GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Nəcməddin Sadıkova bağlı kadrlar bu gün də ordumuzu zəiflətməklə məşğuldur”

“Nəcməddin Sadıkova bağlı kadrlar bu gün də ordumuzu zəiflətməklə məşğuldur”

Tarix: 12-03-2022, 14:47 Bölmə :Cəmiyyət Baxış: 288

Müdafiə Nazirliyində həbs olunanların sayı itib. Son 1 ay ərzində nazirliyin əsasən maliyyəçiləri istintaqa cəlb olunmaqdadır. Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri çərçivəsində Nazirliyin Mənzil İstismar İdarəsinin keçmiş rəisi Fikrət Mirzəyev də tutulub. O da digər həbs edilən vəzifəli şəxslər kimi xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Fikrət Mirzəyevin həbsinə qədər isə Nazirliyin Maliyyə İdarəsinin rəisi Rafael Xəlilov, N saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fəzail Əliyev, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Ədalət oğlu Əlizadə və Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov tutulublar. Hazırda Hərbi Prokurorluqla birgə istintaq davam etdirilir. Belə məlumatlar var ki, aparılan istintaqla hazırda xidmətdə olan və tərxis olunmuş yüksək vəzifəli şəxslərin cinayətə bərabər əməlləri də üzə çıxarılıb.

Silahlı Qüvvələrin Hərbi Polisinin sabiq rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov nazirlikdəki həbslərlə bağlı “Yeni Müsavat”a açıqlamasında həbslərin miqyasının böyüyəcəyini istisna etmədiyini dedi: “Sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun bu gün də orduda kadrları var. Nə baş verirsə, bu haqda məlumatları ona ötürürlər. Vətən müharibəsindən əvvəl Nəcməddin Sadıkovun Müdafiə Nazirliyində korrupsiya, rüşvətxorluqla bağlı əməlləri tez-tez mətbuatda yazılırdı. Müdafiə Nazirliyinin Maliyyə İdarəsindəki həbslərin hamısı daha çox keçmişə qaynaqlanır. İnanmıram ki, DTX onları bu gün aşkarlayıb. Fikrimcə, bunlar çoxdan nəzarətdə idi. Onlar haqqında qəti qərar qəbul olunması üçün materiallar toplanırdı və nəticədə həbslər gerçəkləşdi. Nəcməddin Sadıkova bağlı kadrlar illərlə Azərbaycan ordusunun zəiflədilməsi ilə məşğul olub, bunun üçün külli miqdarda yeyintilərə yol veriblər. Müdafiə Nazirliyində Büdcə və Maliyə İdarəsinin rəisi sırf Nəcməddin Sadıkovun birbaşa dəstəyi ilə təyin edilmiş şəxs idi. Ondan əvvəl köhnə işlər idarəsinin rəisi İlqar Məmmədov təzə struktura keçəndən sonra yeni təyin olunub, amma o da sırf Nəcməddin Sadıkovun kadrı idi. Nəcməddin Sadıkovun kadrları hələ də vəzifələrdə qalırlar. Hesab edirəm ki, onları tam şəkildə təmizləmək lazımdır. Məsələn, Nəcməddin Sadıkovun ”sağ əli" hesab edilən Zahid adlı biri vardı. Onu orduda hamı “Şlyapa Zahid” kimi tanıyırdı. Onun qudası Hərbi Hava Qüvvələrinin maliyyə rəisi idi, artıq həbs olunub. O da sırf Nəcməddin Sadıkova bağlı kadr idi".

Rövşən Məhərrəmov deyir ki, istintaq xüsusi diqqətlə satınalmalar, tenderlərlə bağlı məsələləri araşdırmalıdır: “Mətbuatda illərlə bu haqda yazılar dərc olunub. Hətta səs yazıları da var. Məsələn, Ukraynadakı səfir Elmira Axundovanın deputat olduğu zaman səs yazısı vardı. Belə məlum olurdu ki, o Müdafiə Nazirliyinin tenderlərində iştirak edib və hər il nazirlikdən külli miqdarda pul alıb. Deputatın Müdafiə Nazirliyinin tenderində nə işi var? Onu Müdafiə Nazirliyinin tenderlərinə kim buraxıb? Silahlı Qüvvələrin ərzaq, geyim və əşya əmlakı ilə təchizatı ən yüksək səviyyədə təmin olunmaq üçün hər il dövlət büdcəsindən bu məqsədlər üçün külli miqdarda vəsait ayrılır. Nəcməddin Sadıkov və ətrafı illərlə bu vəsaiti öz maraqlarına uyğun xərcləyirdilər. Müdafiə Nazirliyinin həyata keçirdiyi tenderlərlə bağlı qanunsuzluqlar haqda mətbuatda çoxsaylı məlumatlar var. Bu məsələlərin araşdırılmasının zamanıdır”.

Rövşən Məhərrəmov bildirdi ki, Müdafiə Nazirliyinin Satınalma İdarəsi ilk dəfə müdafiə naziri Zakir Həsənovun vaxtında sərbəst bir qurum kimi yaradılıb: “Səfər Əbiyevin vaxtında belə bir qurum yox idi. Onun dövründə komissiya vardı və belə məsələlərlə həmin komissiya məşğul olurdu. Daha sonra bunu sərbəst qurum kimi yaratdılar. Bütün sənədlər Satınalma İdarəsindən keçirdi. Əvvəllər isə idarə rəisləri Müdafiə Nazirliyindən kənarda özləri satınalmaları sərbəst həyata keçirirdilər. Daha sonra bunu mərkəzləşmiş formada etdilər. Diqqəti general-mayor Rasim Babayevin yaramaz xidmətinə sərf etmək istəyirəm. Rasim Babayev 2014-cü ildə Təşkilat Səfərbərlik İdarəsinə rəis müavini təyin edilib. Nəcməddin Sadıkovun dəstəyi və komandası ilə İdarə rəisi, polkovnik Hikmət Xalıqov barədə böhtan xarakterli məlumatlar yaymağa başladı. Həmin məlumatları Nəcməddin Sadıkova ötürdü və sonuncu Hikmət Xalıqovu vəzifəsindən uzaqlaşdırdı. Bir müddət sonra Rasim Babayevə Nəcməddin Sadıkovun xeyir-duasi ilə general-mayor rütbəsi verildi. Heç zaman döyüş bölgəsində xidmət etməyən, heç bir xidməti təcrübəsi olmayan, heç bir zaman hərbi hissə komandiri belə olmayan Rasim Babayev Sadıkovun dəstəyi ilə general rütbəsinə yüksəldildi. Bu gün ən çox korrupsiya və rüşvətxorluq məhz Rasim Babayevin rəhbərlik etdiyi sahədədir. Bütün hərbi hissələrdəki yerdəyişmələr, əsgərlərin ön xətdən arxa cəbhəyə keçirilməsi, idmançı olmayanların Mərkəzi Ordu İdman Klubuna keçirilməsi üçün sərəncamların hazırlanması və öz imzasi ilə təsdiq edib icraya yönəltməsi kimi əməllərdən də korrupsiya iyi gəlir.

Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi dövründə bu yollarla döyüşlərdən yayındırılan və arxa cəbhəyə göndərilən xeyli hərbçi olub. Rasim Babayevin bundan xəbəri olmayıb? MOİK-ə idmançı olmayanların ezam olunması valideynlərə neçəyə başa gəlir?"

Rövşən Məhərrəmova görə, zabitlərin mənzil təminatı məsələsi də Rasim Babayevin imzasına bağlı məsələdir: “Bəzi zabitlər uzun müddət xidmət etmələrinə baxmayaraq, indiyə qədər mənzillə təmin edilməyiblər. Lakin elə zabitlər də var ki, Nəcməddin Sadıkovun dəstəyi ilə bir necə mənzillə təmin olublar. Üzümü DTX və Hərbi Prokrorluğa tutub deyirəm və xahiş edirəm ki, bu adamların yaramaz fəaliyyəti yoxlanılsın. Müdafiə Nazirliyində baş verənlər dövlətciliyimizə xəyanətdir”.

Rövşən Məhərrəmov hesab edir ki, DTX tərəfindən Müdafiə Nazirliyində gerçəkləşdirilən həbslər, bu qədər cinayətlərin üstünün açılması Müdafiə Nazirliyindəki nəzarətsizlikdən irəli gəlir: “Maliyyəçi hansısa hərbi hissənin maliyyə tələbatı haqqında Müdafiə Nazirliyinin Maliyə İdarəsinə sifariş verir. Həmin Maliyə İdarəsi isə verilən sifarişi yoxlamalıdır ki, tələbat verilən sifarişlə üst-üstə düşsün. Əgər üst-üstə düşmürsə, onlar yenidən əsaslandırılmış sifariş tələb etməlidirlər. Görünür, burada Maliyə İdarəsinin özündə bilərəkdən buna göz yumublar və bu qədər yeyintilər ortaya çıxıb. Hər bir halda Müdafiə Nazirliyinin Maliyə və Büdcə idarəsi nəzarət etməli idi. Yəqin ki, bunlar əlbir olublar. Düşünürəm ki, nazirlikdəki başqa sahələr, məsələn, Maddi-Texniki Baş İdarəsi də yoxlanılmalıldır. Onların da satınalmaları, tikintiyə xərclədiyi pulları var. Bu yoxlamalarla bərabər həbslərin sayı da çoxala bilər. Yoxlamaların da nəticəsi göz qabağındadır. Bir satınalmada 3.5 milyon manat yeyintinin aşkar olunması çox pis olaylardan xəbər verir. Müdafiə Nazirliyi elə bir qurumdur ki, bu hallar orada olmamalıdır. Çünki bu, insanların büdcəyə toplanan pullarıdır. Torpağımızın azadlığı uğrunda canından keçən şəhidlərimiz, qazilərimiz var. Bu nazirliyə ciddi surətdə nəzarət olmalı və orduda təmizlik işləri aparılmalıdır. Saxlanan hərbçilər yüksək vəzifəlidir və aydındır ki, belə bir miqyasda mənimsəni təkbaşına həyata keçirə bilməzdilər. Bu işlərin içində ali və yüksək rütbəli hərbçilər olub. Bu işlərin başında dayanan isə Nəcməddin Sadıkovdur. Tutulanlar onun kadrlarıdır. Amma Nəcməddin Sadıkov bu gün də Azərbaycanda sərbəst gəzib dolaşır. Onun həbsi üçün vəzifədə olduğu müddətdə də, bu gün də kifayət qədər əsas var. O, nəhayət ki, əməllərinə görə cəzasına çatdırılmalıdır”.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • General Musayev Hərbi Əks-Kəşfiyyat İdarəsinin rəisi oldu

    General Musayev Hərbi Əks-Kəşfiyyat İdarəsinin ...

    29-10-2015, 16:26

  • 
  • Prezident daha bir generalı işdən çıxardı - Müdafiə Nazirliyində kadr dəyişikliyi

    Prezident daha bir generalı işdən çıxardı - ...

    17-08-2015, 21:57

  • 
  • Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi SAXLANILDI

    Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi ...

    10-03-2022, 14:30

  • 
  • Həbs edilən MTN-çilərin dəqiq adları və vəzifələri məlum oldu - TAM SİYAHI

    Həbs edilən MTN-çilərin dəqiq adları və ...

    21-10-2015, 18:56

  • 
  • Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi saxlanıldı

    Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi ...

    10-03-2022, 17:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu