GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Azərbaycanda bu kəndin sakinləri 5-6 əsrdir ki ,susuzluqdan əziyyət çəkir"

"Azərbaycanda bu kəndin sakinləri 5-6 əsrdir ki ,susuzluqdan əziyyət çəkir"

Tarix: 27-04-2022, 15:51 Bölmə :Cəmiyyət Baxış: 349


İsmayıllı rayonunun Tircan kəndi qədim tarixə malik kəndlərdən biridir.


Tircan kəndinin XVII əsrdə salınması rəsmən bildirilsə də kəndin tarixi e.ə. I əsrə gedib çıxır.

Gözəl təbiəti olan Tircan kəndində müalicəvi əhəmiyyəti olan sular var. İsmayıllı rayonun mərkəzindən 23 km cənub- şərqdə Şamaxı-İsmayıllı avtomobil yolu kənarında, dağ ətəyində(mərkəzin hündürlüyü 893 m) hündürlükdə yerləşən bu qədim və füsunkar kənd turistlər üçün də cəlbedici zonadır.

Amma bütün bunlara baxmayaraq bu kənddə su çatışmazlığı onilliklərdir mövcuddur. Daha doğrusu əsrlərlə. Bunu İsmayıllının, bütün icra başçıları da bilib. Elə rayonun indiki icra başçısı da bunu çox gözəl bilir və kəndə gələrgən təsdiq də edib. Amma nə fayda….

Su həyatdır ,amma su problemi tircanlıların bu həyatanı uzun illərdir müşkilə salıb və salmaqda davam edir.

Bu kəndin ən aktual sosial problemlərindən biri sudur.

Əslində ,kəndin qədim tarixini nəzərə alsaq su problemi burada əsrlərdir var. Sovet dövrü Tircan qadınları suyu səhəng ilə kəndin bulaqlarından daşıyırdılar.

Amma indi o bulaqlar ya quruyub,ya da işə yaramır və artan yerli əhali (kənddə 1000-dən çox ev var hal-hazırda) su tələbatını daha da çətinliklə ödəyir.Yəni, su problem ildən-ildən ağırlaşır.

Əvvəllər əhali suyu kəndin yuxarıbaşında bulaqdan daşıyırdısa, 8 il əvvəl guya paylayıcı boru şəbəkəsi təşkil olunub və bulaqdan evlərə  guya su xətləri çəkilib. Amma relalıqda bu belə deyil, suyun yalnız adı var .

Çünki hamı eyni zamanda bu sudan istifadə etdikdə su hamıya gəlmir,şatmır, ya da təzyiq az olduğundan həddən artıq zəif gəlir ki, bu da suyun olmaması kimi bir şeydir. Buna görə kənd sakinləri məcburdurlar ki, bu mənbədən bir-birlərindən xahiş edib növbə ilə istifadə etsinlər.

Sakinlər məcbur olub hətta öz vəsaitləri hesabına dağın döşündən plastic borularla su çəksə də bu da məsələni həll etmir,çünki bu cür də su az qala damcı-damcı gəlir.

 

Bu səbəblərdən əhalisi 3 000-dən çox olan kəndin sakinləri məcburiyyət qarşısında qalıb çox vaxt içməli suyu marketlərdən və kəndə gələn su maşınlarından ödəniş etməklə alırlar.

İndi içməli suyu pulla aldıqlarını deyən şikayətçi sakinlər bildirir ki, bu maddi baxımdan onlara baha başa gəlir. Tircanlıların problemlə bağlı yerli icra nümayəndəsinə, bələdiyyəyə,icra hakimiyyətinə illərdir etdikləri çoxsaylı müraciətləri isə nəticəsiz qalır.Daha doğrusu illərlə sakinlərlə su əvəzinə söz verilib.

Əgər nəzərə alsaq ki, kənd əhalisi əsasən təsərrüfatla və heyvandarlıqla məşğuldur, suyun onlar üçün nə qədər vacib olması daha aydın olar.

Yayda suya təlabat artdığından kəndə su problemi lap dözülməz olur.

Yaşayış yerlərində əhalinin su tələbatının vəziyyəti ilə tanış olmaq üçün rayonun məsul şəxsləri əvvəlcə Tircan kəndinə olublar. Yerli icra hakimiyyəti, suvarma sistemləri idarəsi və bələdiyyənin nümayəndələri, həmçinin mövzu üzrə mütəxəssislər su təchizat sisteminin vəziyyəti ilə tanışdırlar. Bu video internetdə də var.

(https://www.youtube.com/watch?v=57HuQRZFOkw)

İsmayıllı icra hakimiyyətinin rəsmi saytında bildirilir ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında İsmayıllı rayonunda içməli su təchizatı, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə bir neçə kəndi ilə birlikdə Tircan kəndində subartezian quyularının qazılması sənəddə yer alır.

İcra Hakimiyyəti subartezian quyusunun qazılması üçün kəndin coğrafi relyefinin əlverişli olmamasını bəhanə edərək digər mənbələrin araşdırılmasının zəruriliyi qeyd edib.

Rəsmi məlumatda  ki, kəndin “Soltanlıq” adlı yüksəkliyində mövcud olan və Tircan əhalisinə yetişməyən bulaq sakinlərin ehtiyacını ödəyə biləcək qədər bol suya malikdir. Suyun bir hissəsinin kəndin anbarına yönləndirilməsi təklif olunub, bu məqsədlə mühəndis araşdırmalarının aparılacağı bildirilib.

Amma bütün bunlar söz olaraq qalıb. Prezidentin su təminatı ilə bağlı qərarı icra olunmayaraq qalıb.

Bəs bu qərarlar nə vaxt yerinə yetiriləcək, layihələr , icra başçısının dediyi mühəndis araşdırmaları, geoloji tədiqatlar nə vaxt aparlacaq? Ümumiyyətlə heç aparılıbmı və nəticəsi nədir?

Baxmayaraq ki, İsmayıllıya  su problemini həll etmək üçün icra hakimiyyətinə milyonlarla pul ayrılıb və necə icra başçısı dəyişib , problem dəyişməz olaraq qalıb. İsmayıllının yeni icra başçısı Nahid Bağırov da Tircanın su problemini həll etməyib.

İcra başçısının kəndə səfərindən və problemlə şəxsən şəxsən tanışlığından, tədbirlər görüləcəyi haqda danışmasından 2 il keçsə su problemi hələ də olunmayıb.

Qədim kəndin problemi qədim olaraq qalıb. Halbuki qonşu Kürdmaşı və digər kəndlərdə subartezian quyusu qazılıb, içməli su təminatı qismən həll olunub. Amma Tircanda hələ də yox…

Görəsən tircanlılar daha neçə əsr gözləməlidirlər ki, onların  da su problemi həll olunsun?!

Hər halda cəhd edib subartezian quyusu qazmaq olar.Məlumata görə  Meliorasiya və Su Təsərrüfatı ASC regiondan asılı olmayaraq bir quyunu 70 min manata qazır. "Azərsu” isə 31 min 500 manata. Şəxsi şirkətlər daha ucuz ,10-15 minə qaza bilər.Əgər bizim mütəxəssislər kəndi su ilə təmin edəcək münasib su mənbəyi tapmaqda çətinlik çəkirlərsə,onda  qardaş Türkiyədən mütəxəssis dəvət etmək olar.

Rayonu su ilə təmin etmək üçün dövlət büdcəsindən ayrılan, xərclənən milyonların cüzi hissəsİni ayırıb, bəlkə də Türkiyənin TRT kanalında yayımlanan məşhur “Su Savaşları” adlı proqramın(https://www.youtube.com/watch?v=fJy7yzNl8yI)“Su savaşları” sənədli filmində dünyanın müxtəlif yerlərində su problemi yaşayan insanlara su tapmaqda yardımçı olur) aparıcıları Çağlar Dəmirkapı ilə Hakan Girgini Tircana dəvət etsəydilər, onlar çoxdan araşdırıb bu kənd üçün rahat su mənbəyi tapardılar.

İstənilən mətbu orqan gəlib tircalılardan su problemini soruşa bilər.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsmayıllıda zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəlib

    İsmayıllıda zəlzələ nəticəsində evlərdə çatlar ...

    14-12-2016, 22:15

  • 
  • Məşhur kəndin sakinləri ilə "Muğanbank" arasında qalmaqal

    Məşhur kəndin sakinləri ilə "Muğanbank" ...

    9-09-2014, 13:15

  • 
  • İki kəndin sakinləri arasında toqquşma: 14 ölü, 24 yaralı

    İki kəndin sakinləri arasında toqquşma: 14 ölü, ...

    26-06-2016, 18:45

  • 
  • Salyanın yezidi kimdir? – İcra başçısına açıq məktub

    Salyanın yezidi kimdir? – İcra başçısına açıq ...

    25-01-2019, 17:23

  • 
  • Prezident İlham Əliyev: "Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir"

    Prezident İlham Əliyev: "Cocuq Mərcanlı ...

    14-06-2017, 18:49


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu