Gundemxeber.az » Ölkə » Cəmiyyət » Prokuror Azərbaycana ən təhlükəli narkotik gətirən qadınlara cəza istəyib
Prokuror Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə təqsirləndirilən İlahə Babayevanın 14 il, Nərminə Kərimova ilə Lalə Məmmədovanın isə hər birinin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edib.
Məhkəmənin növbəti iclası martın 3-nə təyib.
Qeyd edək ki, ötən ilin yanvarından Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasınıda İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Babayeva İlahə Əziz qızına məxsus çamadan gömrük nəzarəti zamanı saxlanılıb.
Yoxlama zamanı çamadanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən qəhvə qutularının içindəki sellofan paketlərdən 1 542 ədəd MDMA (metilendioksimetamfetamin), uşaq yeməyinin içinə yerləşdirilən bir bükümdə 320,105 qram narkotik vasitə kokain, çay paketinin içinə yerləşdirilən sellofan paketdə isə təsiredici maddəsinin ümumi miqdarı 87,106 qram olan və dünyada ən təhlükəli narkotik vasitə hesab edilən MDMB-4en-PİNACA (Bonzay) maddəsi aşkar edilib.
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin çatdırılmalı olduğu şəxslərin müəyyən edilməsi üçün əməliyyat tədbiri həyata keçirilib.
Aparılan təxirəalınmaz istintaq hərəkətləri ilə cinayətkar qrupun digər üzvləri Məmmədova Lalə İlqar qızı və Kərimova Nərminə Çingiz qızının törədilmiş cinayətdə iştirakçı olmalarına dair əsaslı şübhələr müəyyən edilib. L.Məmmədovanın yaşadığı ünvanda keçiriən axtarış zamanı 2 bükümdə, ümumi çəkisi 8,512 qram psixotrop maddə-metamfetamin, 502 həb MDMA (metilendioksimetamfetamin), 8 bükümdə ümumi çəkisi 7,337 qram təşkil edən narkotik vasitə kokain və 70 həb preqabalin, həmçinin elektron tərəzi, narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin qəbulunda istifadə edilən çoxlu sayda alətlər, həmin maddələrin alqı-satqısına dair yazıların olduğu qeydiyyat dəftərləri aşkar edilib.
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib və Yasamal Rayon Məhkəməsinin qərarına əsasən barələrində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, metamfetamin və MDMA (metilendioksimetamfetamin) "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, preqabalin" adlı dərman preparatı isə Azərbaycanın müvafiq qanunu ilə təsdiq edilən "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.
Aşkar edilən "preqabalin" adlı dərman preparatının təsiredici maddəsinin ümumi miqdarı 21 qram, MDMA (metilendioksimetamfetamin) təsiredici maddəsinin ümumi miqdarı isə 378,402 qramdır.
Gundemxeber.az
4-02-2021, 15:21
1-02-2018, 14:22
23-08-2013, 14:25
13-10-2015, 14:48
10-01-2019, 12:01
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?