Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatda Rusiya ordusuna qarşı Ukrayna hərbçiləri ilə yanaşı mülki sakinlər də könüllü qismində vuruşurlar. Əsasən Kiyev, Jitomir, Çerniqov və Nikolayev vilayətlərindən olan könüllülərdən ibarət qrupa xaricdən gələn ukraynalılar da daxildir.
Ölkənin Dövlət Sərhəd Xidmətinin açıqlamasına görə, son 20 gündə xaricdən gələn 200 min ukraynalı Vətənləri uğrunda döyüşlərə qatılıblar. Onların arasında qadınlar da var.
Baku TV-nin Şərqi Avropa bürosu Ukraynada könüllülərin təlim keçdiyi hərbi hissələrdən birində olub.
Sorğu
Yeni dizaynımız necədir?