GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda on min tondan artıq xurma anbarlarda qaldı, zay oldu

Azərbaycanda on min tondan artıq xurma anbarlarda qaldı, zay oldu

Tarix: 29-03-2022, 18:44 Bölmə :Cəmiyyət Baxış: 298


Azərbaycandan xurma ixrac edən onlarla kəndli-fermer Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və rublun dəyərdən düşməsi ilə iki əsas bazarını itirib. Məhsulunu sata bilməyən fermerlər min-bir əziyyətlə, xərclə başa gəlmiş xurmanı zibilə tullamağa məcbur qalıblar.

Söhbətləşdiyimiz fermerlər bildiriblər ki, Rusiyaya göndərilmiş xurmaların bir hissəsi yolda xarab olub, məhsulunu bazara çıxara bilənlər isə rublun dəyərini itirməsi ilə qəpik-quruş qazanıblar. Qazandıqları pul soyuducu anbarların xərcini güclə ödəyib.

Göyçaylı fermer Rəhim Salmanov deyib ki, onların əsas bazarı Rusiya və Ukraynadır. Onsuz da son bir-iki ildir məhsullarını satmaqda çətinlik çəkirlər, müharibə də üstəlik vəziyyəti daha da pisləşdirib.

“Daşınma xərci iki dəfədən çox artdı...”

“Ukraynaya məlum səbəbdən məhsul göndərə bilmədik. Rusiyaya isə daşınma xərci iki dəfədən çox artaraq dörd-beş min dollara çatdı. Təsəvvür edin, məhsul göndəriləndən bəri rubl bir neçə dəfə dəyərini itirib. Bu azmış kimi Rusiyadan pul çıxarılması da çətinləşib. O zaman satdığımız malın pulunu necə alacağıq? Hələ bunun gömrük rüsumundan danışmıram”, - fermer bildirib.

R.Salmanov edib ki, soyuducu anbarlarda məhsul saxlamaq kəndli-fermer üçün sərfəli deyil: “Yanvarın 15-dək soyuducu anbarda məhsul saxlamaq hər 9 kiloqramlıq yük üçün 2 manat 50 qəpiyə başa gəlirdi. Yanvarın 15-dən sonra hər kiloqram üçün 4-5 qəpik tələb etməyə başladılar. Çünki soyuducu anbarların tutumu böyükdür, sahibkara da sərf etmir”.

Göyçayda xurmanı çay kənarlarına tökürlər

Fermer qeyd edib ki, ona çəkdiyi zəhmət və zərərlə bağlı danışmaq ağrılıdır. Bütün ilboyu çəkdiyi zəhmətin bəhrəsini görməyib. Bu mövsümdə ən azı 50 min manatdan artıq zərəri olub. Halbuki əvvəllər xurma neçə ailənin dolanışıq mənbəyi olub. Buna görə də xurma bağını daha sərfəli meyvə ağacları ilə əvəz etməyi düşünür.

Digər fermer isə adının çəkilməsinə ehtiyac görməyib, deyir ki, onsuz da xurma istehsalı ilə məşğul olan kəndli-fermerlərin əksəriyyəti onun vəziyyətindədir. Xurma ilə bağlı real vəziyyəti görmək üçün mövsümdə Göyçaya gəlmək kifayətdir. Çünki rayonda zay olmuş məhsullar çayın kənarlarına atılır.

Fermer bildirib ki, xərclər artıb, indi bir hektar xurma bağının becərilməsi təxminən 3 min manata başa gəlir. Xurma istehsalçıları əsasən Rusiya və Ukrayna hesabına dolanır, qazanc götürə bilirdilər: “Tək Göyçay deyil, Şəmkir və şimal rayonlarındakı tanış fermerlərlə də əlaqə saxlayırıq. Fermerlərin çoxu bu vəziyyətə düşüb, məhsul bol olub, sata bilməyiblər, nəticədə tökülüb qalıb”.

10 min tondan artıq məhsul zay oldu

Fermerlərdən biri Orucəli Qəniyev isə bildirib ki, o mövsümdə məhsullarını yerli bazarda 8 kiloqramını 6 manatdan sata bilib. Məhsulu çox olmadığından zərərlə də üzləşməyib. Qəniyev məhsulunu saxlayanlardan fərqli olaraq dərhal satanların zərərə düşmədiyini də qeyd edib.

Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Qadir Yusifov isə bildirib ki, on min tondan artıq məhsul zay olub, yüzlərlə fermer ziyana düşüb: “Onsuz da ötən ildən Rusiya bazarında alıcılıq qabiliyyəti kəskin azalmışdı, Azərbaycandan bu ölkəyə ixrac olunan xurmanın bazarlarda satışı xeyli zəifləmişdi”.

Q.Yusifov xurma ixracında başqa bazarların olması ilə bağlı təkliflərlə çıxış edib. Çünki yerli bazar o qədər məhsulu qəbul edə bilmir. Fermer isə təkbaşına yeni bazar axtara, məhsulunu çıxara bilmir.

Qeyd edək ki, kəndli-fermerlər xurmanı soyuducu anbarlarda saxlayıb, qış aylarında Rusiya və Ukraynaya ixrac edirlər. Anbarlarda mal qaldıqca maya dəyərinə təsir edir, amma adətən xarici bazarda  xurma yerli bazardan bir neçə dəfə baha satıldı. İndi isə əsas iki bazarı itirmək xurma istehsalçılarına ciddi zərbədir.

Rusiyanın Ukraynaya hərbi təcavüzü ərəfəsində Azərbaycandan Rusiyaya meyvə-tərəvəzin qatarlarla daşınmasını nəzərdə tutan “Aqroekspress” layihəsi işə düşmüşdü və bu layihə çərçivəsində Azərbaycandan Rusiyaya o cümlədən xurma yüklü qatarlar yola salınmışdı. Yüklərin qatarlarla daşınması fermerlər üçün xeyli sərfəli olmalı idi, çünki bu həm malın daha tez çatdırılması, həm daşınma xərclərinin azalmasına gətirib çıxaracaqdı. Lakin müharibə vəziyyəti mürəkkəbləşdirib və indi azərbaycanlı fermerlər Rusiya bazarına həm ötən payızdan qalma meyvəni, həm faraş tərəvəzi çatdırmaqda bir sıra çətinliklərlə üzləşiblər.



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəmkir və Tovuzda fərdi istixanalar sıradan çıxır, sahibləri müflis olur

    Şəmkir və Tovuzda fərdi istixanalar sıradan ...

    13-01-2022, 12:36

  • 
  • 1 avro 100 rubla çatdı

    1 avro 100 rubla çatdı ...

    16-12-2014, 22:56

  • 
  • SOCAR ötən ay ərzində Ukraynaya nə qədər avtomobil benzini ixrac edib?

    SOCAR ötən ay ərzində Ukraynaya nə qədər ...

    9-02-2021, 15:29

  • 
  • Azərbaycandan Qazaxıstana 1 ton xurma aparan azərbaycanlı tutuldu

    Azərbaycandan Qazaxıstana 1 ton xurma aparan ...

    27-01-2020, 13:38

  • 
  • İnam Kərimovun BATIRDIĞI DAHA BİR SAHƏ... - Aqrar sektorda böhran...

    İnam Kərimovun BATIRDIĞI DAHA BİR SAHƏ... - Aqrar ...

    1-07-2021, 14:38


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu