GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “AZƏRİQAZ” VƏTƏNDAŞLARIN BOŞ CİBİNƏ GİRİR

“AZƏRİQAZ” VƏTƏNDAŞLARIN BOŞ CİBİNƏ GİRİR

Tarix: 3-06-2016, 16:19 Bölmə :Ölkə Baxış: 0
“AZƏRİQAZ”  VƏTƏNDAŞLARIN BOŞ CİBİNƏ GİRİR

Sosial infrastrukturun başlıca sahələrindən birinin qaz, enerji təminatı ilə bağlı olması gizlin deyil. Az qala hər gün hansısa ucqar kəndin qazlaşdırlması sorağı gündəmi işğal edir. Artıq işğaldakı bölgələr çıxılmaqla ölkə boyu qazlaşdırılmanın başa çatması hesabatları verilir. Bəs bu qazlaşma hansı vəsaitin hesabına həyata keçirilir? Təbii ki, dövlətin, hökumətin hesabına deyə fikirləşənlər yanılır. Düzdür hesabatda qazlaşmanın, eləcə də digər sosial infrastrukuturun dövlət büdcəsindən ayrılan vəsaitlə gerçəkləşməsi göstərilsə də, reallıqda istehlakçıların cibinə girilməsi acı gerçəkdir. İnsan, istehlakçı hüquqlarını qorumağa borclu olan qurumlar isə susur, ən yaxşı halda xidmət qurumlarının qanunsuz cavablarını təkrarlamaqla yetərlənir. Özəlliklə bölgələrdə əhalinin durumu olduqca ağırdır. Xidmət qurumları isə qanunları, hökumətin qərarlarını gizlədib, vətəndaşları aldadırlar. Kənd yerlərində elə ailələr var ki, işıq, qaz, su verilməməsinə görə yeni tikdikləri evlərinə köçə bilmir. Sözügedən xidmətlərlə təmin olunmağa onlara elə qiymət oxuyurlar ki, əlin üzündə qalır. Axı, dövlət başçısı Ilham Əliyev dəfələrlə bildirib ki, vətəndaşlara texniki şərt və sayğac pulsuz verilir. Nazirlər Kabinetinin (NK) 02.02.2005 tarixli 18 saylı qərarının 7.9 bəndinə görə fiziki şəxslərə texniki şərt və sayğac pulsuz verilir. Xidmət qurumları bu “pulsuzluğa” da çarə tapıb. İndi Layihə-smeta xərcləri adı altında hər abonentdən 250-300 manat və daha çox ödəniş tələb olunur. Maraqldır, birincisi, bu boyda məbləğ haradan qaynaqlanır və ikincisi də, bəs pulsuz texniki şərt nə deməkdir? Belə çıxır, 5-10 metrlik kabelə görə 250 manatlıq layihə-smeta xərci tələb olunur? Qazlaşmaya gəldikdə durum daha acınacaqlıdır.” Azəriqaz” yaxasını qırağa çəkib, podratçı tikinti şirkətilə abonenti-istehlakçını müqavilə başlamağa məcbur edir. Bu şirkətlərin də dini yox, imanı yox, bir də görürsən xidmət haqqı minlərlə manatı keçdi. Yazıq vətəndaş əlini cibinə də sala bilmir, cib axı boşdur!!! Ona görə borca girir, nə bilim kredit götürür və sonda da elə həmin qaz borusundan özünü asır. Sonra da deyirlər intiharlar niyə artır? Gerçəkdə “Azəriqaz” özü podratçı şirkətlə müqavilə bağlayıb qazlaşmanı təmin etməlidir.
Bakıda “Azəriqaz”ın qanunsuzluğu lap pik həddindədir. Baxın, vətəndaş mənzilini “Kombi” sistemilə qızdırmaq üçün bu xidmət qurumundan texniki şərt ala bilmir ki, qurumun vəsaiti yoxdur, istehlakçı əlini cibinə salmalıdır, sayğac məhduddur, təhlükəlidir (halbuki təhlükəsizlik məsələlərinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu cavabdehdir), və sairə və ilaxır bu kimi bəhanələr. Yəqin elə buna görə dövlət başçısı “Azəriqaz”ı səlahiyyətlərinin bir hissəsindən məhrum etdi. Əlil-istehlakçıların hüquqları qanunla qorunsa da, ”Azəriqaz” “Əlillərin sosial müdafiəsi haqqında” qanunun 31-37-ci maddələrinin tələblərinə də sayğısızlıq sərgiləyir. İqtisadiyyat Nazirliyi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları isə buna görə sanksiya tətbiq etməyə tələsmir. Bu sətirlərin yazarı tikilməkdə olan fərdi yaşayış evinin qaz, su, telefon, işıqla təminatı üçün müraciət edəndə bütün bu xidmət qurumları öz vəsaitim hesabına işə girişəcəklərini bildirdilər. Çox yazışmadan sonra işığın çəkilməsinə nail olsam da, su xidməti tamam susur, telefon xidməti haqq tələb edir, ”Azəriqaz” isə bu sahədə lisenziyası olan tikinti şirkəti tapıb (??) onunla müqavilə bağlamağın vacibliyini bildirir.”Azəriqaz”dan Harun Vahabov Bakı şəhərində fərdi yaşayış evinin tikintisinin qazlaşdırılmasına 2016-cı ildə vəsait ayrılmadığını vurğulayaraq, öz hesabıma çəkilişdən sonra sayğacla təmin olunacağıma söz verib.
Bir sözlə, qazlaşdırma, telefonlaşma-sosial infrastrukturla təminat istehlakçıların öz hesabına gerçəkləşir. Daha doğrusu gerçəkləşmir. Nədən hesabda axı pul yoxdur! Xidmətin “ASAN”a verilməsi də problemi çözmür. Bu xidmət qurumu da vətəndaşı “Azəriqaz”a ünvanlayır ki, layihə-smeta xərcləri barədə məlumatı təqdim etsin. Görəsən, xidmət qurumlarının vətəndaşın vəsaiti hesabına xidmətçilik etməsinə son qoyulacaqmı?
MƏĞRUR BƏDƏLSOY
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Xidmət qurumlarının reketliyi

    Xidmət qurumlarının reketliyi ...

    10-02-2017, 12:24

  • 
  • Nardaranlılar etiraz aksiyasında nə tələb edib?

    Nardaranlılar etiraz aksiyasında nə tələb edib? ...

    11-12-2014, 22:14

  • 
  • Azərbaycanda nə istehlakçı hüquqları qorunur , nə də insan hüquqları

    Azərbaycanda nə istehlakçı hüquqları qorunur nə ...

    16-03-2022, 09:34

  • 
  • “Aztelekom”, “Baktelekom”, “Bakcell” xidmətin keyfiyyətini yox, qiymətini qaldırır

    “Aztelekom”, “Baktelekom”, “Bakcell” xidmətin ...

    27-11-2023, 11:16

  • 
  • Əhaliyə içməli su verilir ki, qiyməti də qaldırılsın?

    Əhaliyə içməli su verilir ki, qiyməti də ...

    13-03-2023, 15:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu