , su, telefon çəkilməsinin uyğun xidmət qurumlarının üzərinə düşdüyünü kim bilməsə də, hökumət bilməmiş olmaz . Bəs icra hakimiyyəti orqanları niyə vətəndaşlardan qanunsuz haqq tələb edilərək işıqsız, qazsız, susuz, rabitəsiz qalmasına son qoymur? Yeri gəlmişkən, Sabunçu RİH başçısının köməkçisi Qarabağ qazisindən qanunsuz ödəniş tələb edilməsini , Həbib adlı komunxozun reket dəstəsinin qazilərə və bağda işləyən fəhlələrə hücumunu, nəticədə qaziyə 5 min manatlıq ziyan vurulmasını “kupça” ilə bağlayıb. Guya yaxınlıqdakı İsa Həsənovun ( Prezidentin keçmiş köməkçisi Əli Həsənovun RİH-in keçmiş şöbə müdiri olan qardaşı) möhtəşəm villasının yerləşdiyi bağ , müavinlərin, başçının özünün onlarla hektar bağ torpaqları “kupça” ilə ələ keçirilib.

Nə isə, qonudan uzaqlaşmayaq, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin adının dəyişdirilməsini bilməsək də, xidmətinin yarıtmazlığının dəyişmədiyini hər gün, hər ay görüb -bilirik. Təsəvvür edin, Nizami Telefon Kommunikasiya Qovşağı (TKQ) eyni telefon nömrəsinə görə 1-ci dərəcəli Qarabağ qazisindən zorla ( pul almayınca, inteneti kəsmək qorxusu ilə) 2 dəfə çəkiliş haqqı alıb, amma bunu qanuni sayır ki, 80 manatlıq çəkiliş haqqı ƏDV ilə birlikdə 120 manat edir. Belə çıxır, ƏDV nəzərdə tutulmayan xidmət haqqına 50 faizlik ƏDV hesablanır? Korrupsiya faktı göz önündə olsa da, hələ də qiymətini almayıb. Bu da son deyil, qazidən aylıq 2 manat əvəzinə internetdən istifadə adı ilə 8 manat abunə haqqı tutulub. Hələ üstəlik şişirtmə internet tarifləri də inhisarçılıq mövqeyindən yararlanmaqla tətbiq edilib. İndi isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov yazır ki, eyni nömrəyə görə iki dəfə çəkiliş haqqı barədə deyilənlər təsdiqini tapmayıb. Əlbəttə, korrupsiyanın meydan suladığı yerdə kim qanunsuz ödəniş alındığını boynuna alar? Fakt isə ortadadır : 1988-ci ildən kabelləşdirilən binaya 2008-ci ildə ayrılan əlavə telefon nömrəsinə (5701907) görə 120 manat çəkiliş haqqı bir alınıb, 2012-ci ildə 40 manat da bir.

Hələ kabel pulu adına da qəbzsiz ödəniş edilib. Belə çıxır, 4 ildən sonra qazidən əlavə 40 manatı əlavə dəyər vergisi adına alıblar? Bunu ki Baktelekom rəhbərliyi özü rəsmi məktublarla bildirib, indi fakt niyə təsdiqini tapmır?

Kommunal xidmət sahəsindəki özbaşınalıq saymaqla bitməz. Saymazlıq istehlakçıların hüquqlarının qorunmamasını ortaya qoyur. Nə yazıq, məhkəmə hakimiyyəti də, hər bir hakimin özü də istehlakçı olsa da, istehlakçı hüquqlarını yox, xidmət qurumlarının özbaşınalığını qoruyur. İstehlakçılar nə inzibati, nə də məhkəmə qaydasında özbaşınalıqdan qoruna bilir. Sonra da təəccüblənirik ki, “xiyar niyə əyri bitir”. Su yox, qaz yox, işıq yox, “xiyar necə əyri bitməsin”? Yenə telefon, internet olsaydı, “xiyarın əyri bitməsi” təsdiqini tapardı. ..


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Energetika naziri Nazirlər Kabinetinə qarşı - ÖZBAŞINALIĞIN İZİ İLƏ

    Energetika naziri Nazirlər Kabinetinə qarşı - ...

    19-06-2020, 13:13

  • 
  • "Kapitalbank” məhkəməyə verilib, növbədə “Beynəlxalq bank”dır

    "Kapitalbank” məhkəməyə verilib, növbədə ...

    5-05-2021, 15:40

  • 
  • “AZƏRİQAZ”  VƏTƏNDAŞLARIN BOŞ CİBİNƏ GİRİR

    “AZƏRİQAZ” VƏTƏNDAŞLARIN BOŞ CİBİNƏ GİRİR ...

    3-06-2016, 16:19

  • 
  • QARABAĞ ƏLİLLƏRİNDƏN PREZİDENTƏ DOĞUM GÜNÜ TƏBRİKİ

    QARABAĞ ƏLİLLƏRİNDƏN PREZİDENTƏ DOĞUM GÜNÜ TƏBRİKİ ...

    24-12-2018, 14:33

  • 
  • Xidmət qurumlarının reketliyi

    Xidmət qurumlarının reketliyi ...

    10-02-2017, 12:24


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu