GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Validə nənə” guya Roma meri ilə evliymiş... - Bakıda ana və qızının inanılmaz dələduzluğu

“Validə nənə” guya Roma meri ilə evliymiş... - Bakıda ana və qızının inanılmaz dələduzluğu

Tarix: 9-05-2022, 14:23 Bölmə :Cəmiyyət Baxış: 251


Bakı Ağır Cinayətlər Məhkəməsində İtaliyada çoxsaylı mülklərə, daşınmaz əmlaklara, restoranlara sahib olduğunu, anasının Roma meri ilə evləndiyini deyərək dələduzluq etmiş 51 yaşlı İlahəxanım Məmmədova və ahıl anasına hökm oxunub. Gundemxeber.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, məlumatına görə, İlahəxanım və anası Validə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham ediliblər.

Araşdırmalar zamanı məlum olub ki, İ.Məmmədova bir neçə il əvvəl Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində avtomobil ustası Kamil Babayevlə tanış olub. Avtomobilini bir neçə dəfə K.Babayevin yanına aparan qadın onunla yaxın münasibət quraraq etibarını qazanıb. O, həmçinin yəhudi milliyətindən olmasını, məşhur iş adamı Qod Nisanovun qohumu olduğunu, ailəsinin İsrail, Rusiya və İtaliyada böyük biznes şəbəkəsinə sahib olduğunu, anasının isə Roma şəhərinin meri ilə evli olmasını deyərək K.Babayevi inandırıb.

2019-cu ildə pandemiyanın başlaması ilə İlahəxanım Məmmədova K.Babayevə İtaliyada olduğunu, lakin ölkələrarası uçuşun olmadığına görə Bakıya qayıda bilmədiyini deyərək ondan pul istəyib.

O, bildirib ki, Xəzər rayonundakı bağ evlərini təmir etdirir, buna görə də ona təcili pul lazımdır. Əvəzinə isə İlahəxanım Kamilə İtaliyada pandemiyaya görə mülklərin ucuzlaşdığını deyərək ona 25 min avroya ev, 27 min avoya isə restoran alacağını deyib. İ.Məmmədova Kamilə pulları hissə-hissə Yasamal rayonunda yaşayan və qulluqçusu kimi təqdim etdiyi “Validə nənə”yə, (əslində anası olan Validə Məmmədova. Red.) verməsini deyib. Kamil də özündə olan bütün pulları, eləcə də qardaşından və qonşusundan borc aldığı 6450 manatı və 51850 dolları (ümumilikdə 94595 manat) 2019-cu ilin sentyabrından 2020-ci ilin dekabrına kimi hissə-hissə qulluqçu kimi təqdim edilən ahıl qadına verib.

Sonradan o, qulluqçu kimi tanıdığı İlahəxanımın anası Validəni həmin evdə tapa bilməyib, məlum olub ki, qadın həmin evdə kirayə yaşayırmış. Həmçinin onlar mobil nömrələrini dəyişərək Kamili “qara siyahı”ya salıblar.

Məhkəmədə ifadə verən Kamil Babayev uzun müddət İlahəxanımın dediklərinə inandığını, son olaraq 2020-ci ilin dekabrında onun qulluqçusu kimi təqdim etdiyi anası “Validə nənə”yə pul verərkən qadının əlinin əsdiyini və qorxduğunu görərək şübhələndiyini deyib. O, mülki iddia qaldıraraq dələduzluq yolu ilə alınmış 100 min manata yaxın pulu geri tələb edib.

O da məlum olub ki, İ.Məmmədova ömür boyu İtaliyada olmayıb. O, Kamildən pulları aldığı dövrdə Bakıda olub və Kamillə yalnız votsap proqramı vasitəsilə əlaqə saxlayaraq internetdən götürdüyü Roma şəhərinin fotolarını, eləcə də restoran şəklini ona göndərib. Bu müddət ərzində İlahəxanım və anası Kamildən aldıqları pulların hesabına dəfələrlə Türkiyəyə gedib-qayıdıblar.

Məhkəmədə çıxış edən İ.Məmmədova törətdiyi əməlləri etiraf edib və biznes qurmaq istədiyini, buna görə də Kamili aldadıb pul aldığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədovaya 7 il azadlıqdan məhrumetmə cəzası verilib. Onun 70 yaşlı anası Validəyə isə 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin Validə Məmmədovanın cəzası 3 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib və o azadlıqda qalıb.

Gundemxeber.Az




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İş qurmaq adı ilə külli miqdarda dələduzluq edən şəxsə hökm oxundu

    İş qurmaq adı ilə külli miqdarda dələduzluq edən ...

    2-05-2018, 11:56

  • 
  • Bakıda vətəndaşa qarşı 100 min manatlıq dələduzluq edən şəxsə hökm oxunub

    Bakıda vətəndaşa qarşı 100 min manatlıq ...

    8-10-2018, 12:34

  • 
  • İş adamının 303 minlik dələduzluğu: 9 il həbs cəzası

    İş adamının 303 minlik dələduzluğu: 9 il həbs ...

    9-07-2018, 12:21

  • 
  • Bakıda məktəb direktoruna qarşı dələduzluq edən müəllimə HÖKM OXUNUB

    Bakıda məktəb direktoruna qarşı dələduzluq edən ...

    18-03-2022, 16:27

  • 
  • Aygün Kazımovanın qardaşına 10 il iş verildi

    Aygün Kazımovanın qardaşına 10 il iş verildi ...

    29-07-2013, 17:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu