GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Paytaxtda gecə fəlakəti: problem aşkar, səbəb qaranlıqda, nəticə məchul - NƏ BAŞ VERİR?

Paytaxtda gecə fəlakəti: problem aşkar, səbəb qaranlıqda, nəticə məchul - NƏ BAŞ VERİR?

Tarix: 5-04-2022, 11:43 Bölmə :Cəmiyyət Baxış: 261


Aprelin 3-də Səbail rayonu ərazisində yerləşən gecə klubunda baş vermiş partlayış zamanı bir nəfər vəfat edib, 37 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb ki, onların da bəzilərinin vəziyyətinin kiritik olduğu bildirilir.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin hadisə barədə yaydığı birgə məlumata görə, xəsarət alanlardan 16 nəfəri xəstəxanalara yerləşdirilib: “Onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir. Reanimasiya şöbəsində müalicə alan yeddi nəfərdən üçünün vəziyyəti kritikdir. Stasionarda müalicə alan digər beş nəfərin vəziyyəti stabil ağır, dördünün vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.
Hadisənin baş vermə səbəbi kimi, ilkin ehtimala görə, propan qaz balonunun partlaması göstərilir. Bəs, təhlükəsizlik qaydalarının pozulması, eyni zamanda obyektə nəzarətin hansı qurum tərəfindən həyata keçirilməlidir? Hansı tənzimləmə mexanizmləri olmalıdır? Dia.az-ın məlumatına görə, təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev AYNA-ya açıqlamasında deyib ki, çoxmərtəbəli binaların zirzəmilərində fəaliyyət göstərən obyektlərdə, ictimai-iaşə müəssisələrində, insanların sıx cəmləşdiyi məkanlarda qaz təchizatında propan qaz balonlarından istifadə qanunla qadağandır: “Buna səbəb insanların həyat və sağlamlığını təhlükəyə atmaqdan qorumaqdır. Bu cür obyektlərdə propan qaz balonlarının istifadəsi olduqca təhlükəlidir. Qaz balonlarının partlamasının çox böyük dağıdıcı gücə malik olmasını nəzərə almaq lazımdır. Bu cür balonlardan əgər qaz sızması olarsa, 10-15 kvadratlıq otaqda olan hava kütləsinin 2-3 faizi (maye qazda bu, 4-5 faizdir) bəs edər ki, güclü partlayış olsun. Bu da propan qaz balonlarının istifadəsinin nə dərəcədə təhlükəli olduğunu göstərir”.
“İctimai-iaşə müəssisələrində, binaların birinci mərtəbələrində, zirzəmidə fəaliyyət göstərən yerlərdə qaz təchizatı olmur və propan balonların da istifadəsinə icazə verilmir. Təhlükəsiz alternativlər isə məkanı seçəndə nəzərə alınmalıdır. Bununla bağlı geniş konsepsiyaya ehtiyac var. Çünki belə məkanlar bir deyil, beş deyil. Yaxşı olar ki, onlar üçün xüsusi alternativlər təqdim edilsin. O cür xidmətləri satmaq istəyən şirkətlərə doğru yerlər göstərilsin”, - deyə həmsöhbətimiz bildirib.
Mütəxəssisin sözlərinə görə, insanların daha çox cəmləşdiyi məkanlar seçilərkən onlarla, yüzlərlə insanın bir yerdə toplaşacağını, hansısa bədbəxt hadisə zamanı daha çox insanın xəsarət alma ehtimalını nəzərə almaq və buna görə təhlükəsizlik tədbirləri önə çəkilməklə çox ciddi nəzarət mexanizmi yaradılmalıdır: “Nəzərə almaq lazımdır ki, insanların rahat və təhlükəsiz istirahət etməsi üçün ictimai-iaşə obyektlərinin xidmətlərindən yararlanmaq hüquqları var. Ona görə bu məkanlarda təhlükəsizlik tədbirlərinə çox ciddi yanaşılmalıdır. Bu gün Bakıda yerləşən həm yeni, həm köhnə tikili binaların əksəriyyətinin zirzəmisində kafe, çay evləri, dönərxana və s. Kimi ictimai-iaşə müəssisələri fəaliyyət göstərir. Demək olar ki, əksəriyyətində də propan qaz balonlarından istifadə olunur. Bu, nə qədər ki davam edəcək, təhlükə riski də o qədər davam edəcək deməkdir”.
“Buna görə də bu məsələ ilə bağlı geniş konsepsiya hazırlanmalıdır. Bu konsepsiya çərçivəsində bütün obyektlərin – istər ictimai-iaşə müəssisələri, istərsə də insanların daha çox cəmləşdiyi digər məkanların spesifikasına uyğun olaraq təhlükəsizlik konsepsiyası olmalıdır. Həmin konsepsiyada təhlükə riskləri öz əksini tapmalıdır. Önləyici tədbirlər planı hazırlanmalı, bütün bunlar bir-biri ilə əlaqəli, koordinasiyalı olmalıdır ki, bədbəxt hadisələrin baş vermə riski minimuma ensin və ya hadisə baş verərsə də insanlar daha az zərərlə qurtulsunlar”, - deyə Nurəliyev vurğulayıb.
Əlavə edib ki, insanlarda təhlükəsizlik qaydalarına yanaşma dəyişməli, təhlükəsizlik mədəniyyəti formalaşmalıdır: “İcarədarlar, sahibkarlar insanların həyat və sağlamlığını təhlükəyə atmamalı, iş yerlərində təhlükəsiz əmək şəraiti yaratmalıdırlar. Orada çalışan insanların həyat və sağlamlığı üçün təhlükə riskinin olmasına yol verməməlidirlər. Əgər belə bir təhlükə varsa, bu problemlərin həllindən sonra fəaliyyətlərini davam etdirməlidirlər. Onlarla, yüzlərlə insanın bu cür yerlərin xidmətindən yararlandığını nəzərə almalıdırlar”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri, “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədov da AYNA-ya şərhində söyləyib ki, çoxmərtəbəli binaların zirzəmilərində fəaliyyət göstərən obyektlərə partlayış təhlükəsinə görə qaz xəttinin çəkilməsi ilə bağlı texniki şərt verilmir: “Həmin yerlərdə həmçinin qaz balonlarından istifadə də qadağandır. Bununla bağlı nəzarət orqanının mütəmadi nəzarət həyata keçirmək ixtiyarı var. Qaz təhlükəsizliyi ilə bağlı nəzarət orqanlarının sahibkarlıq subyektlərində yoxlama aparmasına məhdudiyyət qoyulmayıb”.
“Ona görə də əgər həmin obyektdə qaz balonundan istifadə olunubsa, deməli, orada təhlkəsizlik qaydaları kobud şəkildə pozulub. Bunun nəticəsində istehsalatda bədbəxt hadisə baş verib, insan tələfatı olub. Eyni zamanda müxtəlif şəxslərin əmlakına ziyan dəyib. Bununla bağlı da cinayət işi başlanıb”, - deyə ekspert qeyd edib.

Məmmədovun dediyinə görə, çoxbərtəbəli binanın aşağı mərtəbəsi qeyri-yaşayış sahəsidirsə, texniki şərt ümumiyyətlə, verilə bilməz: “Bununla bağlı nəzarəti Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırmanın nəticəsindən sonra obyektdə əvvəlcədən yoxlama aparılıb-aparılmadığı məlum olacaq. Texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində ağır hadisə baş verib. Obyektin sahibindən başqa kimlərin günahkar olduğunu təhqiqat müəyyən edəcək. Hazırda kimisə günahlandırmaq düzgün olmaz”.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata əsasən, hazırda proses araşdırılır və yekunda detallı məlumat veriləcək: “Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə məlumat daxil olub. Dərhal ərziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilməyərək qısa müddətdə söndürülüb. Proses araşdırılıb, detallı məlumat veriləcək. Nazir Kəmaləddin Heydərov partlayışın səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib”.
Onu da diqqətə çatdıraq ki, nə FHN-in, nə də “Azəriqaz”ın mətbuat xidmətlərindən bundan əlavə məlumat əldə edə bildik. Heç bir qurumdan zənglərimizə cavab verən olmadı.


GundemXeber.Az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı-Sumqayıt yolunda ölən tələbələrin sayı 5-ə çatdı: 20 yaralı var

    Bakı-Sumqayıt yolunda ölən tələbələrin sayı 5-ə ...

    9-03-2017, 15:24

  • 
  • Salyanda partlayış zamanı xəsarət alanların son durumu açıqlanıb

    Salyanda partlayış zamanı xəsarət alanların son ...

    7-02-2022, 14:06

  • 
  • Mikroavtobus aşıb, 18 nəfər yaralanıb

    Mikroavtobus aşıb, 18 nəfər yaralanıb ...

    26-11-2015, 18:52

  • 
  • Londonda terror aktında xəsarət alanlardan 21-nin vəziyyəti ağırdır

    Londonda terror aktında xəsarət alanlardan 21-nin ...

    4-06-2017, 20:44

  • 
  • Bakıda ağır qəza: 11 nəfər xəsarət alıb

    Bakıda ağır qəza: 11 nəfər xəsarət alıb ...

    7-10-2019, 10:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu