Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko artıq milyarder deyil. GUNDEMXENER.AZ axar.az-a istinadla xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.
“Müharibə varlı ukraynalıların sərvətini əhəmiyyatli dərəcədə azaldıb. Rinat Axmetov 4.2 milyardlıq sərvətilə Ukraynanın ən varlı adamı statusunu qoruyub saxlaya bilib”, - məlumatda qeyd olunub.
Bundan başqa siyahıda Yalta Avropa Strategiyasının təsisçisi Viktor Pinçuk (1.9 milyard dollar), “Ferrexpo”nun rəhbəri Konstantin Jevaqo (1.3 milyard dollar), Vadim Novinski (1.3 milyard dollar), Gennadi Boqolyubov (1.1 milyard dollar) və İqor Kolomoyskinin (1 milyard dollar) adları var.
Keçmiş prezident və bir vaxtlar Ukraynanın ən məşhur milyarderlərindən olan Pyotr Poroşenkonun isə adı siyahıya düşməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?