Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər ifadə verib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid sahibkarlıqla məşğul olduğunu deyən Zamiq Behbudov bildirib ki, sənəd almaq üçün İmişli RİH-ə 1000 manat pul verib.
Şahid Xankişi Babayev deyib ki, rayonda 3 otaqlı sosial evin alınmasına görə İmişli RİH-dən 20 min manat pul istənilib. Onun sözlərinə görə, RİH-dən Cəmil adlı şəxsə 18 min pul təqdim edib.
Məhkəmənin növbəti iclası mayın 13-nə təyin edilib.
11.59
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilir.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Eldəniz Nəbiyev sahibkar olaraq fəaliyyət göstərdiyini deyib:
"Fermer təsərrüfatı ilə bağlı arayış lazım idi. Rayon İcra Hakimiyyətinin baş mühasibinə yaxınlaşanda bildirdi ki, rayonun abadlaşdırılması üçün köməklik lazımdır. Buna görə ona 3 min manat verdim".
Digər şahid Fariz Əliyevin sözlərinə görə, rayonda əkinçiliklə məşğul olur. O bildirib ki, 500 hektar torpaq sahəsi almaq üçün rayonun baş mühasibinə pul verib: "Rayonda əkinə yararlı torpaqlar paylanılırdı. İcra hakimiyyətinin hüquqşünası Rahib Zaidova bu məsələ ilə bağlı söylədim. O, məni baş mühasib Cəmil Musayevə yönəltdi. 500 hektar torpaq sahəsinə görə İmişli Rayon İcra Hakimiyyətinə 85 min manat pul verdim".
Hazırda məhkəmə davam edir.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub./report/
Sorğu
Yeni dizaynımız necədir?