GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Mövlam Şıxəliyev sahibkarlardan alınan pulları Çində, Dubayda fabriklərə yatırıb - Generalın məhkəməsində sensasion ifadə

Mövlam Şıxəliyev sahibkarlardan alınan pulları Çində, Dubayda fabriklərə yatırıb - Generalın məhkəməsində sensasion ifadə

Tarix: 27-04-2022, 13:53 Bölmə :Cəmiyyət Baxış: 226


2 həftəlik fasilədən sonra Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sonuncu prosesdə iş üzrə zərərçəkən Elvar Əliyev sərbəst ifadə verib.

Deyib ki, Çingiz Ağayevin və şəriki Yaşar Cabbarovun sifarişi ilə 2013-cü ilin oktyabrında həbs edilib: “Barəmdə cinayət işi həmin ilin avqustunda başlanıb. Mənim və digər 5 nəfərin barəsində tam qanunsuz olaraq Cinayət Məcəlləsinin dəstə şəklində qaçaqmalçılıq - 206.3.2-ci maddəsi ilə cinayət işi başlamışdı. İttiham absurd idi - deyirdilər ki, guya 1 konteyner malı qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmişik. Halbuki həmin konteyner ”İpək yolu" terminalının ərazisində olub. Həmin malın konkret olaraq mənə hər hansı bir formada aidiyyəti olmayıb. Bu gün Çingiz Ağayev, onun şəriki Yaşar Cabbarov da Mövlam Şıxəliyevin yanında oturmalıdırlar. Hər 2 şəxs birbaşa Mövlam Şıxəliyevin dəstəyi altında idi, bütün “Sədərək” bazarına onların vasitəsilə nəzarət edirdi. Sahibkarları soyurdular. Həmin adamlar Mövlam Şıxəliyevin sifarişi əsasında və birbaşa köməyi ilə böyük və xırda cinayətlər törədiblər. Sahibkarları talayıb özləri həddən artıq varlanıblar. Bu cinayətlərin içində vergi cinayətləri də mövcuddur. Mövlam Şıxəliyev və şərikləri cinayət yolu ilə külli miqdarda pul vəsaitləri əldə edib qara yolla “Sədərək” bazarındakı valyuta alverçiləri ilə Dubaya, Çinə köçürürdülər. Çingiz Ağayev dəfələrlə mənə şəxsən bildirmişdi ki, baş vermiş hər bir cinayəti Mövlam Şıxəliyevin vasitəsi ilə yoluna qoymaq imkanındadır. Mən, Çingiz və Yaşarla birgə işlədiyim dövrdə bütün pul söhbətləri Bakıxanov qəsəbəsində yerləşən Mövlam Şıxəliyevə məxsus “Lava” İstirahət Mərkəzində olurdu. Sual oluna bilər ki, həmin “Lava” İstirahət Mərkəzinin Mövlam Şıxəliyevə məxsus olmasını haradan bilirəm? “Lava” o zamanlar tikilib başa çatdırılsa da, faktiki olaraq istirahət mərkəzi kimi istifadə edilmirdi. 3-cü mərtəbəsini ofisə çevirmişdilər. Orada olduğumuz günlərdən birində “Lava”nın kimin adına rəsmiləşdirilməsi söhbəti oldu. O zaman Çingiz Ağayev dedi ki, obyekti anası Dilarə Ağayevanın adına rəsmiləşdirsinlər.

Dedi ki, onsuz da Mövlam Şıxəliyevin İnqilab küçəsindəki obyektləri də anam Dilarə Ağayevanın adınadır. Bundan sonra Yaşar Cabbarov Mövlam Şıxəliyevlə əlaqə saxladı. O da qərar verdi ki, “Lava” Yaşarın qardaşı Vüqar Cabbarovun adına rəsmiləşdirilsin. Bundan sonra obyekt Yaşar Cabbarovun qardaşı Vüqar Cabbarovun adına rəsmiləşdirildi. Mənim Çingizlə əmək haqqı söhbətim də “Lava”da olub. Bir müddət sonra isə mənə 6 il ərzində sərf etdiyim əməyə görə 30 min manat pul təklif elədi. Bu, ayda 420 manat əmək haqqı idi. Mən isə 6 il ərzində Çingiz Ağayevin ən azı 60 milyon manatlıq malını gömrükdə qəbul edib irili-xırdalı ticarətçilərə paylanmasını və pulların yığılmasını təşkil etmişdim. Bunun qarşılığında məni bu şəkildə ələ salmasına etiraz etdim və ondan ayrıldım. Bilirdim ki, Çingiz Ağayevin MTN-dən Mövlam Şıxəliyevlə, Sübahir Qurbanovla çox ciddi və yaxın əlaqələri var. Çingiz Ağayevlə Yaşar Cabbarov Mövlam Şıxəliyevin pullarını Dubaya, Çinə köçürüb orada müxtəlif bizneslərə yatırırdılar. Bu işlərlə bağlı mənim əlimdə olan 12 milyon dollarlıq çekləri istintaqa da təqdim etmişəm.

Mövlam Şıxəliyevin pulları hesabına Çində “Arşa” markası ilə qazan və tava istehsal edən fabrik, bundan başqa, “Ronddel” markalı keramik qablar istehsal edən daha bir fabrik də açmışdılar. Bundan başqa Çində alışqan istehsal edən fabrik vardı. Alışqanı Dubayda, Moskvada və Azərbaycanda satdırırdılar. Məlumat üçün deyim ki, Çindəki fabrikdən Azərbaycana 1 konteyner ən ucuz alışqan daşıma, gömrük xərcləri daxil 1 milyon 440 min manata satılırdı. Bu pulun da yarısı xalis gəlir idi. Belə alışqan dolu konteynerlər Azərbaycana yüzlərlə gəlib.

Dubayda alışqanların satışından 1 il ərzində 17 milyon dollar pul gəlmişdi. Moskvada isə alışqan biznesi qat-qat artıq gəlir gətirirdi. Ən kobud hesablamalarıma görə, ildə təkcə alışqan biznesindən 200 milyon dollar gəlir əldə edirdilər. Bu gün Azərbaycanda satılan telefon aksessuarları da bu adamların - faktiki olaraq Mövlam Şıxəliyevin nəzarətindədir. Bu biznes min faiz gəlir gətirir. Çingiz Ağayev mənim pulumu verməyib özümü də yenidən yanına fəhləliyə qaytarmağa çalışırdı. O zaman heç ağlıma da gətirməzdim ki, o, bu əlaqələrdən mənim həbsim üçün istifadə edə bilər. Çingiz Ağayev məni işə qaytarmaq üçün min oyundan çıxdı. Ona dedim ki, etdiyi haqsızlığın qarşısında geri qayıtmayacağam.

“Sədərək” bazarında Hacı Elman Əhmədov var, onun köməkliyi ilə orada mağaza açdım, qab-qacaq satmağa başladım. 2 aydan sonra Çingiz Ağayev Hacı Elmanı çağırıb ona demişdi ki, sən Elvana mal vermə, o, mənim pulumu yeyib. Hacı Elman da demişdi ki, sübut göstər, pulunu alıb verim. Çingiz Ağayev sübut göstərə bilmədi. O zaman Hacı Elmana demişdi ki, baxın, sizin başınıza nə oyun açıram.

Bu söhbətdən təxminən 3 ay sonra Hacı Elman mənə zəng elədi, dedi ki, bizi - Etibar Cəfərovu, Balaşirin Babayevi, Seyran Nəcəfovu, Natiq Məmmədovu Milli Təhlükəsizlik Nazirliyinə aparıbar, səni də bura çağırırlar. Mən 29 avqust 2013-cü ildə, gecə saat 1-in yarısı MTN-ə getdim.

Orada məni Elçin və Mehman adlı MTN-çilər qarşıladılar. Söyüb-təhqir edir, döyürdülər. Mənə “sən Çingizi elə-belə adam bilirsən” deyirdilər. Girişdəki qəbul otağında məni 2-ci mərtəbəyə qaldırdılar. Mən, Hacı Elman Əhmədov, Etibar Cəfərov, Balaşirin Babayev, Seyran Nəcəfov və Natiq Məmmədovu da orada gördüm. Onlar orada divanda oturmuşdular. Əməliyyatçı Elçin dedi ki, hamısı gəldi. Hacı Elman da dedi ki, xeyr, hamısı deyil. Bu işin sifarişçiləri Çingizlə Yaşarı da çağırın gəlsin, onlar qalıb. Hacı Elmanın bu sözlərindən Elçin bir anlıq çaşıb qaldı. Sonra məni oradakı otağa keçirdi. Adını sonradan öyrəndiyim Samir adlı əməliyyatçı da Elçinə qoşulub məni vəhşicəsinə döyməyə başladılar. Mənə deyirdilər ki, divanda oturan adamlar sənə görə buradadır. Sən yazmalısan ki, Çingiz Ağayevlə işləməkdə davam edəcəksən. Onu yazmırsansa, gərək qaçaqmal olan bir konteyner malın sənə aid olduğunu boynuna almalısan. Mən də dedim ki, buradan meyitim çıxacaq, amma sizin heç bir tələbinizi yerinə yetirməyəcəyəm. Məni 3-4 saat amansızcasına döydülər. Özümdən getdim. Səhərə yaxın özümə gəldim. Ürəyimdə kəskin ağrılar vardı. Düşündülər ki, vəziyyətim daha da ağırlaşacaq. Çünki ölümcül durumda idim. Səhər təxminən 8-in yarısı məni oradan buraxdılar. Dedilər ki, zəng edib çağıracaqlar. Məni həftənin 1-ci günü yenidən oraya çağırdılar. Lakin döyülməkdən qorxduğum üçün getmədim. Barəmdə qanunsuz olaraq ölkə üzrə axtarış vermişdilər. Məcbur olub 3 ay gizləndim. Həmin 3 ay ərzində Hacı Elman Əhmədov, Etibar Cəfərov, Balaşirin Babayev, Seyran Nəcəfov və Natiq Məmmədov həbsdə olublar. Sonra məni də həbs etdilər. MTN-ə aparan əməliyyatçılar maşında mənə işgəncə verirdilər. Məni müstəntiq Mahir Qasımovun qəbuluna apardılar. Çox kobud şəkildə əməliyyatçıları təhqir etdi, dedi ki, bu adam nə edib ki, siz onu bu şəkildə qəbula gətirmisiz. Məndən heç bir izahat almadan təcridxanaya göndərdi. 2 gün sonra məni Səbayel Rayon Məhkəməsinə apardılar. O, zaman məhkəmədə hakimə dedim ki, 2-ci qrup əliləm, məni qanunsuz tutublar. Siz də barəmdə həbs-qətimkan tədbiri seçsəniz, qanunsuz həbsimdə sizin də rolunuz olacaq. Mənim həbsim üçün vəsatətlə Mövlam Şıxəliyev çıxış edib, həmin vəsatətə əsasən baş prokurorun 1-ci müavini Rüstəm Usubov təqdimatla məhkəməyə göndərib.

Bu gün Rüstəm Usubov da Mövlam Şıxəliyevin yanında əyləşməlidir. Çünki Mövlam Şıxəliyevin qanunsuz həbsimə verdiyi vəsatəti təqdimat yazmaqla qanuni don geyindirilməsində Rüstəm Usubov birbaşa iştirak edib. 3 ay 10 gün qanunsuz olaraq, heç bir günahım olmadan MTN-in İstintaq Təcridxanasında saxlanılmışam. Orada saxlanıldığım günlərdə 1 dəfə də dindirilməmişdim, iştirakımla heç bir istintaq hərəkəti aparılmadı.

Bundan başqa, bilirdilər ki, 2-ci qrup əliləm. Dərmanlara ehtiyacım var. Mövlam Şıxəliyev tapşırmışdı ki, mənə dərmanları belə verməsinlər. Belə də edirdilər, xəstəliyim də kəskin şəkil almışdı. Hətta əlil olmaq təhlükəsi ilə üz-üzə idim. Dəfələrlə yazılı şəkildə məktubla müraciət edib dərmanlarımın verilməsini tələb edirdim. Mövlam Şıxəliyev müraciətlərimə cavab belə vermirdi. Mənim həyat və sağlamlığımla oynayırdılar. Dövlətin gücündən öz şəxsi maraqlarına uyğun olaraq, biznes şəriki Çingiz Ağayevin sifarişi ilə məni ömürlük şikəst etməkdən çəkinmirdilər. Həbsdə saxlanıldığım günlərdə Təhsin Ağayev Mövlam Şıxəliyevin kabinetinə apardı. Artıq ay yarım idi ki, həbsdə idim. Mövlam Şıxəliyevin kabinetinə girən kimi mənə “necəsən, ağıllandın” deyə sual etdi. Mən də “nə etmişəm ki, ağıllanım” cavabını verdim. Mövlam Şıxəliyev “yenidən işə qayıtmaq fikirin var, Çingizin yanına qayıdırsan” sualını verdi. “Heç vaxt” cavabını verdim. Mövlam Şıxəliyev də dedi ki, “sən vaxtilə Çingizlə çörək yemisən, həmin çörəkdə biz də varıq. Nalayiq ifadələr işlətdi, dedi ki, bəlkə nə vaxtsa, Çingizin yanına qayıtdın”. Ondan sonra da dedi ki, 500 min manat ödəyərsən, azad edərik. Orada müstəntiq Fuad Məmmədov vardı. O, insanlıq edib məni kabinetinə çağırıb, gizli şəkildə dərman verməsəydi, bu gün şikəst olacaqdım. Mövlam Şıxəliyev MTN-in İstintaq Təcridxanasını inkvizisiya zindanına çevirmişdi. Kimi istəyirdilərsə, ora aparıb nə qədər istəyirdilər saxlayıb döyüb-söyür, hətta öldürə də bilərdilər. 3 ay 10 günün tamamında məni müstəntiq Fuad Məmmədovun kabinetinə apardılar. Mən orada olanda Balaşirin Babayevi və Seyran Nəcəfovu da kabinetə gətirdilər. Fuad Məmmədov dedi ki, azad edilirsiz. Şənbə günü idi, bizi tez-tələsik MTN-dən buraxdılar. Qapıda Hacı Elman, Seyranın qardaşları bizi gözləyirdi. Çıxandan sonra bildim ki, mənim azad edilməyim üçün Hacı Elman Fuad Məmmədova 80 min manat verib. Bundan sonra barəmizdəki cinayət işini Qaradağ Rayon Məhkəməsinə göndərdilər. Məhkəmə barəmizdə cərimə cəzası çıxarıb azad etdi. Bizə MTN-çilər şərt qoydular ki, 1 maşın boş qutu tapıb gətirək. Bu onlara ona görə lazım idi ki, boş qutuları yandırsınlar, sənədləşmə aparsınlar ki, guya gətirdiyimiz mallar keyfiyyətsiz olub və yandırılaraq məhv edilib. Belə də etdilər.
Elvar Əliyev sərbəst ifadəsini bitirdikdən sonra dövlət ittihamçısı, hakim və zərərçəkənlər ona bir neçə dəqiqləşdirici sual verdi.
Zərərçəkən dedi ki, onun hər hansı bir cinayət əməli, barəsində cinayət işi olmayıb:
- Mənim həbsimi sırf Çingiz Ağayev Mövlam Şıxəliyevə sifariş edib. Məqsədləri də məni Çingiz Ağayevin yanına qaytaraıb onun işlərini davam etdirməyə məcbur etmək olub. Bu məqsədlə mənə işgəncələr verilib.
Bundan sonra təqsirləndirilən Mövlam Şıxəliyev Elvar Əliyevə kobud şəkildə müraciət etdi:
- Sən məni tanıyırsan? Kişiliyin olsun!
Bundan sonra proses təxirə salındı./“Yeni Müsavat”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR

    Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR ...

    10-07-2017, 16:45

  • 
  • Ziyad Səmədzadənin dilənçiyə çevirdiyi keçmiş milyonçunun səhhəti pisləşdi - İbrahim Zeynalov həkim nəzarəti altındadır

    Ziyad Səmədzadənin dilənçiyə çevirdiyi keçmiş ...

    8-04-2022, 12:54

  • 
  • General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - Jurnalistlər buraxılmayıb (Yenilənib)

    General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - ...

    11-10-2021, 11:22

  • 
  • Bu gün daha bir keçmiş MTN generalının məhkəməsi başlayır

    Bu gün daha bir keçmiş MTN generalının məhkəməsi ...

    11-10-2021, 10:37

  • 
  • “Məndən hədə-qorxu ilə alınan pulun yarısı kreditlə alınıb və bu günə qədər də həmin krediti ödəyirəm” - MTN İŞİ...

    “Məndən hədə-qorxu ilə alınan pulun yarısı ...

    19-11-2021, 11:19


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu