Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur Sarıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Sarıyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Sarıyev Bakı şəhər sakini Vüsal Quliyevə qarşı dələduzluq edib.
Belə ki, o, Nərimanov rayonunda yerləşən 0.044 hektar torpaq sahəsini satmaq adı ilə V.Quliyevin mülkiyyətində olan Qəbələ rayonu Vəndam kəndində dəyəri 100 min manat olan 1.5 hektar torpaq sahəsini ələ keçirib.
Həmçinin razılaşmaya əsasən, V.Quliyev Qəbələdəki torpaqdan əlavə E.Sarıyevə Bakıda yerləşən 4 mənzil verib.
Lakin sonradan məlum olub ki, E.Sarıyevin mülkiyyətində olan Nərimanov rayonu ərazisindəki torpaq sahəsi bankın girovundadır.
Daha sonra zərərçəkənin şikayəti əsasında E.Sarıyev həbs edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. /Report
Sorğu
Yeni dizaynımız necədir?