Gundemxeber.az » Ölkə » Cəmiyyət » Zəvvarların NƏZƏRİNƏ: Həcc ziyarəti ilə bağlı mühüm qərar verildi
Səudiyyə Ərəbistanı il ərzində bir milyonadək insana həcc ziyarətini gerçəkləşdirmək imkanı yaradıb. Bu siyahıya həm krallığın sakinləri, həm də əcnəbilər daxildir.
Bu barədə “Saudi Press Agency” Həcc və Ümrə Məsələləri Nazirliyinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, 65 yaşdan aşağı, tam peyvənd olunmuş şəxslər Məkkəni ziyarət edə bilərlər. Ziyarətçilər həmçinin Səudiyyə Ərəbistanına gələrkən PCR testinin mənfi nəticəsini də təqdim etməlidirlər.
Krallıq bu il fevralın 3-də 2022-ci ildə həcc ziyarətinə icazə vermək niyyətini açıqlamışdı. Həccə hazırlıq həm krallıqda, həm ziyarətçilərin ölkələrində epidemioloji situasiyaya uyğun olaraq müəyyənləşdirilib.
Gundemxeber.az
17-06-2013, 12:06
20-08-2018, 08:19
11-01-2016, 13:59
14-07-2013, 14:07
29-05-2016, 15:08
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?