GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda boşanmaq üçün məhkəməyə gedən qadın məmurdan hamilə qaldı

Bakıda boşanmaq üçün məhkəməyə gedən qadın məmurdan hamilə qaldı

Tarix: 17-03-2022, 17:27 Bölmə :Cəmiyyət Baxış: 272

Bakıda qadının birinci əri ilə ikinci həyat yoldaşı arasında düşən dava məhkəmə predmeti olub. 
 
Paytaxt sakini Gülnaz A.-nın (ad şərtidir) birinci və ikinci əri Səadət Sarayının qarşısında əlbəyaxa davaya çıxıblar.

1984-cü il təvəllüdlü Çingiz Ə. (ad şərtidir) 2019-cu ildə həyat yoldaşından boşanıb. Boşanmadan sonra alimenti ödəmədiyindən iş icra şöbəsinə yönləndirilib və Nəsimi Rayon İcra Probasiya Şöbəsinin icra məmuru Camal M.-in icraatına verilib. Bu əsnada Camalla Gülnaz arasında yaxınlıq yaranıb və onlar evlənməyə qərar veriblər. Bunu görən Çingiz keçmiş arvadı ilə icra məmuru arasındakı münasibəti aydınlaşdırmaq üçün Camalla görüşüb və aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, Camala və onun “Porsche” markalı avtomobilinə zərər vurub. İcra məmuru qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi və bədən xəsarətləri alıb. Hadisə ilə bağlı cinayət işi başlanılıb. 
Məhkəmədə dindirilən zaman təqsirləndirilən şəxs Çingiz Ə. deyib ki, Camalla heç bir düşmənçiliyi olmayıb: “Gülnazla 2008-ci ildə evlənmişik. İki qız övladımız var. 2019-cu ildə münasibətlər korlandığından boşandıq. Boşandıqdan sonra onun mənə qarşı aliment tələbi ilə bağlı qərarın icrası Nəsimi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Camal M.-ə həvalə edildi. Şahinlə bir neçə dəfə qərarın icrası ilə əlaqədar görüşmüşdüm. 2020-ci ildə axşam 11 radələrində Gülnazın yaşadığı evin qarşısından keçərkən Camalın avtomobilinə əyləşdiyini gördüm, aralarında səmimi münasibət olmasından şübhələndim. Boşandığım üçün onun gələcək həyatı məni maraqlandırmırdı. Amma Camalla arasındakı münasibətləri dəqiqləşdirmək istədim. Soraqlaşdıqda Gülnazın ondan hamilə qaldığı və ailə quracaqları məlum oldu. Sonradan artıq rəsmi nikaha daxil olaraq birlikdə yaşadıqlarını öyrəndim.
Bir gün anası ilə yaşayan 11 yaşlı qızım zəng vuraraq məndən onun atası olub-olmadığımı soruşdu. Mən uşağın bu sualı qarşısında çaş-baş qaldım. Mən ona atası olduğumu izah etməyə çalışarkən Camal telefonu götürərək məni təhqir etdi, nalayiq ifadələr işlətdi. Buna görə də Camal barəsində polisə müraciət etdim. Lakin o, polis bölməsinin çağırışına gəlmədi. Hətta atası R. oğlunun bu hərəkətinə görə məndən və qardaşımdan üzr istədi. Oğlunu bağışlamağı xahiş etdi və biz atasının xahişinə görə Camaldan şikayətçi olmadıq.
3 aprel 2021-ci ildə mənə Raul adlı bir şəxs zəng edib kobud şəkildə görüşə çağırdı. Əvvəlcə Yasamal qəbiristanlığı ərazisində görüşməyi təklif etdi. Sonradan qardaşım onu Səadət Sarayının qarşısına çağırdı. Oraya gedəndə “Porcshe” markalı “99 MG 666” seriyalı avtomobildə Camalı gördüm. Həmin vaxt qardaşım Camalın dostu Raulla avtomobilin yanında dayanıb söhbət edirdi. Mən onlara yaxınlaşıb nə baş verdiyini öyrənmək istəyərkən Camal “Porcshe”dən düşüb təpik atdı. Sonra qardaşımın sifətinə yumruq vurdu. Bunu görüb araya girdim, yumruqla Camalın başından vurdum. Polis əməkdaşları oraya yaxınlaşdılar. Camal avtomobilinə əyləşərək ərazidən uzaqlaşdı. Polislər məni, qardaşımı və Raulu bölməyə apardılar. Camalın barəsində şikayət ərizəsi yazdım. Camalın bizim onu döyməyimizlə bağlı iddiaları tamamilə yalandır. Mən onun avtomobilini zədələməmişəm”.
Camal M. isə ifadəsində göstərib ki, aliment tələbi ilə bağlı işi apararkən Gülnazla münasibəti yaranıb, daha sonra ailələrini tanış edərək kəbin kəsdiriblər: “Rəsmi nikah və toy karantindən sonra olacaqdı. Gülnaz məndən hamilə qaldı və hazırda bir oğlumuz var. Bu məsələdən xəbər tutan Çingiz qızları ilə görüşüb danışmaq üçün dəfələrlə bizim evə zəng edib. Çingiz hər bəhanə ilə ailəmdə narahatlıq yaradırdı. Zənglərdən birində mən telefonu götürüb bir daha evə zəng etməməsini tələb etdim. Polisə müraciət edərək guya ögey qızımla yaxşı davranmadığımı bildirib. Halbuki uşaqlar mənə ata deyirlər, Çingiz barədə isə yaxşı fikirdə deyillər. Mən polisə gedəndə Çingiz və qardaşı mənə söyüş söydülər.
Bir dəfə dostum Raula bu hadisələr barədə danışdım. Raul yanımda Çingizə zəng edərək məsələnin kökündən həll olunması üçün oturub söhbət etməyi təklif etdi. Səadət Sarayının qarşısında avtomobildən düşəndə Çingiz və tanımadığım şəxs üzərimə gəlib təpik atdılar. Qardaşı məni arxadan qucaqlayaraq qollarımdan tutdu. Çingiz isə başıma yumruq zərbələri vurdu. Zərbənin təsirindən özümü itirib yerə yıxıldım, yerdə uzanıqlı vəziyyətdə olarkən başıma təpiklərlə vurmağa başladılar. Polis əməkdaşları hadisə yerinə yaxınlaşanda güc tapıb avtomobilə əyləşdim və oradan uzaqlaşdım. “Beşmərtəbə” adlanan ərazidə DYP əməkdaşları maşını saxlayıb polis bölməsinə dəvət etdilər. Onlar ümumilikdə 7-8 nəfər idilər. Avtomobilin ön buferinin sağ hissəsi batmış, boyası pozulmuşdu. Mənə 200 manat ziyan dəyib”.

Məhkəmə araşdırması zamanı hadisə yerində “Dodge Durango” markalı avtomobildən dörd nəfər şəxsin düşməsi də müşahidə olunub. Səbail Rayon Məhkəməsi xuliqanlıq ittihamı ilə Çingiz Ə. barəsində 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Onun üzərinə başqa yerə getməmək iltizam tədbiri qoyulub. Lakin Çingiz Ə. Zəfər Günü ilə bağlı amnistiya aktının təsir dairəsinə düşdüyü üçün bəraət alıb və üzərindəki cəza götürülüb.
Hökmdən narazı qalan icra məmuru apellyasiya şikayəti verib və işin yenidən istintaqa qaytarılmasını xahiş edib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və qərar dəyişdirilmədən saxlanılıb./qafqazinfo/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra məmuru vətəndaşa xəsarət yetirdi

    İcra məmuru vətəndaşa xəsarət yetirdi ...

    3-10-2014, 13:09

  • 
  • Bakıda “Mehriban qonşular” küçəsində qadınlar arasında dava düşüb

    Bakıda “Mehriban qonşular” küçəsində qadınlar ...

    18-04-2017, 09:53

  • 
  • Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi

    Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası ...

    27-09-2019, 11:20

  • 
  • Mingəçevirdə əri ilə mübahisə edən hamilə qadın özünü maşının altına atıb - YENİLƏNİB

    Mingəçevirdə əri ilə mübahisə edən hamilə qadın ...

    21-06-2017, 20:38

  • 
  • Gəncədə qadın keçmiş əri tərəfindən bıçaqlanıb

    Gəncədə qadın keçmiş əri tərəfindən bıçaqlanıb ...

    16-12-2013, 00:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu