2019-cu ilin yanvar ayından bəri Ərdəbil həbsxanasında saxlanılan tanınmış siyasi fəal Abbas Lisani həbsxana idarəsinə məktub ünvanlayaraq koronavirus təhlükəsi ilə bağlı xəbərdarlıq verib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Lisani həbsxana idarəsini məhbusların məzuniyyət tələbini yerinə yetirməyə çağırıb.
“Abbas Lisani şənbə günü Ərdəbil həbsxanasının məsullarına müraciət edib. O, həbsxana idarəsinə ünvanladığı məktubda xüsusilə həbsdə olan türk fəalların məzuniyyət ərizəsinin dərhal qəbul edilməsini tələb edib,” HRA agentliyinin saytında dərc edilib.
Türk fəal həbsxana idarəsinin məhbusların həyatından məsul olduğunu vurğulayıb.
O, yazıb ki, “məsullar sürətli və məntiqi şəkildə insani bir qərar verib, həbsdə olan milli və mədəni fəallar, həmçinin ağır cinayətlərdə ittiham olunmayan məhbusları məzuniyyətə göndərməlidirlər. Bu məhbusların həbsxananın təhlükəli və zərərli mühitində virusa yoluxmasını önləməlidirlər. Yoxsa, mənim və digər məhbusların həyatının təhlükəyə düşməsi təqdirdə həbsxana idarəsi bundan məsul tutulacaq.”
Keçən günlərdə Təbriz həbsxanası daxil olmaqla İranın müxtəlif həbsxanalarda ölümcül koronavirus pandemiyası səbəbilə üsyanlar baş verib.
Sorğu
Yeni dizaynımız necədir?