Gundemxeber.az » Ölkə » Cəmiyyət » Jurnalist özünün və ailəsinin təhdid olunduğunu deyir - MÜRACİƏT
"Mənim və ailəmin həyatına ciddi təhlükə yaranıb. Bu yaxınlarda Mediaxeberleri.Az saytında Qazaxın “asvalt kralı” Kərəm Məmmədrzayevə cinayət işi açıla bilər – Dövlət vəsaiti talanır..." başlıqlı məqalə dərc etmişdik. Yazıda Qazax rayon 27 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi Kərəm Məmmədrzayevin qanunsuz əməlləri və onun sahib olduğu əmlaklar barədə söhbət açmışdıq".
Gundemxeber.az xəbər verir ki, bu barədə Mediaxeberleri.Az saytının baş redaktoru Ələddin (Kəsəmənli) Qarayev deyir.
Daha sonra həmkarımız bildirir: "Mediaxeberleri.Az-da yayımlanan yazıdan sonra özünü Saleh Məmmədov kimi təqdim edən şəxs gecə saat 23.31-də bu nömrədən (0553962343) mənə zəng edərək söyünc, təhqir və ölümlə hədələdi. Bir də Kərəm Məmmədrzayev haqqında yazı yazsan, özünü və ailəni ölmüş bil.Evinə qədər yandıracağıq. Bu şəxs mənə"get hara şikayət edirsən et” deyərək, açıq kontekstdə öldürülməklə təhdid etdi. Həmin şəxsin mənimlə danışığı və zəng etdiyi nömrə başıma gələ biləcək təhlükə səbəbindən etibarlı dostlarda qorunmaqdadır və 102 xidmətinə zəng edərək DİN-i məlumat vermişəm. Səhər tezdən özümün və ailəmin təhlükəsizliyi üçün hüquq mühafizə orqanlarına da müraciət edəcəyəm".
Gundemxeber.Az
6-12-2013, 12:19
28-10-2016, 23:41
24-07-2014, 18:27
25-05-2014, 12:41
11-04-2014, 10:52
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?