Nəriman Mehdiyevin cinayətkar saxtalığını Bakı Apellyasiya Məhkəməsi eyni saxtalıqla təkrar edib
Azərbaycan məhkəmələrinin Konstitusiyaya, Mülki , İnzibati, Cinayət Prosessual Məcəllələrinə hörmətsizliyi vətəndaşların məhkəməyə müraciət etmək hüquqlarına çeşidli bəhanələrlə qadağa qoymalarında üzə çıxır. Bu bəhanələrdən ən çox tətbiq olunanı qərar qəbul edilmədən , guya qəbul edilən və ərizəçiyə göndərilən qərardan şikayət verilməməsi saxtalığıdır. Bakı şəhəri, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin cinayət işlərinə verdiyi “saxtalıq töhfəsi” isə Məhkəmə Hüquq Şurasının (MHŞ) , baş prokurorluğun araşdırma predmetinə çevrilməyə tam haqq edir. Təsəvvür edin, HAKİM, BARƏSİNDƏ xüsusi ittiham qaydasında ŞİKAYƏT VERİLMİŞ ŞƏXSİN ADINI, SOYADINI belə YANLIŞ göstərməklə iclasda iştirakını SAXTALAŞDIRIB! (?) VƏ QƏRAR QƏBUL ETMƏDƏN SAXTA AD VƏ SOYADLA QƏRAR QƏBUL ETDİYİNİ BİLDİRİB! (?)
Şikayətin mahiyyətinə varmadan barəsində şikayət edilən şəxsin 24-cü Polis Şöbəsinin sahə müvəkkili İSLAMOV ELÇİN SƏRXAN oğlu olduğunu vurğulayaq. Hakim Nəriman Mehdiyev isə Azərbaycan Respublikası Prezidentindən, Ədliyyə Nazirliyindən və məhkəməyə daxil olan ilyarımlıq müraciət(lər)ə çoxsaylı cavablarla bildirib ki, İSMAYILOV ELŞAD SƏRXAN oğlu barəsində şikayətin icraata qəbul edilməsindən 10.03.2020 tarixli 1 (007)-97/2020 saylı qərarla imtina edilib və bu qərar 17.06.2020-ci ildə xüsusi ittihamçı tərəfindən imza edilməklə (?-M.B.) qəbul edilib. Bakıdan Bakıya məktubun 3 aya çatması saxtalığını bir qırağa qoyaq, axı hakim iclasda iştirak edən şəxsin adını, soyadını da düz yazmayıb. Tutaq ki, ilyarımlıq məktublarla şəxsin adı “texniki yanlışlığın” qurbanı olub”, bəs bu şəxs özü iclasda iştirak edibsə, ad-soyadını yanlış deyib, şəxsiyyətini doğrulayan sənədi təqdim etməyib? Axı, hakim xüsusi ittihamçının təkrarən gəlməməsi əsasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən “şəxsin iştirakı ilə” şikayətin icraata qəbul edilməsindən imtina edib! Məhkəmənin heç bir qərar qəbul etməməsini elə bu danılmaz maddi sübutlar, hakimin özünün çoxsaylı məktubları sübut edir. Yalnız 16.09.2021-ci ildə ilyarım qabağa -10.03.2020 tarixli qərar verilib və bu qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq apellyasiya şikayəti vermək üçün məhkəmənin təqsiri üzündən buraxılmış müddətin üzrlü sayılmasına vəsatət verilib . Nəriman Mehdiyev bir aydan çox süründürməçiliklə vəsatəti təmin etməyib və bu qərardan apellyasiya şikayətini də Bakı Apellyasiya Məhkəməsinə gec göndərib.
Bakı Apellyasiya Məhkəməsindən səs – soraq çıxmadığını görən xüsusi ittihamçı Qarabağ qazisinin ali dövlət hakimiyyəti , hüquq - ədliyyə orqanlarına, Ombudsmana şikayətlərinə cavab olaraq 18.03.2022-ci ildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən Kamran Əkbərov, hakimlər Elmar Rəhimov və Faiq Qasımov ) 24.11.2021 tarixli 1 (103)-1870/2021 saylı şikayətin təmin edilməməsi haqqında qərarı aparat tərəfindən elektron poçt ünvanına göndərilib. Fikir verin, vətəndaş qərarın məhkəmənin təqsiri üzündən gec verildiyindən şikayət edir, apellyasiya instansiyası özü də qərarını 4 aydan sonra verir. Təbii ki, bu qərardan kassasiya şikayəti vermək üçün müddətin bərpası da təmin olunmayacaq ki, ərizəçinin təqsiri üzündən baş verib. Belə məhkəmə təminatı hüququ olar?
Hər halda, kassasiya hüququndan yararlanılacaq. Hələ üstəlik, Bakı Apellyasiya Məhkəməsinin sözügedən hakimlərinə qarşı şərəf və ləyaqətin müdafiəsi tələbi ilə iddia qaldırılacaq. Görün, üç hakimdən ibarət heyət işlə necə tanış olub ki, “xüsusi ittihamçı” “MƏHKUM” edilib! (?)Nəriman Mehdiyev isə şər-böhtana görə cavab verməli olacaq.
Sorğu
Yeni dizaynımız necədir?