GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hərbi prokurorluq Daxili Qoşunların qanunsuzluğunu Konstitusiya aktı kimi qəbul edir

Hərbi prokurorluq Daxili Qoşunların qanunsuzluğunu Konstitusiya aktı kimi qəbul edir

Tarix: 4-03-2022, 18:13 Bölmə :Cəmiyyət Baxış: 560


Prezidentə müraciətə görə Qarabağ qazisindən tələb edilən 30 milyon “şərəf haqqı”dır?


Torpaqlarımıza yağı saldırısının ilk günündən AMEA-nın aspirantlıq şöbəsində təhsilimi, elmi işimi atıb, iki körpə uşaqlı ailəmi Allahın ümidinə qoyub Qarabağ uğrunda savaşa getməyim və bu yolda ağır baş beyin kontuziyası alaraq şərəfli qazi adı qazanmağım kimə gizlin olsa da, son xidmət yerim olan DİN Daxili Qoşunlarına gizlin olmaz . Di gəl , bu hərbi qurum özünün 1-ci dərəcəli Qarabağ qazisinə hərbi qanunvericiliyin tələbinə uyğun olaraq nə işdənçıxarma pulu, nə geyim - əşya kompensasiyası, nə məzuniyyət – ezamiyyət pulu, nə sığorta ödənişi , nə sanatoriya yollayışı və əvəzində kompensasiya verib, nə xidmət ili , pensiyası düzgün hesablanıb, nə rütbəsi artıb, nə sosial-tibbi, mənzil güzəştləri tətbiq edilib , nə inzibati və məhkəmə təminatı , nə müraciət etmək, nə də özbaşınalıqdan müdafiə hüququ tanınıb. Əksinə, özbaşınalıqdan Prezidentə və baş prokurora müraciət Daxili Qoşunlar Baş İdarəsinin özünün(mü?) 1-ci dərəcəli Qarabağ qazisindən 30 milyon manat “şərəf haqqı” tələb etməsi ilə sonuclanıb. Bəs ali dövlət hakimiyyəti orqanları , Baş prokuror , Maliyyə Nazirliyi, Hesablama Palatası , Ombudsman – insan hüquqları üzrə müvəkkil bu açıq- aşkar insan hüquqları pozuntusuna, tənqidə - müraciətə görə təqib olunmağa, bütün hüquq və güzəştlərdən məhrum edilməyə nə deyir? Bəs hərbi qanunvericiliyin icrasına və tətbiqinə nəzarət etməli olan hərbi prokurorluq görəvini necə yerinə yetirir? Nə yazıq, hərbi prokurorluq Daxili Qoşunların qanunsuzluğunu, saxtalığını, Konstitusiyaya, qanuna hörmətsizliyini qeyri-prosessual sifarişlə Konstitusiya aktı kimi qəbul edir. Hərbi prokurorluğun hərbi qanunvericilikdən nəyin qarşılığında xəbərsiz olduğu bir yana , heç “iddianın mümkün sayılmaması” ilə “iddianın təmin edilməməsi” anlayışlarının fərqini də bilməməsinin nədən qaynaqlandığı qaranlıqdır. Qanunların icrasına və tətbiqinə nəzarət edən orqan bilmir ki, iddianın mümkün sayılmaması haqqında qərardad işə mahiyyəti üzrə baxılmaması deməkdir? !

Milli Məclisin parlament nəzarəti altında şikayəti araşdırmağa məcbur olan hərbi prokurorluğun hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsi 12 yanvar 2022-ci ildə günün ikinci yarısında izahatımı aldı və. ..ertəsi gün 13 yanvar 2022-ci il tarixli məktubla şöbə rəisi, ədliiyə polkovniki Aydın Ələsgərov bildirdi ki, işdənçıxarma pulunun , geyim-əşya kompensasiyasının, məzuniyyət – ezamiyyət pulunun, sığorta ödənişinin, sanatoriya yollayışı və əvəzində kompensasiyanın , mənzil təminatı və digər ödənişlərin verilməsi, desant-hücum taburunun komandiri olduğum halda olmayan kimya müdafiə bölüyünün komandir müavini vəzifəsinin yazılaraq pensiyamın tabeliyimdə olanlardan 2-3 dəfə az olması , hesablama vərəqinin verilməsi, əlilliyə görə pensiyaya əlavələrin verilməsi və məhkəmə təminatı hüququna qadağanın aradan qaldırılması Prokurorluq orqanlarının səlahiyyətinə aid deyildir. Təbii ki, bu başdansovdu cavabdan yuxarı prokurora şikayət etdim və şikayətimə yenə də Aydın Ələsgərov “ 13 yanvarda cavab verilməsi” cavabı ilə cavab verdi . Yenə də Milli Məclis Aparatının dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Eldar Əsgərov yardımıma çatıb şikayətimin araşdırılmalı olmasını Baş prokurorluğun nəzərinə çatdırıb, Milli Məclisə məlumat verilməsini bildirdi. Obyektiv araşdırılma aparılmasını gözlədiyim halda, hərbi prokurorluğun şöbə müdiri Aydın Ələsgərovun 28.02.2022 tarixli DİN-in Daxili Qoşunlarının (DQ) yalan, saxta məlumatını Konstitusiya aktı kimi qəbul edən cavabı ilə üzləşdim. Hərbi prokurorluq yazır ki, 12.01.2022-ci il tarixli izahatımda DİN-in Daxili Qoşunlarında xidmət edən heç bir vəzifəli şəxsin məndən pul və sair maddi nemət istəmədiyini bildirmişəm. Bəli, bildirmişəm ki, məni heç Daxili Qoşunlar Baş İdarəsinin qapısından içəri buraxmırlar, mənimlə düşmən kimi davranırlar, harda məndən rüşvət tələb edəcəklər? Amma məndən rəsmi qaydada Prezidentə və baş prokurora müraciət etdiyimə görə 30 milyon “şərəf haqqı” tələb edilməsi haqqında iddia ərizəsini və məhkəmə bildirişi və s. sənədlər prokurorluğa təqdim edilib. Xidmət ilimin güzəştlə 4 il 15 gün olduğunu bildirən şöbə rəisi, DQ-də xidmətimin bir təqvim ilindən az olduğuna, 1991-93-cü illərdə zabit rütbəsində xidmətdə olmağım barədə DQ-də məlumat olmadığına görə, xidmət illərinə görə əlavənin verilməsindən imtina edilməsini qanuni sayıb. 1978-ci ildən zabit rütbəsi daşıyan şəxsin 13 il sonra -1991-ci ildə sıravi xidmətdə olması absurdluğunu bir qırağa qoyaq, axı Konstitusiya Məhkəməsinin 27.03.2014 tarixli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Qərarında doğrulanıb ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun qüvvədə olduğu zaman pensiyaya çıxmış hərbçilərə xidmətin güzəştli sayılan hissəsi tətbiq edilməlidir. Hərbi prokurorluq niyə Konstitusiyanı yox, Daxili Qoşunların qanunsuzluğunu müdafiə edir? Eyni zamanda, NK-nın 23 noyabr 631 saylı “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib hesablanması üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” qərarının 10-cu bəndində SSRİ dövründəki xidmətin də xidmət illərinə əlavə edilməsi doğrulanıb. Hərbi prokurorluğun bu qərardan da xəbəri yoxdur? Olsaydı, DİN DQ-nin yalanınını, qanunsuzluğunu , müdafiə nazirinin 05.06.2002 tarixli əmrini NK-nın həmin qərarından, Konstitusiyadan üstün tutmazdı. Sözügedən qərarın 3a bəndində yazılıb ki, səhhətinə görə tərxis olunanlara vəzifə və rütbə maaşlarının beşqat həcmində işdənçıxarma pulu verilir. DİN-in tabeliyində olan Daxili Qoşunların NK-nın “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” 20.04.2000 tarixli 73 saylı (04.12.2001-ci ildən DQ-yə də aid edilib) qərarını yox, müdafiə nazirinin Qarabağ qazisinə aidliyi olmayan əmrini əsas tutub işdənçıxarma pulunu verməkdən imtinasını hərbi prokurorluq hansı haqla haqlı sayır? Bu qərarın 2-ci bəndində daxili işlər orqanlarının əməkdaşlarının xidmət zamanı yaralanma (travma , kontuziya) səbəbindən xidmətdən azad edilməsi zamanı ərzaq payı çıxılmaqla təminat xərcliyinin ƏLLİ MİSLİ MİQDARINDA birdəfəlik kompensasiya ödənilməsi doğrulanıb. DİN DQ və hərbi prokurorluq müəyyən edib ki, daxili işlər nazirinin əmri ilə 07.08.2007-ci ildə geyim attestatı və cədvəli ləğv edildiyindən geyim-əşya kompensasiyasının verilməsi mümkün olmayıb. Nağıla baxın, gah müdafiə, gah da daxili işlər nazirinin əmri qanundan, NK-nın qərarından üstün tutulur . Bəs məzuniyyət, ezamiyyət pulu niyə verilməyib? Bəs “Hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnaməyə görə, ehtiyatdan xidmətə qəbul edilən hərbi qulluqçulara xidmət müddətindən asılı olmayaraq onların hərbi rütbəsindən bir -üç pillə yuxarı hərbi rütbə verilə bilməsi? Buna da nazirlər qadağa qoyub? Bəs “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 29.04.1992 tarixli qanunun 15v və 23b maddələrinə əsasən 1-ci dərəcəli Qarabağ qazisinin pensiyasına minimum pensiya məbləğinin uyğun olaraq 300 və 100 faizlik miqdarında əlavə niyə hesablanmayıb? Buna kim qadağa qoyub? O ki qaldı döyüşçüyə mülki kimya vəzifəsinin yazılmasına, buna heç bir əmrlə haqq qazandırmaq olmaz. Təsəvvür edin, döyüşlərdə , hücum əməliyyatlarında iştirak edən , yaralanan döyüşçüyə kimyaçı yaxud meyxanaçı vəzifəsi yazılıb! (?) Yox bir xor döyüşçüsü! Hərbi prokurorluğun NK-nın qərarlarını DQ-nin yalanından aşağıda tutması bir yana, bu yalanı olduğu kimi köçürüb Konstitusiya aktı kimi hüququ pozulan qaziyə və qanunverici orqana sırıması ölkədə insan hüquqlarının qorunmadığını tam çılpaqlığı ilə ortaya qoyur. Belə çıxır, nazirlər qanunlara, fərmanlara, qərarlara əmrləri ilə qadağa qoymaqla məşğuldurlar , nəzarətedici qurumlar , özəlliklə prokurorluq bu “baş-ayaq” qadağa hüququ”na haqq qazandırır?

Hərbi prokurorluğun hərbi qanunvericilikdən xəbərsiz olmasını təkcə savadsızlıqla bağlamaq mümkün deyil. Nədən neçə ildir “Hərbi qulluqçuların pensiya təminatı haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” , “Hərbi xidmətkeçmə haqqında” və s. qanunlar , NK-nın qərarları diqqətə çatdırılır. Və belə savadsızlıqla, axı mühüm post tutulması da attestasiya oluna bilməz. Bir də məhkəmə qaydasında da hərbi qanunvericiliyin tələbinə yox, iddianın mümkün sayılmaması sifarişinə əməl edilir. İddianın mümkün sayılmaması isə işə mahiyyəti üzrə baxılmaması deməkdir və prokurorluq da işi mahiyyəti üzrə araşdırmaqdan imtina edir. Vətəndaş (qazi) neyləsin, kimə üz tutsun? Problem ondadır ki, hərbi qurumların qeyri-prosessual sifarişi ilə çıxarılan hoqqa (başqa ifadə mümkün deyil ) qərarlar da verilmir ki, Konstitusiya Məhkəməsinə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək mümkün olsun. Hələ ki , ölkədə “dedığım dedığdır” özbaşınalığı hökm sürür. Konstitusiyadan yararlanmaq isə yataqdan oğurlanmaq, 30 milyon manat tələb edilməsi ilə sonuclanır.


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fətəli Abdullayev və   Sərdar Əliyev Qarabağ qazisinin mənzilini ələ keçirib

    Fətəli Abdullayev və Sərdar Əliyev Qarabağ ...

    25-11-2021, 10:50

  • 
  • Sosial Xidmətlər Agentliyinin ailə dağıtmaq xidməti

    Sosial Xidmətlər Agentliyinin ailə dağıtmaq ...

    12-10-2021, 19:03

  • 
  • Prezidentə şikayət etdiyinə görə qazidən 30 milyon tələb edilib

    Prezidentə şikayət etdiyinə görə qazidən 30 ...

    21-09-2021, 15:56

  • 
  • BİZ DƏ QARABAĞ SAVAŞININ QAZİLƏRİYİK, AY MƏMURLAR!

    BİZ DƏ QARABAĞ SAVAŞININ QAZİLƏRİYİK, AY MƏMURLAR! ...

    25-06-2021, 17:35

  • 
  • HƏRBİ QULLUQÇULARIN ƏRZAQ PULU ARTIMLA VERİLMİR

    HƏRBİ QULLUQÇULARIN ƏRZAQ PULU ARTIMLA VERİLMİR ...

    5-02-2019, 14:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu