Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakı metrosunda sərnişinlər təxliyə ediliblər
“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov-İçərişəhər” xəttində hərəkət edən qatarın sonuncu vaqonunda pis qoxu olması səbəbindən sərnişinlər təxliyə ediliblər.
Bunu Oxu.Az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
“Qatara baxış keçirilib, hər hansı texniki problem aşkar olunmayıb. Lakin vaqonda spesifik qoxu olub. Baxış keçirilib və məlum olub ki, nasazlıq yoxdur. Bəzən dəmir-dəmirə sürtünəndə belə qoxular ola bilir. Sadəcə olaraq qoxu qaldığından, sərnişinlərin rahatlığı üçün qatar boşaldılıb və depoya yola salınıb. Xəttə yeni qatar verilib. Qoxunun aradan qalxması üçün qatarda havalandırma olacaq və qoxu çəkildikdən sonra həmin qatar da işini davam etdirəcək”, - B. Məmmədov qeyd edib.
Gundemxeber.az
18-06-2019, 09:48
16-07-2014, 18:54
12-07-2019, 10:38
5-05-2016, 11:59
21-08-2018, 13:27
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?