Gundemxeber.az » Ölkə » Cəmiyyət » Güneyli siyasi məhbus Abbas Lisani Təbrizdə təkrar müalicə olunub
Sağlamlıq durumunun pisləşməsi ardından məzuniyyətə buraxılan güneyli siyasi məhbus Abbas Lisani Təbriz şəhərində müalicə olunub. Gələcək həftələr içində onun təkrar əməliyyat olunacağı bildirilir.
Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçiləri tərəfindən yayılan məlumata görə, Abbas Lisaninin aprelin 25-də ikinci dəfə olaraq Təbrizin Vəliəsr xəstəxanasında bel diski müalicə olunub.
Lisaninin həkimi fizioterapiya və lazer terapiyasından sonra onun bir ay içində lazer əməliyyatı keçirməli olduğunu açıqlayıb.
2019-cu ilin yanvar ayından bəri Ərdəbil həbsxanasında həbs cəzasını çəkməkdə olan Abbas Lisani sağlamlığı ilə bağlı çəkdiyi əziyyətlər üzündən 13 fevral tarixində tibbi ekspertiza komissiyasının qərarı ilə müalicə olunmaq üçün 6 aylıq məzuniyyətə buraxılıb. Milli fəalın müalicə prosesi Təbriz şəhərində keçirilir.
Abbas Lisani məzuniyyətə buraxılandan sonra ilk dəfə aprel ayının 9-da Təbrizin Vəliəsr xəstəxanasında onun bel diski əməliyyat olunub.
Lisani həbsxanada olduğu müddətdə ona qarşı təzyiqlərə etiraz və digər siyasi məhbuslara dəstək olaraq, eləcə də İranda yaşayan türklərin məhrum olduğu hüquqların müdafiəsi ilə üç dəfə aclıq aksiyası keçirib.
O, Ərdəbil həbsxanasında ikən onurğa və diz bölgəsindən çəkdiyi əziyyətlər və həmçinin ürək-damar çatışmazlığı və yüksək qan təzyiqi kimi xəstəliklərdən dolayı dəfələrlə həbsxananın tibbi mərkəzində və həmçinin həbsxananın xaricində olan xəstəxanalarda müalicə olunub.
İran Azərbaycanının Ərdəbil şəhərindən olan milli fəal Abbas Lisani 2019-cu ilin iyulunda Ərdəbil İnqilab Məhkəməsi tərəfindən “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qanunsuz qrup yaratmaq” ittihamı ilə suçlanıb, 8 il həbs və Yəzd şəhərinə 2 il sürgün cəzasına məhkum edilmişdi. Lisaninin bu hökmə etdiyi etirazdan sonra Apellyasiya Məhkəməsi onun cəzasını 15 il həbs və 2 il sürgün cəzası olaraq artırdı, daha sonra isə İran Ali Məhkəməsi bu hökmü qüvvədə saxladı
7-01-2019, 14:08
30-03-2020, 13:58
6-07-2020, 17:20
22-10-2019, 10:55
8-01-2019, 21:03
Sorğu
Yeni dizaynımız necədir?