GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qərbin Rusiyaya qarşı sanksiyaları Azərbaycana da təsir edə bilər

Qərbin Rusiyaya qarşı sanksiyaları Azərbaycana da təsir edə bilər

Tarix: 21-04-2022, 10:20 Bölmə :Cəmiyyət Baxış: 208

Rusiyaya qarşı beynəlxalq sanksiyalar son günlər daha çox müzakirə edilən məsələlərdəndir. Ekspertlər hesab edir ki, iqtisadi sanksiyalar digər dövlətlərə də təsirsiz ötüşməyəcək. Rusiyaya qarşı Qərbin sanksiyaları Azərbaycan üçün hansı problemlər yarada bilər?

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində daha çox bank sektoruna problemlərin yarana biləcəyini deyib.

İqtisadçı Natiq Cəfərli
İqtisadçı Natiq Cəfərli

Hazırda London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin elmi işçisi, iqtisadçı ekspert Qubad İbadoğlu Amerikanın Səsinə bildirib ki, ARDNF-nin Rusiyada sərmayələri 903 milyon ABŞ dollarını ötüb.

"Bu sərmayələr hazırda risk altındadır, son nəticədə ADRNF-də məzənnə itkilərini, bir sözlə büdcədənkənar xərclərin artımına gətirib çıxaracaq ki, bu da onun valyuta vəsaitlərinin idarəedilməsindən gəlirlərini artıracaq. Odur ki, ARDNF və digər dövlət qurumları Rusiyada iqtisadi fəlakət başlamamış Azərbaycana məxsus aktivləri satışa çıxarmalı və sərmayələrini geri çəkməlidir. Məlumat üçün qeyd edim ki, son günlər 1 dolların rəsmi kursunu 110 rubl müəyyənləşdirilsə də bu son hədd deyil, rublun ucuzlaşması davam edəcək. Dövlət Neft Fondundan sonra nəzərə alsaq ki, Azərbaycanın idxalda əsas tərəfdaşı Rusiyadır, onda ən çox təsirlər bu ölkə ilə ticarət əlaqələrinə olacaq. Bu təsir ikitərəfli olacaq. Belə ki, idxal edilən bir sıra məhsulların digər ölkələrdən gətirilən anoloji mallarla müqayisədə Rusiya bazarında rublun dəyərsizləşməsinə görə daha da ucuzlaşacağı gözlənilir. Bu isə daxili bazarda rus mallarının daha ucuz şəkildə təklif olunması ehtimalını artırır və Rusiyadan Azərbayacan idxalı stimullaşdırır. Azərbaycandan Rusiyaya mal ixrac edənlər isə rublun manata nisbətdə kəskin ucuzlaşmasına görə məzənnə fərqindən itkilərlə üzləşəcəklər ki, bu da xüsusilə də qeyri-neft sektorunda, əsasən kənd təsərrüfatında istehsalçıların və ixracatçıların gəlirlərinin azalmasını şərtləndirəcək."

Qubad İbadoğlu
Qubad İbadoğlu

"Lakin, nəzərə alaq ki, Rusiya bazarında satılan malın 95 faizindən çoxu qeyri-neft məhsulları olub. Bu isə o deməkdir ki, bu il ərzində qeyri-neft sektorunun ənənəvi bazarı olan Rusiya ilə bank hesablaşmalarında problemlər, rublun dəyərdən düşməsi ixracatçılar üçün ciddi çətinliklər yarada bilər. Rusiyadakı mövcud və perspektiv vəziyyətin təsirləndirdiyi sahələrdən biri də orda yaşayan Azərbaycanlıların ölkəyə göndərdikləri pul baratları və köçürmələri olacaq. Veilən məlumatlara görə, Rusiyada 2,5 milyona qədər soydaşımız yaşayır. Azərbaycanlı əmək miqrantları ölkənin əksər rayonlarında ev təsərrüfatlarının gəlirlərinin formalaşdırılmasının əsas iştirakçılardır. Rusiyanın əmək bazarında gərginliyin yaranması, bu və rublun ucuzlaşması səbəbindən gəlirlərin azalması və dəyərsizləşməsi Azərbaycana köçürmələrin də azalmasına gətirib çıxaracaq. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2021-ci ildə xarici ölkələrdən fiziki şəxslərin göndərdiyi pul baratlarının həcmi 1 milyard 133 milyon dollara çatıb. Məlumata görə, bu, 2020-ci ilə nisbətən 3,6 faiz çoxdur. 2021-ci ilin 9 ayının nəticələrinə görə, köçürmələrin 60 faizə yaxını Rusiyada yaşayan miqrantların payına düşüb. Bu isə o deməkdir ki, ötən il Rusiyadan miqrantların bank vasitəsilə köçürmələri 680 milyon dollara qədər olub. Bu il ərzində bu köçürmədə kəskin azalma gözlənilir. Bundan başqa Rusiyadakı vəziyyət bütövlükdə bölgə ölkələri ilə ticarət əlaqələrinə, investisiya əməkdaşlığına və daşımalara da təsir göstərəcək ki, bu da dolayı yolla Azərbaycan iqtisadiyyatını da təsirləndirəcək," ekspert bildirib.

Azərbaycan Milli Məclisin deputatı Rasim Musabəyov Rusiyaya qarşı sanksiyaların bölgəyə və Rusiya ilə həmsərhəd olan ölkələrə təsirlərini göstərəcəyini qeyd edir.

Rasim Musabəyov
Rasim Musabəyov

"Mənfi təsirlərlə yanaşı, müəyyən imkanlar da yaranır. Mənfi təsir ondan ibarətdir ki, bizim Rusiya ilə dövriyyəmiz Rusiyanın xeyrinə idi. Biz təxminən 600 milyon dollarlıq mal ixrac edirdik Rusiya bazarına, idxalımız təxminən 2 milyarda yaxın idi. İndiki halda bu kəsiri əvvəllər biz valyuta ehtiyatlarımzdan istifadə edirdik. İndi hansı şəkildə onu bağlayacağıq. İndi biz Rusiya bazarından olduqca vacib qida məhsulları alıırdıq. Nə dərəcədə onları idxal etmək mümkün olacaq, çətindir bu suala cavab vermək. Rusiyanın sanskiya altında qalması bank əməliyyatlarını xeyli məhdudlaşdıracaq. Rusiyada iqtisadi cəhətdən geriləmələr olduğu halda ailələrə pul göndərmək çətinləşəcək. Ancaq imkanlar da var. O imkanlar ondan ibarətdir ki, Rusiyadan keçən komunikassiyalar məhdudlaşdırılıb. Baltik ölkələrindən Polşa ümumiyyətlə bütün sərhədi Rusiya üçün bağlamaq niyyətindədir. Ukraynaın da müharibəyə görə sərhədi bağlıdır. Belə olan halda əvvəllər Rusiya ərazisindən və Ukrayna, Belarusdan keçərək Çin, Mərkəzi Asiya ölkələri Avropa ilə ticarəti həyata keçirirdisə, indi bu bütün demək olar ki, dövriyyə daha çox Azərbaycanın Bakı-Tbilisi-Kars və bizim indi işlədiyimiz Zəngəzur koridorundan keçərək Türkiyə ilə həyata keçiriləcək. Bizim nəqliyyat əhəmiyyətimiz xeyli artacaq. Azərbaycanın həm Cənub-Qaz dəhlizi, həm Bakı-Tbilisi-Ceyhan neft kəməri də bu məsələlərdə yüklənəcək. Qazax neftinin hesablanır ki, böyük bir hissəsi Novorossiyskidən yox Azərbaycan vasitəsilə bazarlara çıxarılacaq, böyük ehtimalla bizim kəmərlərin ötürmə qabiliyyətini xeyli artırmaq nəzərdə tutulub. Bunlar da həyata keçiriləcək," o bildirib./amerikaninsesi.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyaya qarşı sanksiyalar uzadılacaq

    Rusiyaya qarşı sanksiyalar uzadılacaq ...

    27-05-2016, 00:59

  • 
  • Qərbin zərbəsi: Rusiya necə çökdürülür...

    Qərbin zərbəsi: Rusiya necə çökdürülür... ...

    2-07-2017, 11:54

  • 
  • ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

    ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib ...

    27-01-2018, 12:45

  • 
  • ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

    ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib ...

    26-01-2018, 21:55

  • 
  • Yaponiyadan da Rusiyaya qadağalar

    Yaponiyadan da Rusiyaya qadağalar ...

    29-04-2014, 10:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu