GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İnsanlar yerdə ölür, morqlar meyitlə doludur, evlərdə də ölənlər çoxdur...

İnsanlar yerdə ölür, morqlar meyitlə doludur, evlərdə də ölənlər çoxdur...

Tarix: 23-02-2022, 15:38 Bölmə :Cəmiyyət Baxış: 335

Dünya iki ildən artıqdır ki, koronavirus pandemiyasının dağıdıcı təsirlərindən əziyyət çəkir - milyonlarla adam bu virusdan həyatını itirib və ölümlər davam edir. Lakin Sakit Okeandakı Solomon adaları 2020 və 2021-ci il ərzində koronavirusa yoluxmanın qeydə alınmadığı nadir ölkələrdən biri idi. Bu cənnətməkan ada dövlətinə virus iki ilə yaxın ayaq aça bilməmişdi. İndi isə təxminən 700 minə yaxın əhalisi olan ölkə hazırda koronavirus pandemiyasının öhtəsindən gəlməyə çalışır.

Yanvarın ikinci yarısında ölkədə 6 min yoluxma qeydə alınıb, 70 nəfər ölüb. Bununla belə yoluxmaların daha da artacağı barədə narahatlıqlar var. Solomon adalarında hətta adi tibb işçiləri də virusla mübarizəyə qatıldığı üçün səhiyyə sisteminin çökmək üzrə olduğu ilə bağlı xəbərdarlıq edilib.


Solomon adalarının paytaxtı olan Honiarada yerləşən Milli Referans Xəstəxanası koronaviruslu xəstələrlə doludur. Xəstəxananın həkimi və iki tibb bacısı bildirib ki, koronaviruslu xəstələr üçün çarpayı çatışmır, xəstələr döşəmədə yatır və bu da onların yerdə ölməsinə səbəb olur. Tibb işçiləri çatışmadığından analizin nəticəsi pozitiv çıxan əməkdaşlar da işə geri çağırılıblar.

Xəstəxananın həkimlərindən biri  bildirib ki, insanlar yerdə ölürlər, xəstəxana həddindən artıq dolub.

“Hər yerdə xəstələr və cəsədlər var. Morq doludur. Çox kədərli mənzərədir, indiyədək belə hadisə ilə qarşılaşmamışam”, - həkim deyib. Adının açıqlanmasını istəməyən həkim əlavə edib ki, ölənlərin sayı təqdim edilən göstəricidən bir neçə dəfə çoxdur: “Evdə vəfat edənlər var. Xəstəxanaya gətirilən cəsədlərdən götürülən nümunələr pozitiv çıxır. Ölənlərin yaxınları küçəyə çıxa bilməyəcəklərindən qorxduqları üçün cəsədləri xəstəxanaya gətirmirlər. Yəni bəzən cəsədlər evlərdə saxlanılır, bu kədərli və qorxuludur”.


Həkim  56 çarpayılıq mərkəzi səhra xəstəxanasının xəstələrlə dolduğunu, gələnlərin qəbulu üçün yetərli tibb məntəqələrinin olmadığını da deyib. Bildirib ki, koronaviruslu xəstələrin müalicəsi üçün küçələrdə çadırlar hazırlanır, lakin çadırlarda tualetlər, duş kabinetləri və ya kondisionerlər quraşdırılmır. Hökümət belə bir sağlıq böhranına hazır deyil: “Hökumətin vətəndaşlarını köməksiz qoyduğunu söyləyə bilərəm”.

Xəstəxananın ortopediya şöbəsi oksigenə ehtiyacı olan ağır xəstələrin müalicə olunduğu, "qırmızı zona" adlandırılan kovid palatasına çevrilib. Həkim və tibb bacısı digər şöbələrdə də çoxlu sayda koronaviruslu xəstələrin yerləşdirildiyini təsdiqləyiblər. Tibb əməkdaşları xəstə sayının artmasından çıxılmaz duruma düşüblər. Həkim deyib ki, tibb bacıları çatışmır, buna görə də xəstələrin vəziyyətini izləyə bilmirlər.


Adını söyləmək istəməyən tibb bacısı da yerli mətbuata analizi pozitiv çıxan tibb işçilərinin işə çağrıldığını təsdiqləyib: “Bu həftələr ərzində testləri pozitiv çıxan, ancaq xəstəliyi yüngül keçirənlərin işə çağrılmasından başqa əlacımız qalmadı. Yoluxanların sayı hər gün artır, öhtəsindən gələ bilmirik”.

Xəstəxanada təcrübə keçən tələbələrdən biri isə qeyd edib ki, tibb bacısı çatmır, təcrübələri olmasa da, onlar da təkbaşına ağır xəstələrə baxırlar: “Yeni məzun olduq, təcrübəyə ehtiyacımız var. Çox riskli vəziyyətdir, ancaq ağır xəstələrə təkbaşına baxırıq”.


Həkim isə xərçəng, şəkərli-diabet, yüksək təzyiq və digər xroniki xəstəliklərdən əziyyət çəkən, eləcə də əməliyyata ehtiyacı olan və ya əməliyyat edilmiş xəstələrin müalicə, dərmanla təminatında problemlər yarandığını deyib. Nəticədə belə xəstələr arasında ölüm ehtimalı ilə bağlı xəbərdarlıq edib.

“Koronavirus qorxusu ilə nəzarətdə olmayan və bir çox xəstəlikdən əziyyət çəkənlər var. Onlar xəstəxanaya gəlməkdən qorxurlar. Bu bəzilərinin evdə ölməsinə səbəb olur, təcili yardımla ağır vəziyyətdə gələnlər isə xəstəxanada ölürlər”, - həkim bildirib.

Ölkədə həmçinin testlər də yetərli qədər yoxdur. Hökümət ötən həftə açıqlayıb ki, koronavirusun sürətlə yayılması nəticəsində səhiyyə qurumlarının analiz imkanları məhdudlaşıb,  bu da yoluxanların sayının az göstərilməsinə səbəb olub.

Səhiyyə naziri Culvick Togamana da ötən həftə səhiyyə sisteminin test nəticəsi pozitiv olan və ya koronavirus simptomları göstərən bütün vətəndaşlara xidmət göstərə bilməyəcəklərini bildirib.

“Yüngül simptomları olanlar evdə müalicə olunsunlar. Yalnız orta və ağır xəstələrin səhiyyə müəssisələrinə müraciət etmələrini tövsiyə edirik”, - nazir əlavə edib.

Solomon adalarında 2021-ci ilin sonunadək  vaksin edilənlərin sayı olduqca az olub, cəmi 20 faiz hər iki dozanı qəbul edib. Ötən il boş qalan vaksin mərkəzləri indi tələbata cavab verə bilmir. Səhiyyə naziri deyib ki, bəzi həkimlərin insanlara vaksin satdığına dair məlumatlar eşidirlər./virtualaz.org/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ "koronavirus məngənəsində"-870 min yoluxma...-yeni faktlar

    ABŞ "koronavirus məngənəsində"-870 min ...

    24-04-2020, 10:45

  • 
  • Almaniyada koronavirusa yoluxanların sayı 183 minə yaxınlaşır

    Almaniyada koronavirusa yoluxanların sayı 183 ...

    4-06-2020, 10:08

  • 
  • Braziliyada daha 34,1 min nəfərdə koronavirus aşkarlandı

    Braziliyada daha 34,1 min nəfərdə koronavirus ...

    18-07-2020, 11:41

  • 
  • Azərbaycanda koronavirusa yoluxanların sayı sağalanlardan iki dəfə çoxdur

    Azərbaycanda koronavirusa yoluxanların sayı ...

    10-10-2020, 17:17

  • 
  • Çində koronavirusdan ölənlərin sayı üç minə yaxınlaşır

    Çində koronavirusdan ölənlərin sayı üç minə ...

    4-03-2020, 13:39


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu