Gundemxeber.az » Ölkə » Cəmiyyət » Eldar Mahmudovun quldur dəstəsinin “dəli iynəsi” - mif, yoxsa gerçək?
Bakı Hərbi Məhkəməsində aylardır davam edən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunan istintaq idarəsinin rəisi müavini Yasin Məmmədov, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmədə sensasion bir məqam diqqət çəkib.
Cinayət işi üzrə zərərçəkmiş Elşən Mədətov deyib ki, MTN-də onu hansısa iynəni vuraraq öldürməklə hədələyiblər. “Yeni Müsavat” xəbər verir ki, həmin iynə, onun dediyi kimi, təsirini bir neçə ay sonra göstərməli idi. “Vüsal Ələkbərov dedi ki, sənə ”ölüm iynəsi" vuracağıq, iki ay saxlayıb, üzr istəyib sonra buraxacağıq. Yeddi-səkkiz ayın içində havalanıb öləcəksən" deyən E.Mədətov 100 min dollar verməklə razılaşdıqdan sonra sərbəst buraxılıb.
Xüsusi xidmət orqanlarında xüsusi iynələr olduğu haqda həmişə danışılıb. Məsələn, elə iynə var ki, kimə vursan bildikləri bütün həqiqətləri özündən asılı olmayaraq danışacaq. Eləcə də vurulduqdan sonra insanlarda müxtəlif xəstəliklər yaradan iynələrin olduğu haqda da çoxsaylı iddialar var. O halda E.Mahmudovun dəstəsinin həbs etdikləri adamları bu cür təhdid etmələri təsadüfi ola bilməz. Belə bir “iynə” həqiqətən varmı, dünyanın xüsusi xidmət orqanlarında real olaraq istifadə edilirmi, yoxsa, sadəcə, bu bir psixoloji terrordur?
Əsabəli Mustafayev
Vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a qeyd etdi ki, belə dəqiq informasiya əlimizdə yoxdur: “Amma təhlükəsizlik orqanlarının sərəncamında bir sıra texniki, dərman vasitələri var. Bu vasitə ilə saxlanılan, istintaqı gedən şəxslərə təsir etmək imkanı olur. Misal üçün, xaricdən gətirilmiş dərman preparatları ola bilər ki, ciddi təsir etsin. Amma biz buna şahid olmasaq da, mətbuatdan eşidirik ki, dünyada belə hallar var. Yəni bizim dövlət istehsal etməsə də, belə dərmanların xaricdən alınması istisna deyil. Amma əlimdə dəqiqləşdirilmiş məlumat yoxdur, yaxud vəkil kimə bu cür şikayət gəlməyib”.
Ə.Mustafayevin sözlərinə görə, burada psixoloji zor tətbiq etmək metodu da ola bilər ki, istintaqı gedən şəxsdən etiraflar alınsın: “Sadəcə, mətbuatımızın o qədər kanalları yoxdur ki, belə metodların mövcudluğu haqda məlumat əldə etsin. Sadəcə, müdafiə etdiyim şəxslərə elə hədə-qorxular gəlinib ki, bunları deyə bilərəm. Məsələn, ”Tərtər işi"də zorlanma olub. Praktikamda təqsirləndirilən şəxsə deyilib ki, həyat yoldaşını gətirib zorlayacaqlar. Mətbuatda da belə xəbərlər eşitmişik. Bu şəkildə psixoloji təzyiqlərin olması var. Amma həqiqətən zorlanma olması, dərman verilməsi nə qədər realdır, bunu deyə bilmərik. Bütün hallarda psixoloji işgəncə vermək yolverilməzdir, zorla ifadə alınması cinayət məsuliyyəti yaradır. Bu da o vaxt olur ki, şübhəli şəxsin yanında vəkili olmur. Heç bir vəkilin yanında istintaq aparan o sözləri işlədə bilməz. Ona görə “MTN işi” üzrə zərərçəkmiş şəxs indi bunu deyirsə, görünür, yanında vəkili olmayıb, o da mümkündür".
Gundemxeber.Az
10-07-2017, 16:45
15-02-2018, 23:02
1-05-2019, 22:32
13-01-2022, 16:33
11-07-2017, 11:15
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?