GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycana düşmən mövqedə dayanan agentliyin Əli Həsənovla nə əlaqəsi var? - İLGİNC İDDİA

Azərbaycana düşmən mövqedə dayanan agentliyin Əli Həsənovla nə əlaqəsi var? - İLGİNC İDDİA

Tarix: 18-04-2022, 21:05 Bölmə :Cəmiyyət Baxış: 271


Bu yaxınlarda “Sputnik” Agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbərliyində kadr dəyişikliyi baş verib. “Sputnik” rəhbərliyinin qərarına əsasən bundan öncə Agentliyin Bakı bürosuna başçılıq edən Əziz Əliyevin yerinə Rusiya Xüsusi Xidmət Orqanlarının nümayəndəsi Vitali Denisov gətirilib.

Gundemxeber.az-ın “Haqqin.az”a istinadən əldə etdiyi məlumata görə, Rusiya Xüsusi Xidmət Orqanlarının polkovniki Vitali Denisovun jurnalistikayla heç bir əlaqəsi yoxdur. Onun daha öncə Cənubi Osetiyada Rusiyanın strateji tapşırıqlarını icra etdiyi bildirilir.
Denisov Agentliyin rəhbəri olduğu ilk gündən Ermənistan və Qarabağdakı vəziyyətlə bağlı tənqidi materialların dərc olunmasını qadağan etməklə, azərbaycanlı jurnalistlərin yaradıcılıq imkanlarını məhdudlaşdırıb.
Məlumata görə, Denisov prioritet mövzular üzrə redaksiyanın gələcək fəaliyyəti ilə bağlı jurnalistlərə xüsusi tapşırıqlar da verib. Belə ki, ölkədə baş verən problemli mövzuları işıqlandırmağı, sosial narazılıqları qabartmağı, əhalinin xərclərinin artmasını, hökumətin iqtisadi, sosial problemləri həll edə bilməməsi kimi mövzuları önə çıxarmaq tapşırıb.
Denisovun müəyyən etdiyi bu konsepsiya “Sputnik”in Qazaxıstanda Nursultan Nazarbayevi devirməyə xidmət edən redaksiya siyasətini xatırladır.
Sayt yazır ki, “Sputnik”in Azərbaycanda fəaliyyətinə gəlincə, burada Prezidentin keçmiş köməkçisi Əli Həsənovun müstəsna xidmətlərini qeyd etmək lazımdır. Həmin vaxt Əli Həsənov Rusiya hakimiyyətinin və xüsusi xidmət orqanlarının tanınmış nümayəndələri ilə görüşərək, Marqarita Simonyanın yaxın dostu, erməni millətinin nümayəndəsi Əziz Əliyevi redaksiyanın rəhbərliyinə yerləşdiiblər.
“Bu redaksiya bir çox hallarda ermənilərə xidmət göstərərək, Əliyev hakimiyyətinə qarşı çıxışlar ediblər. Hazırda “Rossiya Seqodnya”, “Sputnik” kimi Agentliklər xarici kəşfiyyat orqanlarının əlində kifayət qədər təhlükəli silaha çevriliblər” - deyə, “haqqin.az” qeyd edib.
Qeyd edək ki, "Sputnik" agentliyinin Azərbaycandakı fəaliyyəti ölkənin maraqlarını düşünən hər kəsi narahat edir.
Deputat Vahid Əhmədov da Rusiyanın "Sputnik" agentliyinin Azərbaycandakı fəaliyyətini dayandırılmasının zəruri olduğunu bildirib: "Ukraynada baş verənlərdən və Marqarita Simonyanın bir müddət öncə Moskvada Azərbaycanın ali rəhbərliyinə qarşı aşkar tərbiyəsizlik sərgiləməsindən sonra onun rəhbərlik etdiyi agentliyin kitabının bağlanmaması bir yana, fəaliyyətinə yeni nəfəs verilməsinə ad tapa bilmirəm".
"Vaxtilə bu agentliyin əməkdaşı mənə müraciət edib açıqlama istəyəndə sərt şəkildə bildirmişdim ki, missiyası sonadək bəlli olmayan və Marqarita Simonyan kimi bir Azərbaycan düşməninin rəhbəri olduğu agentliyə mən heç zaman danışmaram. Zaman mənim haqlı olduğumu göstərdi və hesab edirəm ki, belə bir təxribatçı adamın rəhbərlik etdiyi media resursunu hamı iqnor etməlidir. Üstəlik, Ukraynada baş verənlər və M. Simonyanın bu məsələlərdə tutduğu faşist mövqe, bu azmış kimi Moskvada səfərdə olan prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qarşı aşkar hörmətsizlik, hətta deyərdim ki, tərbiyəsizlik etməsindən sonra gözləmək olardı ki, belə bir təxribatçı agentlik gəldiyi yerə qədər qovulacaq. Amma biz bunun əksini görürük",- millət vəkili vurğulayıb.

V. Əhmədovun sözlərinə görə, əvvəllər ölkənin media siyasətinə rəhbərlik edənlərin qatı Moskvapərəst olduqları kimsəyə sirr deyildi və onlar bu cür işləri can başla görürdülər: "Amma indi çox şükürlər ki, media siyasətinə Azərbaycanı içdən sevən və onun təhlükəsizliyinə göz bəbəyi kimi baxan şəxslər rəhbərlik edir. Elə isə, Marqarita Simonyana niyə qapını göstərmirik? Heç nədən çəkinmək lazım deyil. Bu heç də Azərbaycanda rus dilinə və Rusiyaya qarşı hansısa ukraynapərəsət addım kimi qiymətləndirilə bilməz. M. Simonyanın qəbuledilməz hərəkətləri ortada və Azərbaycanda hamının nifrət etdiyi bir adamın rəhbəri olduğu agentliyə yer omamalıdır".


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan MTN-i azərbaycanlı casusla bağlı məlumat yaydı

    Ermənistan MTN-i azərbaycanlı casusla bağlı ...

    25-06-2013, 13:22

  • 
  • Rusiya agentliyində çalışan azərbaycanlı jurnalist Xocalının anım günündə işdən çıxarıldı — Anti-erməni MÖVQEYİNƏ GÖRƏ

    Rusiya agentliyində çalışan azərbaycanlı ...

    26-02-2019, 16:55

  • 
  • “Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 4 il ötür

    “Report” İnformasiya Agentliyinin fəaliyyətə ...

    27-10-2018, 13:06

  • 
  • Rusiyanın işğal siyasəti və MANATIN AQİBƏTİ... - Narahat olaqmı?

    Rusiyanın işğal siyasəti və MANATIN AQİBƏTİ... - ...

    2-03-2022, 09:58

  • 
  • Azərbaycana qarşı TƏXRİBAT

    Azərbaycana qarşı TƏXRİBAT ...

    2-09-2014, 15:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu