GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda yaxın vaxtlarda dərman qıtlığı yarana bilər - Diqqət, TƏHLÜKƏ!!!

Azərbaycanda yaxın vaxtlarda dərman qıtlığı yarana bilər - Diqqət, TƏHLÜKƏ!!!

Tarix: 16-03-2022, 11:53 Bölmə :Cəmiyyət Baxış: 239


Ukraynada müharibənin başlaması Rusiyaya qarşı sərt beynəlxalq sanksiyaların tətbiqinə səbəb oldu. Nəticədə Rusiyanın əczaçılıq şirkətlərinin xammal qıtlığı ilə üzləşəcəyi gözlənilir. Hərçənd bu sahəyə qarşı birbaşa sanksiyalar tətbiq olunmasa da, logistika zəncirlərinin pozulması artıq müəyyən fəsadlar doğurmağa başlayıb.

Belə ki, Avropadan lazımi inqrediyentlərin tədarükü dayandırılıb, Çin və Hindistandan olan tədarük zəncirləri də problemlərlə üzləşir. Belə bir vəziyyətdə Rusiya əlində olan ehtiyatlarını daxili ehtiyacına yönəltmək məcburiyyətindədir.

Belə olan halda, Rusiyaya qarşı sanksiyalar nəticəsində yaranmış vəziyyətin Azərbaycandakı dərman bazarına təsiri necə olacaq?

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra stomatoloji klinikalarda artıq problemlər yaşanır. Nəzərə alınsa ki, stomatoloji məhsulların əksəriyyəti Rusiyadan idxal edilir, logistika problemlərinin mövcudluğuna görə artıq buradan tibbi ləvazimatların gətirilməsi çətinləşib. Bəs görəsən, apteklərdə də bu cür vəziyyət yarana bilərmi?

Bir neçə aptekdə olub, mövcud vəziyyəti öyrənməyə çalışdıq. Nizami rayonunda fəaliyyət göstərən bir neçə aptekdə əczaçılarla söhbət etdik. Bildirdilər ki, dərman qıtlığı bir ildir ki, yaranıb: “Konkret olaraq müharibəyə görə deyil, elə bir ildir ki, əziyyət çəkirik. Əsasən koronavirusa aid dərmanlar gətirilmir. Əsasən də uşaqlar üçün həkimlərin məsləhət gördüyü dərmanlar tapılmır”.

Apteklərdə onu da dedilər ki, dərman preparatlarının əksəriyyəti Rusiyadan və Ukraynadan gətirilir. Gundemxeber.Az xəbər verir ki, iqtisadçı-ekspert Elman Sadıqov “Yeni Müsavat”a mövcud vəziyyəti belə şərh edib: “Rusiyada nəinki dərman sahəsində, bütün digər sahələrdə istehsal sahəsində ciddi problemlər yaşanacaq. İstənilən istehsal olunan məhsulun hər hansı bir inqrediyenti, xam məhsulu, yaxud da yarımfabrikat məhsulu xaricdən idxal olunur. Bu idxal da kəsilib. Ona görə ki, Rusiyanın hazırda dollarla bağlı ciddi problemləri var. Üstəgəl, yeni sanksiyalar paketi təqdim olunur. Dollar qıtlığı, ümumiyyətlə, ticarətin kəsilməsi, problemlərin getdikcə dərinləşməsi o deməkdir ki, Rusiya öz xammalını xaricdən ala bilməyəcək. O cümlədən dərman tədarükü edə bilməyəcək. Daxildə olan dərman tədarükü, lazım olan dərmanların hazırlanmasını, yaxud bazarın tələbini nə dərəcədə qarşılayacaq, o da sual altındadır. Nəticə etibarilə bu, qlobal iqtisadiyyatdır. Bütün ölkələrin iqtisadiyyatları açıqdır və qarşılıqlı əlaqələr var. Bir ölkədə baş verən hər hansı hadisə mütləq digər ölkəyə təsir edir. Ona görə də Rusiya dərman preparatlarını Avropadan, Amerikadan və ya digər ölkələrdən idxal etməklə qarşılayırdı, yaxud da özü hazırlayırdı. Amma hazırladıqları bir sıra komponentləri də var ki, idxal edirdi, burada ciddi problemlər yarandı. Tədarük zəncirləri də qırıldı, sanksiyalar altına alındı. Bunun da digər ölkələrə təsiri, əlbəttə, olacaq. Burada incə bir nüans var. Dünyada elə bir ölkə yoxdur ki, hansısa dərman yalnız orada istehsal olunsun. Məsələ ondan ibarətdir ki, Azərbaycan həmin dərmanları Türkiyədən, Hindistandan, Avropadan gətirəcək. Bunu müəyyən mənada kompensasiya edə biləcək, orada bir sıxıntı yoxdur. Sıxıntı ondan ibarətdir ki, o dərmanlar ki, Rusiya tərəfindən artıq bazara çıxarıla bilməyəcək, bunları nə dərəcədə kompensasiya edə biləcəyik? İkinci sual, böyük ehtimalla bir sıra dərmanlar tam olaraq kompensasiya edilməyəcək. Say etibarilə təklif tələbi qarşılaya bilməyəcək. Təklif də tələbi qarşılaya bilməyəndə qiymət artımı baş verir. Eləcə də, Rusiyanın özünün daxili tələblərini yerinə yetirməsi üçün həmin dərmanların ixracına özlərinin kvota, yaxud embarqo qoyması həmin dərmanları ixrac etməməsi ilə nəticələnəcək. Onsuz da Rusiyanın özündə dərmanların bir hissəsi çatışmır. Getdikcə də bu, dərinləşə bilər. Əlbəttə, bu çox önəmli bir məsələdir.

Sadəcə olaraq, burada güc bizim Səhiyyə Nazirliyinin üzərinə düşür. Burada diqqət Rusiyadan idxal olunan dərmanların siyahısının müəyyən olunmasına, həmin dərmanların digər ölkələrdən idxalının təşkil olunmasına, o dərmanların nə dərəcədə əvəz edilə bilən olmasına yönəlməlidir. Yəni həm qiymət baxımından, həm keyfiyyət baxımından hər bir nüans nəzərə alınmalıdır. Əlbəttə, məhsullar Avropadan idxal olunacaq. Avropadakı dərmanlar daha keyfiyyətlidir. Amma məsələ ondan ibarətdir ki, istədiyimiz qədər idxal edə biləcəyikmi? Çünki bizim qarşılaşdığımız problemlə digər ölkələr də qarşılaşır, tək Azərbaycan deyil. Digər ölkələr də bu addımı atacaqlar. Hər bir ölkə Avropadan və digər ölkələrdən əczaçılıq məhsullarının idxalını artırdıqca həmin ölkələrin özlərinin də qiymət artımı ola bilər, yaxud da ixraca limit qoyula bilər".

E.Sadıqov qeyd edib ki, dərmanlarla bağlı danışanda Ukraynanı yaddan çıxarmamalıyıq: “İdxalla bağlı danışarkən, Rusiya ilə birgə Ukraynanın da adını çəkməliyik. Çünki biz bir çox məhsulları Ukraynadan idxal edirik, ərzaq, dərmanlar və sairə. Ukraynada artıq infrastruktur dağılıb. Əgər Rusiyadan danışırıqsa, Ukraynanı da nəzərə almalıyıq. Rusiya və Ukraynadan idxal etdiyimiz o dərmanlar ki var, onları analiz etməliyik və digər ölkələrdə necə qarşılaya biləcəyik, bax burada müəyyən ehtiyatların görülməsinə ehtiyac var”


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

    ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır ...

    31-01-2018, 00:17

  • 
  • Bizim sanksiyalarımız Rusiyanın sadə vətəndaşlarına yönəlməyib

    Bizim sanksiyalarımız Rusiyanın sadə ...

    18-04-2014, 10:20

  • 
  • Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə mindi

    Rusiyaya qarşı yeni sanksiyalar qüvvəyə mindi ...

    29-04-2014, 10:25

  • 
  • Barak Obama: "Rusiyaya qarşı sanksiyalar..."

    Barak Obama: "Rusiyaya qarşı ...

    24-04-2016, 23:47

  • 
  • Senatorlardan Trampa çağırış — "Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edilsin"

    Senatorlardan Trampa çağırış — "Rusiyaya ...

    13-02-2018, 13:30


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu