Bu il məktəbi bitirən şagirdlərin "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” üçün müraciət etməsi məsələsinə aydınlıq gətirilib.
Təhsil naziri Emin Əmrullayev APA-ya açıqlamasında bildirib ki, həmin şəxslər də Dövlət Proqramına müraciət edə bilərlər.
"Amma Dövlət Proqramında bakalavr sayı 20 faizdən çox olmayacaq. Yəni xaricdə təhsil üçün il 400 nəfərin göndərilməsi nəzərdə tutulub ki, onlardan da yalnız 80 nəfəri bakalavr təhsili üçün müəyyən olunub”, - nazir deyib.
O vurğulayıb ki, Dövlət Proqramına müraciət tarixi hələ ki müəyyən olunmayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?