GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Musiqi məktəbində direktor 1 milyon manatlıq mənimsəməyə görə ilişdi, qarmon müəllimindən kömək istədi

Musiqi məktəbində direktor 1 milyon manatlıq mənimsəməyə görə ilişdi, qarmon müəllimindən kömək istədi

Tarix: 31-03-2022, 10:44 Bölmə :Cəmiyyət Baxış: 292

32 il H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbində qarmon müəllimi işləyən Sahib Şükürov Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb həmin musiqi məktəbinin sabiq direktoru, hazırda həbsdə olan Mehriban Rüstəmovaya qarşı dələduzluq etməsi olub.

Dələduzluqda ittiham olunan 61 yaşlı Sahib Şükürovun cinayət işi üzrə məhkəmə istintaqı bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində yekunlaşıb.

1998-ci ildən H.Sarabski adına 7 saylı uşaq musiqi məktəbində direktor işləyən Mehriban Rüstəmova külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilərək ötən ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (Onun barəsindəki polisin nəzarətinə vermə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs olunub,-red.)

Bir milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunan M.Rüstəmova barəsində başlanan cinayət işinin icraatına ibtidai istintaq dövründə xitam verilməsinə köməklik göstərəcəyini vəd edən S.Şükürov isə sabiq direktoru aldadaraq onun 168 min manat pulunu ələ keçirib.

Təqsirləndirilən Sahib Şükürov ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilib. İfadəsində məktəb direktoru ilə aralarında yaxşı münasibət olduğunu, tədbirlərə birlikdə gedib-gəldiklərini deyib. Səhhətində yaranan problemlərlə əlaqədar bir neçə dəfə xarici ölkəyə müayinəyə yollanan  S.Şükürovda ağciyər xərçəngi aşkarlanıb. Müalicə olunmaq üçün davamlı şəkildə xaricə ölkəyə getdiyindən bir müddət direktorla əlaqəsi kəsilib. Sonradan M. Rüstəmova özü onunla əlaqə saxlayıb, barəsində cinayət işinin olduğunu, Korrupsiya Qarşı Mübarizə İdarəsinin apardığı araşdırmalar zamanı otağında 37 nəfər müəllimin maaş kartlarının aşkarlandığını xəbər verib. Həmin maaş kartlarının arasında S.Şükürovun özünün də kartı varmış.

Məktəb direktorunun dövlət büdcəsinə 1 milyon manata yaxın ziyan vurduğunu bildirən qarmon müəllimi onun paytaxtda müxtəlif mülklərinin olduğunu deyib. Hətta həmin mülklərdən birini – metronun “28 May” stansiyası yaxınlığındakı binalardan birində yerləşən üçotaqlı mənzili özü almaq istəyib. Bu barədə direktorla öz aralarında razılığa gəliblər və M.Rüstəmovaya hissə-hissə 114 min manat verib. Lakin sonradan M.Rüstəmova mənzili satmaqdan imtina edib. Direktorun  barəsində Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət edəndə məlum olub ki, M.Rüstəmova artıq ondan şikayət verib, dələduzluqda ittiham edir.

“Mehriban mülklərinin satılması üçün köməyə ehtiyacı olduğunu demişdi. Evdə həyat yoldaşımla məsləhətləşdik. Uzun müddət kirayə qaldığımız üçün həmin mənzili özümüz almaq qərarına gəldik. Maklerin iştirakı ilə Mehribana 50 min dollar pul verdim. Pulu dəymiş ziyanın aradan qaldırılmasından ötrü banka ödəyib qəbzi Mehribanla birgə müstəntiqə apardıq. Müstəntiq vəsaitin az olduğunu bildirdi. Bundan sonra Mehribana kömək məqsədilə bir neçə pul verdim. Cəmi 114 min manat vermişəm. Buna baxmayaraq Mehriban həmin evi artıq satmaq istəmədiyini, baha qiymətə satacağını və pulu hissə-hissə qaytaracağını dedi. O vaxtdan bu günə qədər mənə cəmi 8 min manat pul ödəyib, qalan pulu verməyib. Şikayəti mənim yazmağıma baxmayaraq Mehribanın məndən şikayətçi olduğunu dedilər. Dəfələrlə ona borc pul vermişəm, iş yoldaşı kimi həmişə dayaq olmuşam. Amma Mehriban mənə böhtan ataraq guya onun pulunu aldadıb aldığımı deyib. Həqiqətdə isə mən Mehribana pul vermişəm. Tələb hüququ mənimdir. Mehriban məndən borclarını ödəmək üçün istifadə edib”, - qarmon müəllimi belə deyib.

Lakin M.Rüstəmova ifadəsində deyir ki, Sahib onun barəsindəki cinayət işini həll edəcəyinə dair söz verib, 170 min manat pulunu alıb. Amma vədinə əməl etməyib. Bu səbəbdən də onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.   

Sabiq direktor, 56 yaşlı Mehriban Rüstəmova ifadəsində bildirir ki,  22 il bu  vəzifədə işləyirdi,  məktəbdə baş verən qanunsuzluqlarla bağlı barəsində cinayət işi qaldırılmışdı.  Bu iş üzrə istintaqın getdiyi vaxtlarda  S.Şükürov  onu inandırıb ki, yüksək vəzifəli şəxslərlə yaxın əlaqələri var və cinayət işinə tezliklə xitam verilməsinə nail ola bilər. Direktor isə “işin həll olunması” üçün qarmon müəlliminə özünün bildirdiyi kimi, 2020-ci ilin may ayından etibarən hissə-hissə pul verməyə başlayıb.

“Bu məsələ ilə bağlı özüm heç kimə (yəni səlahiyyətli şəxslərə) pul verməmişəm. Pulları Sahibin vasitəsilə vermişəm. Bu işin tam həll olunması üçün Sahib 130 min manat lazım olacağını dedi. Həmin vaxta qədər ona artıq 70 min manat vermişdim. Qızımın evlərini satmışdım, yenidən 60 min manat  düzəldib Sahibə verdim.  Bundan sonra əlavə olaraq məndən 30 min manat istədi. 2020-ci ilin mayından 2021-ci ilin yanvarınadək ona cəmi 168 min 300 manat pul vermişəm. Artıq satılacaq əmlakım da qalmamışdı”- M.Rüstəmova ifadəsində belə deyib.

M.Rüstəmova deyir ki, əvvəlcə qarmon müəllimi özü zəng vurub onu görüşə çağırıb, oturub məsələnin həlli barədə söhbət aparıblar. Cinayət işi məhkəməyə göndəriləndə isə özü Sahiblə əlaqə saxlayaraq işinin niyə  həll edilmədiyini, yəni cinayət işinə niyə xitam verilmədiyini və məhkəməyə göndərildiyini soruşub, ondan izahat istəyib.

Sahib müəllim  onu aldatmağa çalışaraq müxtəlif bəhanələr gətirib, sonradan isə ümumiyyətlə telefon zənglərinə cavab verməyib: “Sahibin məni aldatmasına tam əmin olduqdan sonra şikayət etdim. Əgər Sahib vəzifəli şəxslərin adını çəkməsəydi, ona o qədər pulu verməzdim. Hazırda pulumu geri tələb edirəm”.

Məhkəmənin hökmü ilə Sahib Şükürov 3 il müddətinə azadlıqdan məhrum edilib./virtualaz.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda məktəb direktoruna qarşı dələduzluq edən müəllimə HÖKM OXUNUB

    Bakıda məktəb direktoruna qarşı dələduzluq edən ...

    18-03-2022, 16:27

  • 
  • Musiqi məktəbində sensason olay yaşanıb – ŞOK İDDİA

    Musiqi məktəbində sensason olay yaşanıb – ŞOK ...

    20-06-2018, 19:00

  • 
  • İş adamının 303 minlik dələduzluğu: 9 il həbs cəzası

    İş adamının 303 minlik dələduzluğu: 9 il həbs ...

    9-07-2018, 12:21

  • 
  • Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

    Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə ...

    18-11-2013, 12:42

  • 
  • Məmurun qardaşına qarşı 610 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalında həbs olunub

    Məmurun qardaşına qarşı 610 min manatlıq ...

    19-02-2019, 16:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu