GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » QORXMAZ GİZİR

QORXMAZ GİZİR

Tarix: 7-03-2022, 11:43 Bölmə :Cəmiyyət Baxış: 429

    

Tarixi qəhrəmanlar yazır. Onların yazdıqları tarix mürəkkəblə vərəqə deyil qanları ilə torpağa yazılır. O tarix torpaqdan xalqın damarlarına hopur. Vətənin hər bir ləyaqətli övladı o tarixi sətir - sətir oxuyur və o tarixi yazanlardan biri olmaq üçün yaşayır. Yaşatmaq üçün yaşayır. Tarixə nəzər saldığımızda çox qəhrəmanın qəhrəmanlıq salnəməsinə şahid oluruq. İstər uzaq keçmişimizdə, istərsə də yaxın keçmişdə böyük qəhrəmanlıq salnəmələri yazılıb. II Qarabağ müharibəsi zamanı həmin qəhrəmanlıq salnaməsini yazan qəhrəmanlardan biri də Nağıyev Elfaq Azad oğlu oldu. Hadrutda ilk dəfə Azərbaycan bayrağını dalğalandıran bu qəhrəmanın əzminə həm döyüş yoldaşları, həm də vətən torpaqları şahiddir. 


Nağıyev Elfaq Azad oğlu 26 dekabr 1996-cı ildə Gədəbəy rayonunun Parakənd kəndində Azad müəllimin və Aytəkin xanımın ilk övladı olaraq dünyaya göz açmışdı. Ailənin ümidləri onunla bərabər cücərməyə başlamışdı. Özündən sonra dünyaya gələn qardaşı Elvanla aralarında iki yaş fərq olsa da onlar əkiz qardaşlar kimi bir-birini hiss etmişdilər. Uşaqlıqdan bir-birindən ayrılmayan qardaşlar hər zaman tərbiyələri, davranışları ilə valideynlərinin başını uca etmişdilər. Gün gəldi Elfaq nəinki ailəsinin, bütün xalqının başını uca elədi. 

      Elfaq Gədəbəyin vətənə yetirdiyi vətən qeyrətli bir oğul olmuşdu. Uşaqlığı Gədəbəyin dağ-dərəsində ötən Elfaq 2003-cü ildə Gədəbəy rayon Parakənd kənd tam orta məktəbinə qədəm qoymuşdu. Daha sonra ailəsinin Bakı şəhərinə köçməsi səbəbindən təhsilini 2007-ci ildən Bakı şəhəri Sabunçu rayonu Zabrat 1 qəsəbəsi 307 saylı tam orta məktəbdə davam etdirmişdi. IX sinfi bitirdikdən sonra 2012-ci ildə Şamaxı Humanitar Kollecinə qəbul olmuş və bədən tərbiyəsi müəllimliyi ixtisası üzrə təhsil almışdı. 2016-cı ildə təhsilini başa vurduqdan sonra iyul ayında həqiqi hərbi xidmətə getmişdi. Həqiqi hərbi xidmətə getdiyi gün Elfaq sanki ən böyük arzusuna çatmışdı. O özünü hər zaman bir hərbçi kimi xəyal edərmiş. Elə xidmətini başa vurduqdan sonra da ixtisası üzrə deyil, arzusunda olduğu hərbçi peşəsinə yiyələnmək fikrini valideynləri ilə bölüşmüşdür. Valideynləri Elfaqın necə cəsarətli, qorxmaz olduğunu gözəl bilirdilər. Onlar bilirdilər ki, vətənə elə Elfaq kimi hərbçi oğullar gərəkdi. Elfaq 2019-cu ildə gizirlik kursunu uğurla başa vurduqdan sonra Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə gizir kimi xidmətə başlamışdı. 

Qəlbinin gözəlliyi gözlərindən oxunurdu Elfaqın. Sevgi dolu baxırdı dünyaya. Heç vaxt görmədiyim bu qəhrəmanı indi şəkillərdə gördüyümdə min ilin tanışı kimi hiss edirəm. O baxışların yol tapdığı bir ürək sahibi var idi. 6 il sevdiyi xanımla 26 iyul 2020-ci ildə nişanlanmışdı Elfaq. Həmin gün Aytəkin ananın sevinci bu dünyaya sığmayacaq kimi coşub-daşmışdı. Axı nə bilərdi ki, cəmi iki ay sonra Elfaqa toy mağarı deyil, yas mağarı qurulacaq. 

      Elfaqın vətən sevgisinin son ünvanının şəhadət olacağı onun sözlərindən bəlli olmuşdu. Hələ 2016-cı ildə Aprel döyüşləri zamanı "Kaş mənim də cənazəmin yanında atam " Vətən sağ olsun!" deyə" demişdi. Vətən müharibəsi başlamazdan öncə sentyabrın 11-də öz şəkilləri ilə "Şəhid" musiqisinin sədaları ilə video yığmışdı. Ailəsi Elfaq şəhid olduqdan sonra bu videonu onun telefonunda görmüşdü. 

 II Qarabağ müharibəsi başlayan ilk günlərdən döyüşə qatılan qəhrəmanlardan biridir Elfaq. Vətənin Haqq savaşına tək Elfaq deyil qardaşı Elvan da könüllü olaraq qatılmışdı. Elfaq ön cəbhədə, qardaşı Elvan isə arxa cəbhədə mübarizə aparmışdı. Elfaq ilk olaraq Füzuli rayonu uğrunda gedən döyüşlərdə böyük rəşadət göstərmiş, sonra Cəbrayılın azadlığı uğrunda mübarizə aparmışdı. Hadruta ilk qədəm basan qəhrəmanlardan biri olan Elfaq şanlı bayrağımızı Hadrutda ilk dalğalandıran qəhrəman kimi adını tarixə yazmışdı. "Bu bayraq dalğalansın deyə vuruşuruq. Bu bayrağa canımız fəda." deyən qəhrəmanın tək amalı Azərbaycan bayrağını düşmən tapdağında qalan bütün torpaqlarımızda dalğalandırmaq idi. Uzun müddət döyüşdə olduğunu ailəsindən gizlədən Elfaq Qusarda olduğunu demişdi. O, oktyabrın 15-də ailə üzvləri ilə danışan zaman döyüşdə olduğu məlum olmuşdu. Atasına "Elimizin-obamızın, bütün şəhidlərimizin qisasını alırıq. O yağılar kimdir ki, bizim qarşımızda dayanalar? Biçə-biçə gedirik. Bir qarış torpaq vermərik. Az qalıb bitirib gələcəm." deyib. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəmanın son döyüşü 21 oktyabrda Xocavənd uğrunda olub. Son izi də, son "Allahu-Əkbər" sözü də o torpaqda qalıb.

 

    Valideynləri həm Elfaq, həm Elvan üçün nigaran idilər. Bir neçə dəfə Elvanın yanına gedə bilsələr də Elfaq öndə olduğu üçün onun yanına getmək mümkün olmamışdır. Övladlarını yaxşı tanıyan ata-ananın narahatlığı əbəs deyildi. Onlar Elfaqın düşmənə nə qədər nifrət bəslədiyindən xəbərdar idilər. Elfaqın susan telefonu hər ötən an o narahatlığa daha böyük zəmin yaradıb. Oktyabrın 22-də gələn bir telefon zəngi elə bil dünyanın son nöqtəsi olub. "Elfaq yaralıdı" sözlərini eşidən Aytəkin ananın ürəyi bu xəbərə tab gətirməyib. Ananın hələ Elfaqın yaralandığı xəbərinə dözə bilmədiyini görən hər kəs onu oğlunun sağ-salamat olduğuna inandırıb. Deyilən yalanlardan ümidlənən ananın ürəyinə bir anlıq sevinc qonaq olub. Ancaq 23 oktyabrda sübh səhər həyətdə gələn səs-küyə eşidib eşiyə çıxan ananın dünyası başına yıxılıb. Həyətdə qurulan yas mağarını görən ananın naləsi hər kəsin ürəyinə dağ çəkib. Bu gerçəklə barışmayan Aytəkin ananın xəyallarında oğlunun vağzalı sədası ilə qapıdan girdiyi canlanıb. O an "Şəhidlər ölməz, vətən bölünməz!" şüarı ilə al bayrağa bürünmüş tabutda Elfaq evinə gətirilib. Aytəkin ana oğlunu son dəfə öpüb-qoxlayıb. 23 oktyabr səhər saatlarında Elfaqın cansız cismi Gədəbəy rayonu Parakənd kənd məzarlığında torpağa tapşırılıb. 

     Elfaqdan geriyə Azad Vətən, Şanlı bayraq, yarımçıq qalan evi, nişan xonçaları, qoxusu hopub qalan bir dəst paltar və nakam arzular qalıb. Onun gedişi ilə heç kim barışmır. Hər kəs Elfaqın adını yaşatmağa çalışır. Adı dillərə dastan, musiqilərə məzmun olub. Elfaqın adına Bakının Zabrat qəsəbəsində bulaq inşa edilib. Gədəbəy rayonunun Parakənd kəndindən olan üç şəhidimizin adına eyni kənddə bulaq tikilib. 

   Gizir Nağıyev Elfaq Azad oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra "Vətən uğrunda" medalı , "İgidliyə görə" medalı , "Füzulinin azad olunmasına görə" medalı , "Cəbrayılın azad olunmasına görə" medalı və "Xocavəndin azad olunmasına görə" medalına layiq görülüb.


ŞƏHİD ELFAQ


Bilirdin yolunun sonunda durur,

Şəhadət adlanan ən ali məqam.

Deyirdin "Qarabağ düşmənlərdədi,

Elə bil dünyaya özgəyəm, yadam."


Vətəndə qürurla addımlamaqçün,

Dərdli Qarabağa qanla yol çəkdin.

Sağaldıb Hadrutun işğal yarasın,

İlk dəfə Hadrutda sən bayraq dikdin.


İşğaldan qurtulan hər qarış torpaq,

Qan ilə qüsl alır və paklanırdı. 

Kiminin dediyi sonuncu sözü,

Kiminin nəfəsi donub qalırdı.


Sənin son nəfəsin qalan Xocavənd,

Ümid qapısını taybatay açdı.

Vətənin boynuna sarılan ümid,

Azadlıq nurunu vətənə saçdı.


Azadlıq arzusun çin eləsən də,

Elfaq, arzular boynunu bükdü.

Oğlunu vətənə qurban edən gün,

Atanın ruhuna qaranlıq çökdü. 


Oğul xonçaların düzüb yan-yana, 

Qəlbində bir tonqal yandırdı anan. 

Onun xəyalında yer almamışdı, 

Bayraqlı tabutda döndüyün o an. 


Məzarın önündə çarəsiz qaldı, 

Bəyaz yox qaraya bürünən yarın.

Müharibə adlı sərt əsən külək,

Yerlə yeksan etdi çox arzuların.


Qardaşın dünyadan köçdüyün zaman, 

Dayaqsız, kimsəsiz qaldığın sandı. 

Hər kəs acısını dilə gətirdi, 

Onunsa ürəyi köksündə yandı.


MANYA SƏXAVƏTQIZI

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Prezidenti: “Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik”

    Azərbaycan Prezidenti: “Biz döyüş meydanında ...

    26-10-2020, 13:06

  • 
  • VƏTƏN VƏ DOST XİLASKARI

    VƏTƏN VƏ DOST XİLASKARI ...

    26-09-2020, 10:27

  • 
  • QƏHRƏMANLAR AİLƏSİ

    QƏHRƏMANLAR AİLƏSİ ...

    15-03-2021, 10:01

  • 
  • Milli qəhrəmanın rəis oğlu vəzifəsindən azad edildi

    Milli qəhrəmanın rəis oğlu vəzifəsindən azad ...

    3-04-2020, 14:42

  • 
  • AVQUST DÖYÜŞLƏRİ

    AVQUST DÖYÜŞLƏRİ ...

    29-07-2020, 23:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu